Məhkəmə qərarları › İş №e-2(011)-3853/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3853/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3853/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X3 arasında xx.xx.2016-cı il tarixdə PRM100114243 saylı sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sona – Mənzil) xx.xx.2016-cı il tarixdən xx.xx.2038-ci il tarixədək daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmışdır.

2. 10.09.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, ünvan 2 ünvanında yerləşən evdən su axıdılması nəticəsində X2 məxsus Mənzilə maddi ziyan dəymiş və xx.xx.2020-ci il tarixli Qiymətləndirmə aktına əsasən 111 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2022ci il tarixli ödəniş tapşırığına əsasən 111 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxsə (X2) ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 111 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X2 məxsus Mənzil binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdeh məxsus üst mərtəbədə yerləşən 57 saylı mənzildən daimi axan suyun nəticəsində mənzilin mətbəxinə və işıq sisteminə ziyan dəymişdir. X2 məxsus Mənzil iddiaçı tərəfindənxx.xx.2016-cı il tarixindən xx.xx.2038-ci il tarixinə qədər PRM100114243 saylı əmlak sığortası şəhadətnaməsi ilə, sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən su basma nəticəsində X2 məxsus mənzilə 111 manat məbləğində zərər dəymişdir. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə 111 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən mənzilə zərər üst mərtəbədə yerləşən Cavabdeh məxsus məzildən axan su nəticəsində dəymişdir. Cavabdeh təqsiri ucbatından maddi ziyan dəymişdir. X2 məxsus Mənzilə dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirildiyindən cavabdehə (mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından) qarşı iddiaçının subroqasiya tələbi yaranmışdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədlərini göndərməsi barədə məlumatlandırılmışlar. Cavabdehin əsaslandırılmış etirazları məhkəməyə göndərilməmişdir. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

6. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

7. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. Maddə 25.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

11. Məhkəmə ərizənin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

12. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir.

13. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta obyekti olan Mənzilə zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır. Günel Muradovaya məxsus Mənzilə cavabdehin mənzilindən su axması iş materialları əsasında öz təsdiqini tapır.

14. Belə ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktda cavabdehin yaşadığı 57 saylı mənzildən Günel Muradovanın yaşadığı 55 saylı mənzilə su axıdılması müəyyən edilmişdir. Göründüyü kimi, Mənzilə su axıdılması ilə nəticələnən sığorta hadisəsi baş vermişdir.

15. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də, iş materialları ilə müəyyən edilir. “X5” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktında Mənzilə dəymiş zərərin 111 manat olması müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən Mənzilə dəymiş zərərə görə heablanmış 111 manat sığorta ödənişi iddiaçı tərəfindən Günel Muradovaya ödənilmişdir.

16. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə maddi zərər dəymiş Mənzilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

17. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. 111 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 141 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar