Məhkəmə qərarları › İş №e-2(011)-3432/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3432/2023

13.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3432/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 4, mənzil 83-dən isifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4, mənzil 83 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2014-cü il tarixində "xxxx" MTKdan Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanındakı 16 mərtəbəli 11 saylı yaşayış binasından 83 saylı mənzili dəyərini birdəfəlik ödəməklə almışdır. Bu barədə ona xx.xx.2014-cü il tarixində 045803 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. xx.xx.2021-ci il tarixində həmin mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış alınmışdır. Hazırda da mənzil iddiaçının mülkiyyətindədir. xx.xx.2014-cü il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1358 nömrə ilə Cavabdeh ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan 2 azyaşlı uşaqları vardır. Xarakterlərindəki uyğunsuzluqdan xx.xx.2022-ci ildə Xətai rayon Məhkəməsinin 2(011)-3709/2022 saylı qətnaməsi ilə həmin nikahları pozulmuşdur və xx.xx.2022-ci il tarixində Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 2021-ci ilə kimi Ağsu rayonunda qeydiyyatda olmuşdur. Uşaqlara ünvanlı sosial yardım almaq üçün onu Bakıda xüsusi mülkiyyətində olan mənzilinə müvəqqəti qeydiyyata alınmasına 2021-ci il tarixində razılıq vermişdir. Lakin bundan sonra da sosial yardım alınması düzəlməmişdir. Cavabdehin özbaşına hərəkətləri, ailəyə ögey münasibəti nəticəsində nikahları pozulmuş və hazırda onun harada yaşamasından iddiaçının xəbəri yoxdur. Cavabdehin formal olaraq qeydiyyatı iddiaçının mənzilindədir. İddiaçı sülh yolu ilə cavabdehin qeydiyyatdan çıxması və istifadə hüququnun itirilməsi ilə bağlı, yəni özünün yer tapıb çıxması barədə mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh prosesdə iştirak etməmiş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3709/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1358 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 anaları X1 himayəsində qalması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4, mənzil 83 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 4, mənzil 83 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Qadına “Bayramova” soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək nikah münasibətlərində olmuşdur. Mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 4, 83 mənzili isə İddiaçı nikah münasibətlərindən əvvəl xx.xx.2014-cü ildə "xxxx" MTK-dan dəyərini birdəfəlik ödəməklə əldə etmişdir. İddiaçı mənzili 2021-ci ildə dövlət reyestrində öz adına qeydiyyata aldırmış və eyni ildə öz razılığı ilə cavabdehi mənzildə pasport qeydiyyatına aldırmışdır. 2022-ci ildə aralarında olan nikah pozulduqdan sonra cavabdeh həmin mənzildə yaşamamışdır. Hazırda isə artıq ailə münasibətlərinə xitam verildiyindən iddiaçı cavabdehin mənzildən olan istifadə hüququna xitam verilməsini xahiş edir. Belə ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik normalarına əsasən, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, bununla da, cavabdehin iddiaçının mənzilindən olan istifadə hüququ saxlanmadığından, həmçinin onlar arasında belə hüququn davam etdirilə bilməsi üçün başqa bir razılaşma olmadığından, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən 83 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, ünvan 3 istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar