Məhkəmə qərarları › İş №e-2(011)-3997/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3997/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3997/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh 1900,40 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 39,01 manat, ümumilikdə, 1939,41 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, M. Sənani küçəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” qaydasında sığortalanmış, cavabdeh tərəfindən idarə edilən “Vaz-21154” markalı, 90KU092 dövlət qeydiyyat nişanlı avtomobil, “Opel” markalı, 99UB455 dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai” markalı, 77PR284 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Vaz 21154” markalı, 90KU092 dövlət qeydiyyat nişanlı və “Opel” markalı, 99U455 dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Nərimanov RPİ tərəfindən 11 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərara əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində AR İXM-in 332.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü iş Nərimanov RPİ-nin DYPŞ-yə göndərilmişdir. Baş vermiş sığorta hadisəsinə görə ASC tərəfindən 1900,4 (min doqquz yüz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, CML-4294/2022/1-AKT271/24 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Vaz 21154” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 389,40 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CML-4294/2022/1AKT4391/22 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Vaz 21154” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 1511 manat təşkil etmişdir. İş materiallarında olan, Özəl Avto-Servis MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatından görünür ki, “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 389,40 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Automobiles QSC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatında görünür ki, “Opel” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1511 manat təşkil edir. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli İXP4767086 nömrəli protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 19:00-da Nərimanov rayonunda “Vaz 21154” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan, 005XOH********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1511 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan, 005XOH********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Sənaye Sığorta ASC-nin hesabına 389,40 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə verilərkən 39,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” AR Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Vaz 21154” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel” markalı, 99UB455 dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai” markalı, 77PR284 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmaları nəticəsində sonunculara zərər dəydiyinə görə, həmin vaxt cavabdeh avtomobili idarə edərkən araməsafə qaydalarına riayət etməyərək, nəticədə zərər çəkmişlərin əmlaklarına zərər vurulmuş və 1900,40 manat (389,40 manat və 1511 manat) məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 1900,40 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 1900,40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 39,01 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1900,40 (min doqquz yüz manat, qırx qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 39,01 (otuz doqquz manat, bir qəpik) manat, ümumilikdə 1939,41 (min doqquz yüz otuz doqquz manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar