Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3714/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən mənzil xx.xx.2014-cü il tarixdən tam payda iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. Bir neçə müddətdir ki, sözügedən mənzildə yaşamır. İddiaçının hazırda həmin şəxslə heç bir münasibəti yoxdur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Onun iddiaçının evində formal qeydiyyatda qalmağı iddiaçının mülkiyyətçilik hüquqlarına əsassız müdaxilə təşkil edir. Cavabdehin həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi və vəkili Vəkil işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılaraq, ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt xidməti tərəfindən məhkəmə bildirişləri məhkəməyə geri qaytarılmışdır. Cavabdehə göndərilmiş məhkəmə bildirişi məhkəməyə geri qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın ümumi sahəsi 66,01 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmənin məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı adına xx.xx.2014-cü il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. xx.xx.1979-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzil X2 verilmişdir. Ailə üzvləri X10, X12, X7 və X5 mənzilin İddiaçı Möylan oğlunun adına özəlləşdirilməsinə razı olmuşdurlar. İş materiallarına əlavə edilmiş məhkəmənin məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X5 mübahisəli mənzilə xx.xx.2011-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3204/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə X13 oğlu arasında xx.xx.2010-cu il tarixdə 1863 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, xx.xx.2011-ci il təvəllüdlü X9 X3 himayəsində saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş akt qeydinin surətindən görünür ki, X13 ilə X5 arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3204/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı adına 2014-cü ildə rəsmi reyestrdə qeydə alınmışdır. Cavabdeh iddiaçının qardaşı X8 2010-cu ildən həyat yoldaşı olmuşdur, onlar arasında olan nikah 2019-cu ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, Cavabdeh iddiaçının qardaşı R.Məhərrəmovun keçmiş arvadı olaraq mübahisəli mənzilə həmin mənzilin iddiaçının atası X1 qanuni sahibliyində olduğu dövrdə, yəni 2011-ci ildə köçürülmüşdür. Daha sonra ailə üzvlərinin razılığı ilə mübahisəli mənzilin üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdehin mənzilə 2009-cu ildən sonra köçürüldüyünü nəzərəra alaraq, hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Cavabdehi köçürüldüyü mənzilin mülkiyyətçisinin arvadı, uşağı, valideyni və ya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan sair şəxs olmadığından, onun köçürüldüyü mübahisəli sahədən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, işdən göründüyü kimi cavabdeh iddiaçının qardaşı R.Məhərrəmovun keçmiş ailə üzvüdür. Beləliklə, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də iddia tələbi təmin edilməli, cavabdehin göstərilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3714/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3714/2024
27.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver