Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3882/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsi hakim Abbasova Əminə Rauf qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 330 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Ş.Mehdiyev küçəsində Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 məxsus “Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 300.00 manat sığorta ödənişi iddiaçı tərəfindən X7 (yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs) hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin YNH-nin təfərrüatları barədə xx.xx.2019-cu il tarixli, 046-41996 saylı arayışından və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan göründüyü kimi, Xəlilov X3 Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tətbiq olunmuşdur. İş materiallarından aydın görünür ki, Cavabdeh nəqliyyat vasitəsini yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PXA50684 saylı Sığorta Aktının surətindən görünür ki, X1 məxsus "xxxx" ASC-də sığortalanmış “Nissan Sunny” markalı **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə 300 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 300 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, X5 mülkiyyətində olan, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 mülkiyyətində olan, hadisə vaxtı X7 idarə etdiyi “Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ““Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi və ara məsafəsi qaydalarının pozulması halına yol vermişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli TP ******* nömrəli X10 haqqında Qərarın, həmçinin İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə “Nissan Sunny” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda istinad edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Xalq Sığorta” ASC Cavabdeh qarşı cavabdehdən 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 330 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən maddi zərərin əvəzi olaraq 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 330 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3882/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3882/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver