Məhkəmə qərarları › İş №e-2(011)-3463/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3463/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3463/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC-si Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC tərəfindən MP-P 04394 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə dəymiş zərərə görə 1147.60 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar 66 saylı MKİS-in Cəmiyyətlərinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 18 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 0462-1/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla tələb irəli sürülmüş, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097 və 1114.1-ci maddələrini rəhbər tutaraq, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1147.60 (bir min bir yüz qırx yeddi manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 31.48 (otuz bir manat qırx səkkiz qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətinə əsasən məlum olur ki, "xxxx" ASC-si tərəfindən sığortalanmış Bakışəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə həmin binada üst mərtəbədə yerləşən 18 saylı mənzildən su axması nəticəsində maddi zərər dəymişdir və maddi zərərin məbləği 1147.60 manat müəyyən edilmişdir. Həmin aktın surətindən görünür ki, 1147.60 manat zərər məbləği sığortalı X1 yolu ilə "xxxx" ASC-si tərəfindən ödənilmişdir. İş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli Aktın surətindən görünür ki, 66 saylı MKİS-in rəisi T.İsrafilov, mühəndis A.Osmanov, sahə nəzarətçisi V.Kərimov bu aktı tərtib etmişlər ondan ötrü ki, Nobel prospekti 92 mənzil 25-də yaşayan X5 müraciət edərək yuxarıda yerləşən mənzildən onun mənzilinə su axıntısı olduğunu bildirmişdir. Yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin binadakı 18 saylı mənzildən həqiqətən onun mənzilinə su axıntısı olmuş, ona xeyli ziyan dəymişdir. Tərəflərindən bununla əlaqədar 18 saylı mənzilin sahibi Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, "xxxx" ASC tərəfindən MP-P 04394 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində 1147.60 manat məbləğində zərər dəymiş, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə dəymiş zərərə görə 1147.60 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar 66 saylı MKİS-in Cəmiyyətnə təqdim etdiyi xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 92, 25 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 18 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" ASC-si tərəfindən ödənilmiş 1147.60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 1147.60 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 31.48 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar