Məhkəmə qərarları › İş №e-2(011)-393/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-393/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-393/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Cavabdeh2nə məxsus olan Cavabdeh1 tərəfindən idarə olunan A 700 MN dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 13670,30 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 13670,30 manat məbləğində sığorta ödənişi (11585 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 2085,30 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı "X4" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-ci il tarixində 13670,30 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavid İlham oğlundan zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 13670,30 manat (on üç min altı yüz yetmiş manat, 30 qəpik) məbləğində vəsaitin, 131.01 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizənin məzmununa uyğun olaraq ifadə verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli Sığorta aktından görünür ki, "xxxx" ASC-yə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, 13670,30 manat məbləğində zərər müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatdan görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 13670 manat müəyyən edilmişdir. İş materiallarında olan DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi A 700 MN dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat nəqliyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində digər avtomobillə toqquşmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh qismində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 19 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 tərəfindən idarə olunan A 700 MN dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 13 670,30 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 13 670.30 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-AZ-*** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 13670,30 (ƏDV daxil) manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Həmin akt Avtoservisin nümayəndəsi və zərərçəkən Azər Abbasov tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin balasında olan “Mitsubishi Pajero” markalı A 700 MN hərbi qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən 10 yanvar 2022-oi il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 13670,30 (on üç min altı yüz tetmiş manat otuz qəpik) manat məbləğində zərərin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə 1928/L nömrəli 19 aprel 2022-ci il tarixli məktub Hərbi Polis İdarəsində öyrənilmişdir. “Mitsubishi Pajero” markalı A 700 MN hərbi qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü əsgər Cavabdeh1 sözügedən hadisənin baş verməsindən dərhal sonra “Toyota Camry” markalı avtomobilin sürücüsü X1 avtomobilin təmir olunmasında öz köməyini təklif etmişdir. Tərəflər “Toyota Camry” markalı avtomobilin əsgər Cavabdeh1 tanıdığı maşın ustalarının vasitəsilə, həm də Cavabdeh1 hesabına daha münasib qiymətə təmir olunmasında ilkin razılığa gəlsələr də, sonradan ‘Toyota Camry” avtomobilinin sürücüsü S.N.Abdullayev bundan imtina etmiş, əsgər Cavabdeh1 telefon zənglərinə cavab verməmişdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş “Toyota Camry” markalı avtomobilin əsgər Cavabdeh1 tərəfindən, onun üçün daha münasib xərclər müqabilində təmir olunması mümkün olmamışdır. Əsgər Cavabdeh1 aylıq vəzifə maaşı 587,61 (beş yüz səksən yeddi manat altmış bir qəpik) manat təşkil edir və subroqasiya qaydasında 15 (on beş) gün ərzində ödənilməsi tələb olunan 13670,30 (on üç min altı yüz tetmiş manat otuz qəpik) manat məbləğ onun aylıq gəliri qarşısında olduqca böyük məbləğdir. Əsgər Cavabdeh1 xidmət etdiyi müddət ərzində özünü intizamlı və bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirmiş, komandirləri tərəfindən müsbət xarakterizə olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına töhfə verməyi, birinci və ikinci Qarabağ müharibələri zamanı zərər çəkmiş şəxslərə dəstək olmağı öz fəaliyyət strategiyasının əsas istiqamətlərdən biri kimi müəyyənləşdirmiş, 44 günlük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələrə Dəstək Fonduna yardım göstərən ilk şirkətlərdən olan "xxxx" MMC-nin tərkib hissəsi olaraq, Azərbaycanın sığorta xidmətləri bazarının tanınmış lideri olan "xxxx" ASCnin rəhbərliyi Azərbaycan Ordusunun əsgərinə problemin həll olunmasında öz köməyini əsirgəməyəcəkdir. Odur ki, subroqasiya qaydasında tələb olunan 13670,30 manat məbləğin, məktubda tələb olunduğu kimi, 15 təqdim günü ərzində tam həcmdə ödənilməsinin aylıq gəliri nisbətən aşağı olan əsgər Cavabdeh1 üçün maddi cəhətdən həddən artıq ağır olacağı nəzərə alınması, bu baxımdan həm tələb olunan məbləğdə müəyyən güzəştlərin edilməsini, həm də əsgər Cavabdeh1 aylıq gəlirini və yaşayış üçün tələb olunan aylıq xərclərin də nəzərə alınaraq, ödənilməli olan məbləğin bərabər hissələrə bölünməsi və ödəniş müddətinin mümkün qədər uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 Cavabdeh2 balansında olan A 700 MN dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığorta olunmuş, Cavabdeh1 təqsiri üzündən həmin avtomobilə zərər dəymişdir. Həmin hadisənin törədilməsində onun təqsirli olması İnzibati xəta haqqında protokolla təsdiq edilmişdir. İddiaçı tərəfindən zərərçəkənə 13670,30 manat sığorta ödənişi ödənilmişdir. Bununla yanaşı işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 Cavabdeh2ndə hərbi qulluqçu işləyir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı sığorta şirkətinin tələbi Cavabdeh2nə qarşı təmin edilməli və Cavabdeh2ndən 13670,30 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməlidir. Eyni zamanda Cavabdeh2nə qətnamə ilə tutulmuş məbləği ödədikdən sonra reqress qaydasında Cavabdeh1 qarşı həmin məbləğin tutulmasına dair iddia qaldırmaq hüququ izah olunmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2ndən 13670,30 manat (on üç min altı yüz yetmiş manat, 30 qəpik) məbləğində vəsaitin, 131.01 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. Cavabdeh2nə qətnamə ilə tutulmuş məbləği ödədikdən sonra reqress qaydasında Cavabdeh1 qarşı həmin məbləğin tutulmasına dair iddia qaldırmaq hüququ izah olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar