Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3755/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdeh X2 7500 manat pulun, ödənilən 95 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 110 manatın alınaraq ona ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 25/2022 xx.xx.2022-ci il tarixli hökmünə əsasən, iddiaçı 2013-cü ildən Bakı şəhəri Sabunçu rayonunda yerləşən “SOCAR petrolium” yanacaq doldurma məntəqəsində operator vəzifəsində çalışmağa başlamışdır. İddiaçı iş rejiminin ağır, əmək haqqının az olduğu üçün hərbi xidmətə qəbul olmaq fkrinə düşmüş, ətrafındakı tanışlarının məsləhətləri ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus olan hərbi hissələrdən birinə işə düzəlmək istəmişdir. İşə düzəlməkdə köməklik etməsi üçün iddiaçı ətrafındakı tanışlarına müraciət etmişdir. Həmin şəxslərdən biri də işlədiyi yerə müştəri kimi tez-tez gələn N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 olmuşdur. İddiaçı 2021-ci ilin aprel ayının əvvəllərində Rahib İbrahimova hərbi xidmətə qəbul olmaq arzusunu bildirmiş, o, da iddiaçıya istiqamət verilməsi üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında çalışan X4 adında tanışı olduğunu bildirmiş, mobil nömrəsini iddiaçıya vermişdir. Eldəniz Tağıyevə zəng edən zaman iddiaçı adını verərək danışmasını bildirmişdir. Təxminən 1 həftə sonra iddiaçı Eldəniz Tağıyevə zəng edərək, özünü təqdim etmiş, Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq arzusunda olduğunu bildirmişdir. O, isə telefon məsələsi olmadığını, görüşüb üzbəüz danışmaq lazım olduğunu bildirmişdir. 2021-ci ilin aprel ayının ortalarında təxminən saat 13-14 radələrində iddiaçı X7 Nazirliyinin Baş Klinik Hospitalının qarşısında görüşmüşdür. X13 Müzəfərov adlı tanışına zəng edərək iddiaçının Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində işə düzəltmək istəyini bildirmişdir. Eldəniz Tağıyev mobil telefonda danışıb qutardıqdan sonra Cavabdeh yaşının çox olduğundan bu işi Hərbi Dəniz Qüvvələrində adını, soyadını çəkmədiyi vəzifəli şəxslərinə 7500 manat məbləğində pulun verilməsi müqabilində həll edəcəyini bildirmişdir. İddiaçı düşünərək həmin məbləği verməyə razı olmuşdur. Həmin məbləği iddiaçı xx.xx.2021-ci ildə 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə "xxxx" ASC-dən götürdükdən sonra 2021-ci ilin may ayının sonlarında Eldəniz Tağıyevə zəng edərək, əmanəti hazır etdiyini, görüşmək istədiyini bildirmiş, həmin gün təxminən saat 19-20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən “Grand” marketin qarşısında Eldəniz Tağıyev və görüş zamanı tanıdığı Cavabdehla görüşmüş, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq 7500 manat məbləğində pulu Eldəniz Tağıyevə vermiş, daha sonra avtomobildən çıxmışdır. Bir müddət sonra Eldəniz Tağıyev iddiaçıya “whatsapp” tətbiqi vasitəsilə Cavabdeh dediyinə görə toplamalı olduğu sənədlərin siyahısını göndərdiyindən 2021-ci ilin avqust ayının əvvəllərində iddiaçı həmin sənədləri hazır edərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısında Cavabdeh ilə görüşərək, ona təqdim etmişdir. Bir müddət keçdikdən sonra iddiaçı əvvəl işi tələb etmiş, Cavabdeh isə tezliklə işinin həll olunacağını bildirmiş, iddiaçı aldadıldığını başa düşərək pullarını geri tələb edən zaman Cavabdeh ona "problem yoxdu, pulu yuxarıya vermişəm, deyərəm sənin işinə xitam verilsin" demişdir. Cavabdeh tərəfindən pullarının geri qaytarılmadığını görüb onun barəsində şikayət ərizəsi vermişdir. Hazırda Cavabdeh ondan almış olduğu 7500 manat pulu geri qaytarmamışdır. İddiaçı şikayətinin əsasında Bakı Hərbi Məhkəməsinin 1-1(093)-25/2022 xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 178.2.3, 178.2.4-cü maddəsi ilə 500 manat cərimə cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənini 32.4, 312.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq Cavabdeh 1000 manat məbləğində cərimə cəzası təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Beləliklə cavabdehin iddiaçını aldadaraq vədlərinə əməl etməməsi, etibarından sui-istifadə edərək iddiaçını aldatması ilə iddiaçı həm 7500 manat pulundan məhrum olmuş həm də 7500 manatı kredit götürməyinə görə "xxxx" ASC-nə 4072,32 manat faiz ödəməli olmuşdur. Bu səbəbdən cavabdeh iddiaçıya həm 7500 manatını, həm 4072,32 manat banka ödəməli olduğu faizi, həm dövlət rüsumu kimi ödədiyi 95 manat məbləğini, həm də vəkilə ödədiyi 110 manat pulu və 2000 manat mənəvi zərəri ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdeh X2 7500 manat pulun, 4072,32 manat maddi zərərin, ödənilən 95 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 110 manatın və 273,95 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişinə əsasən illik 24% dərəcəsi olmaqla 48 ay müddətinə 7200 manat məbləğində İddiaçı bank tərəfindən kredit verilmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)- 25/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 178.2.3, 178.2.4-cü maddəsi ilə 500 manat cərimə cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənini 32.4, 312.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq Cavabdeh 1000 manat məbləğində cərimə cəzası təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən Silahlı Qüvvələrdə xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar və şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. O, xidmətdə olan zaman Mehin adlı kiçik qızı qaraciyər xəstəliyindən əziyyət çəkməyə başlamış və bu səbəbdən maddi xərcləri artmışdır. 2021-ci ilin aprel ayının ortalarında təxminən saat 13-14 radələrində tanışı X4 ona zəng edərək “İddiaçı adlı tanışım var, hazırda yanımdadır, danışıqlarımızı eşidir, sizin qurumda, yəni Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində işə düzəlmək istəyir, nə kimi istiqamət verə bilərsən, habelə yaşı 28 deyil, 29-dur” demişdir. O, qızının müalicəsinə əlavə olaraq pul lazım olduğu üçün yalan danışaraq İddiaçı yaşı çox olduğundan bu işi guya Hərbi Dəniz Qüvvələrində adını, soyadını çəkmədiyi vəzifəli şəxslərinə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun verilməsi müqabilində həll edəcəyini bildirmişdir. O, İddiaçı xidmət yerinin Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəyə məxsus hərbi hissə olacağını, əmək haqqının 1800 (min səkkiz yüz) manat civarında olacağını bildirmişdir. 2021-ci ilin may ayının sonlarında Eldəniz Tağıyev ona zəng edərək “Asif deyir əmanət hazırdı, onunla görüş” demiş, o isə birlikdə getmələrini istəmişdir. Eldəniz Tağıyevi yaşadığı əraziyə yaxın olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısından götürərək, İddiaçı ilə görüşməyə getmişlər. Həmin gün təxminən saat 19-20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən “Grand” marketin qarşısında İddiaçı ilə görüşmüşlər. İddiaçı onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-TN- *** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq 7500 (yeddi min beş yüz) manat pulu ona verməsi üçün Eldəniz Tağıyevə uzatmışdır. İddiaçı getdikdən sonra Eldəniz Tağıyev pulu ona uzatmış, pulları sayıb, düz olduğuna əmin olduqdan sonra götürmüş həmin pulları lazımi şəxslərə çatdıracağını bildirmişdir. O, İddiaçı almış oluğu 7500 (yeddi min beş yüz) manat pulu qızının müalicəsinə xərcləmiş, lakin bu barədə heç kimə məlumat verməmişdir. Bir müddət sonra vaxt qazanmaq və inandırıcı olsun deyə Eldəniz Tağıyevin vasitəsilə İddiaçı toplamalı olduğu sənədləri “whatsapp” tətbiqi vasitəsilə göndərmiş, həmin sənədlər 4 ədəd 4x6 fotoşəkil, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış, iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamələrin kserosurətləri olmuşdur. 2021-ci ilin avqust ayının əvvəllərində İddiaçı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısında görüşərək həmin sənədləri götürmüşdür. Bir müddət keçdikdən sonra İddiaçı əvvəl işi tələb etmiş, o isə tezliklə işinin həll olunacağını bildirmiş, daha sonra aldadıldığını başa düşərək pullarını geri tələb edən zaman yalan danışaraq “problem yoxdu, pulu yuxarıya vermişəm, deyərəm sənin işinə xitam verilsin” demişdir. Pullarının geri qaytarılmadığını görən İddiaçı ondan şikayət ərizəsi vermişdir. İddiaçı almış olduğu 7500 (dörd min beş yüz) manat pulu geri qaytaracağını və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı və həmçinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı X9 işə düzəldilməsi məqsədi ilə öz tanışı vasitəsilə Cavabdeh tapmış və cavabdeh ona işə düzəldilməsi üçün 7500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. İddiaçı da həmin pul vəsaitini cavabdehə vermişdir. Göstərilən hallar Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)- 25/2022 saylı hökmündə cavabdehin təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində öz təsdiqini tapır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 7500 manat məbləğində maddi zərərin vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlin törədilməsi iş materialları ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın “4072,32 manat maddi ziyanın və 273,95 manat pulun tutulması” barədə hissələrini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissələrdə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən tələbini "xxxx" ASC-dən götürdüyü 7200 manat kredit məbləğinə hesablanmış 4072,32 manat və 273,95 manat faiz borcunun yaranması ilə əsaslandırsa da, lakin həmin kredit məbləğinin məhz iddiaçı tərəfindən cavabdehə verilməsi məqsədi ilə alındığı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə iddianın 95 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuş, lakin o, tələbində 95 manat dövlət rüsumunun ona geri qyatarılmasını xahiş etsə də, lakin tərəfindən cəmi 93 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər olan 93 manat da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş cəmi 110 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 7500 (yeddi min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 93 (doxsan üç) manat və vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-3755/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3755/2022
26.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver