Məhkəmə qərarları › İş №e-2(011)-3555/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3555/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3555/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Nümayəndə cavabdeh X7 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə cavabdeh X7 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitinin və 59 (əlli doqquz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Neapol küçəsi ərazisində X5 idarə etdiyi və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X20” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ford Focus” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş və piyada X10 yüngül dərəcəli xəsarət almışdır. Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən tərtib edilmiş iş № 3(011)-1746/2022 saylı qərara əsasən X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Ford Focus” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3.140,00 (üç min yüz qırx) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA102371/22 və PXA104230/22 saylı sığorta aktları tərtib edilməklə hər iki zərər üzrə ümumilikdə 3.890,00 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd olunanlara əsasən tərəfindən iddia qaldırılması üçün araşdırılma aparılmış məlum olmuşdur ki, X11 vəfat etmiş və sonuncunun vərəsəsi kimi Cavabdeh tanınmış və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, zərərvuran şəxs vəfat etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1 və 1306.2 maddələrinə əsasən (1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar) vərəsələri dəymiş zərərin ödənilməsi öhdəliyini daşıyırlar. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA********** saylı xx.xx.2021-xx.xx.2022-ci il tarixli “Mercedes Benz” minik markalı **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 mülki məsuliyyəti icbari qaydada sığortalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Ford Focus” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri 3.140 manat məbləğində hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışından görünür ki, AZ26HAJC******************** hesab nömrəsindən 3.140 manat məbləğində pul vəsaiti 999os7s********** saylı sənəd nömrəsi üzrə köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışından görünür ki, AZ26HAJC******************** hesab nömrəsindən 750 manat məbləğində pul vəsaiti 999os7s********** saylı sənəd nömrəsi üzrə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün plastik kart X2 təhvil verilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün plastik kart X14 təhvil verilib. İş materiallarında olan PXA102371 saylı sığorta aktından görünür ki, “X20115CDİ” 2007 **-ME-*** qeydiyyat nişanlı avtomobilin sahibi X6 iştirakı ilə qeyd edilmiş avtomobillə “Ford Focus” **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Neapol küçəsində toqquşmuşdur. "xxxx" MMC tərəfindən 3.140 manat məbləğində maddi ziyan hesablanmışdır. İş materiallarında olan PXA104230 saylı sığorta aktından görünür ki, “X20115CDİ” 2007 99ME410 qeydiyyat nişanlı avtomobillə Ford Focus 10UG655 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Neapol küçəsində toqquşması nəticəsində X8 yüngül dərəcəli xəsarət yetirilmişdir və 750 manat məbləğində maddi ziyan hesablanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində baş verən yol-nəqliyyat hadisəsi zamanı təqsir “X20 115” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X6 üzərində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağında piyadaya yol verərkən, X13 «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, «Ford Focus» minik markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Ford Focus» minik markalı avtomaşına maddi zərər vurmuş, «Ford Focus» minik markalı avtomaşın isə zərbənin təsirindən qabağa gedərək piyada X8 xəsarət yetirmişdir......Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 02 fevral 2022-ci il tarixdə sürücülük vəsiqəsi olmadan 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuş, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağında piyadaya yol verərkən, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Ford Focus» minik markalı avtomaşına maddi zərər vurmuş, «Ford Focus» minik markalı avtomaşın isə zərbənin təsirindən qabağa gedərək piyada X8 xəsarət yetirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışlardan görünür ki, X6 adına vərəsəlik işi açılmışdır. Qanun üzrə vərəsə Cavabdehdur. Miras paydan imtina etmiş vərəsələr: Qələmnaz Şiraliyeva, Vüsalə Şiraliyeva, Fidan Şiraliyevadır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixdə X9 verilmiş seriya nömrəsi JN:367, kod: 41016018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.37 ha olan torpaq sahəsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin (vərəsə) atası (miras qoyan) X1 vəsiqəsi olmadan «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində manevr qaydalarını pozmaqla «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurması, «Ford Focus» minik markalı avtomaşının isə zərbənin təsirindən qabağa gedərək piyada X8 xəsarət yetirməsi və bunun nəticəsində iddiaçı təşkilatın dəymiş zərərin əvəzi olaraq 3.890 manat məbləğində pul ödənişi etməsi iş materialları ilə öz təsdiqini tapır. Bununla da, X6 mülki məsuliyyəti sübuta yetdiyindən və sonuncuya yönəlmiş subroqasiya tələbi onun vərəsəsi olan Cavabdeh yönəldiyindən, iddia tələbləri təmin edilməli, 3.890,00 manat pul məbləği və 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qeyd olunan maddəyə əsasən iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Subroqasiya hüququ əsasında 3.890 (üç min səkkiz yüz doxsan) manat pul məbləği və 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar