Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3967/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 33000 (otuz üç min) manat əsas borc, bu əsas borca 1.155,0 (bir min yüz əlli beş) manat gecikmə faizi, 500 (beş yüz manat) hüquqi xidmət xərci, 30 (otuz) manat dövlət rüsumu, cəmi 34 685,00 (otuz dörd min altı yüz səksən beş) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2016-cı ildə 33000,00 (otuz üç min) manat məbləğində borc pul verdiyini xx.xx.2017-ci ildə Bakı şəhəri 38 X1 tərəfindən təsdiqlənmiş Borcun Etirafı haqqında müqavilədən anlaşılır. Bundan başqa həmin müqavilədən anlaşılır ki, borc pulun geri qaytarılma vaxtı xx.xx.2020-ci il təyin edilmişdir. Lakin bu tarixdən 6 (altı) ay keçməsinə baxmayaraq hələ də cavabdeh həmin pulu geri qaytarmamışdır. İddia tələbi həmin 33000,00 (otuz üç min) manat əsas borcun, bu əsas borcun 6 ay gecikdirilməsi səbəbi ilə üzərinə Mərkəzi Bankın uçot faizi dərəcəsi olan illik 7 % əsasında işləyən 1.155,0 (bir min yüz əlli beş) manat gecikmə faizinin, 500,0 (beş yüz) manat hüquqi xidmət xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 34 685,00 (otuz dörd min altı yüz səksən beş) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dairdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 mənzil 14 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borc alan borc verənə 33.000 (otuz üç min) manat borcunun olduğunu etiraf edir, Borc alan borc verənə olan borcunu xx.xx.2020-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6138/2018 nömrəli Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 33.000 manat əsas borcun, ona hesablanmış 0,10 faiz, yəni 3.300 manat faiz borcunun, cəmi 36.000 manatın alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçıdan borc aldığı məbləği xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərtilə borc almışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqaviləyə əsasən öhdəlik üçün xx.xx.2020-ci il tarixədək müddət müəyyən edildiyinə görə, iddiaçı tərəfindən müqaviləyə əsasən müəyyən edilmiş öhdəlik üzrə icra müddəti gözlənilməlidir. Belə ki, iddiaçı tərəf cavabdehin ödəniş qabiliyyətinin itirməsi və ya borcu hissələrlə ödəməsi barədə öhdəlik götürməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı, cavabdeh iddiaçıya olan borcunu müqavilə üzrə etiraf etdiyindən iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının əsas borcun 6 ay gecikdirilməsi səbəbi ilə üzərinə Mərkəzi Bankın uçot faizi dərəcəsi olan illik 7 % əsasında işləyən 1.155,0 (bir min yüz əlli beş) manat gecikmə faizinin cavabdehdən tutulması barədə tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, “Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir”. Azərbaycan Respublikasının Mərkəzi Bankın xx.xx.2020-ci il tarixinə olan məlumatına görə, bank uçot faizi 2020-ci ilin iyun ayı üçün 6.5 faizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından müəyyən edilir ki, borcunu ödəməli olduğu xx.xx.2020-ci il tarixdən cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi 144 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq iddiaçı pul vəsaitinin gecikdirilməsinə görə cavabdehdən pul öhdəliyinin icra edildiyi gün üçün bank uçot dərəcəsi faizlərin miqdarını tələb etmək hüququna malikdir. Lakin gecikdirilmiş vaxt məhkəmə tərəfindən 144 gün müəyyən edilməli, bu müddət üzrə və qərarın çıxarıldığı xx.xx.2020-ci il tarixə olan 6,5 faiz nəzərdə tutulmuş bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (33.000 x 6,5% = 2145 : 365 gün x 144 gün = 846,2 manat). Məhkəmə həmçinin iddianın 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbini 500 (beş yüz manat) hüquqi xidmət xərcinin cavabdehdən tutulması hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə üzrə əsas borca görə 33.000 (otuz üç min) manat, faiz borcuna 846,2 (səkkiz yüz qırx altı manat, iyirmi qəpik) manat, cəmi 33.846,2 (otuz üç min səkkiz yüz qırx altı manat, iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3967/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3967/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver