Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4003/2025 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 398.910 (üç yüz doxsan səkkiz min doqquz yüz on) avro və 354.600 (üç yüz əlli dörd min altı yüz) ABŞ dolları pul məbləğinin Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq cavabdehdən tutulması, həmçinin 1.465 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 325 manat xərcin cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ilin sentyabr ayında biznes fəaliyyətini genişləndirmək üçün iddiaçıdan 398.910 (üç yüz doxsan səkkiz min doqquz yüz on ) EUR və 354.600 (üç yüz əlli dörd min altı yüz) ABŞ dolları məbləğində pulu nağd şəkildə almışdır. Aldığı pulları 2023-cü ilin yanvar ayına kimi tam olaraq qaytaracağını öhdəsinə götürmüşdür. Bu haqda 14 may 2022-ci il tarixində heç bir təsir olmadan öz xətti ilə iltizam yazmışdır. Dəfələrlə pulun qaytarılması barədə tərəfindən cavabdehə müraciət edilsə də aldığı pulları bu günə kimi qaytarmayıb. Beləliklə cavabdehdən 398.910 (üç yüz doxsan səkkiz min doqquz yüz on) EUR və 354.600 (üç yüz əlli dörd min altı yüz) ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə tutulmasını, həmçinin 1.465 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 325 manat xərcin cavabdehdən tutulması xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı Fuad adlı tanışından öz izahatında göstərdiyi 590.000 ABŞ dollarını 14 may 2022-ci il tarixindən 2-3 ay əvvəl; 720.000 ABŞ dollarını isə 2024-cü ilin payız aylarında almışdır. Məhkəmə araşdırması müddətində məhkəmə iclasında iştirak edərkən İddiaçı bildirmişdir ki, Cavabdeh 2018-ci ildə 1.308.000 avro pul vermişdir. Daha sonra işin gedişatında iddiaçı bildirmişdir ki, cavabdehə 1.308.000 avro və 360.000 ABŞ dolları pul vermişdir. Z.Qulliyev aldığı pulları qaytarmamışdır. Bu pulun 1.200.000 ABŞ dolları hissəsini Fuad adlı tanışı Cavabdeh əvəzinə ona qaytaracağını vəd etmişdir. Cavabdeh Fuad adlı tanışına da borcu var idi, yəni onların pul məsələlərinə dair öz aralarında ayrı danışıqları var idi. Bununla da, Cavabdeh iddiaçıya olan borcu Şahid keçəcəkdir. Fuad adlı tanışı ona verdiyi pulun 1.200.000 ABŞ dolları hissəsini Cavabdeh əvəzinə qaytaracağını vəd etdiyinə görə iddiaçı qalıq borca dair Cavabdeh “iltizam” imzalatdırmışdır ki, gələcəkdə ödəniş olmasa Cavabdeh tərəfindən iltizamda yazılan qalıq borcunu (398.910 EUR və 354.600 ABŞ dolları) tələb edə bilsin. Qeyd olunan münasibətlərdə bir neçə şəxs iştirak edirdi. Cavabdeh borcu qaytara bilməyəndə ona bildirmişdir ki, borca görə müvəqqəti adına obyekt keçirə bilər. Avtoyuma obyekti borca görə Şahid qohumunun adına keçirilmişdir və bir neçə il onun adında qalmışdır. Qarşılıqlı razılaşmaya görə cavabdehin aldığı puldan (cavabdehin əvəzinə) Şahid ona (iddiaçıya) bir dəfə 2022-ci ilin fevral-mart aylarında 590.000 ABŞ dolları pul ödəmişdir. Qeyd edilmiş obyekt satılandan sonra isə borcun hesabına 2024-cü ilin payız aylarında əlavə 720.000 ABŞ dolları pulu iddiaçıya ödəmişdir. İltizamda yazılmış borcun Şahid ona (iddiaçıya) cavabdehin əvəzinə qaytardığı borca aidiyyəti yoxdur. Belə ki, Fuadın ona ödədiyi məbləğ olan 1.310.000 ABŞ dolları (590.000$+720.000$) nəzərə alındıqda, cavabdehin iltizamda qeyd edilmiş 398.910 EUR və 354.600 ABŞ dolları qalıq borcu qalır. Cavabdeh ona iltizamdakı 398.910 EUR və 354.600 ABŞ dollarını qaytarsa, iddiaçı ilkin verdiyi borcdan artıq məbləğ almış olacaq, çünki borcun 1.200.000 dollarını Şahid verib. Lakin iddiaçı bunu cavabdehlə öz aralarında tənzimləyəcək. Hazırda tələbi odur ki, cavabdeh iltizamda yazılmış borcunu ona qaytarsın. Hansı məbləğ artıq olacaqsa aralarında hesablaşacaqlar. Sual-cavab zamanı o bildirmişdir ki, Şahid “iltizam” yazılandan sonra ona (iddiaçıya) 720.000 ABŞ dolları pulu cavabdehin əvəzinə (cavabdehin borcu Şahid keçirilməklə) qaytarmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz etmişdir. O bildirmişdir ki, iddiaçının izahatları ilə təsdiq olunur ki, iddiaçı iş üzrə şahid kimi keçən Şahid iltizamda yazılan tarixdən sonra 720.000 ABŞ dolları pulu almışdır. Belə olduğu təqdirdə, iltizamın sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə araşdırması müddətində məhkəmə iclasında iştirak edərkən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçıdan 1.300.000 avro pulu onunla Elçin adlı müdiri alıblar. Bu pul Elçin Xəlilov üçün alıb. Həmin pul iddiaçıya qaytarılıb. İşdəki iltizamı isə hədəqorxu təhdidi altında yazıb. İddiaçı ona həmin iltizamı yazmağı məcbur edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə 2011-ci ildən biznes fəaliyyəti ilə, yəni tikinti materialları üzrə alverlə məşğul olublar. Cavabdeh ona 483.000 ABŞ dolları borcu olub. Mosvka şəhərində Cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin borc pul məbləği Türkiyədən ona ya malın verilməsi və ya da pulun verilməsi ilə qaytarılmalı idi. Həmin borc pul məbləğinin ona ödənilməsi gecikmişdi, lakin Cavabdeh heç vaxt verəcəyindən imtina da etməyib. Onun əvəzində ona “Range Rover” markalı avtomobil verilmişdi və 400.000 ABŞ dolları borcu qalmışdı. Bu məsələ ilə bağlı İddiaçı da məlumatlandırmışdı. İddiaçı Cavabdeh müdürü Elçin adlı şəxsi də məlumatlandırmışdı. Danışıqlar əsasında məlum olub ki, Cavabdeh Şahid əvvəl İddiaçı borcları olub. Hal-hazırda Cavabdeh ona heç bir borcu yoxdur. Təqribən 2020-ci il tarixdə Cavabdeh ona borclu olub. İddiaçı bildirdiyinə görə Cavabdeh İddiaçı 1.350.000 EUR borcu olub. Elçin adlı şəxs irəli duraraq İddiaçı və ona olan borc məsələlərini özü həll edəcəyini bildirmişdi. Elçin və Zəfərə məxsus böyük bir kompleks – mehmanxana, avtosalon və avtoservisdən ibarət obyekt var idi. Əvvəl ona başqa obyektlər təklif olunub, sonrasında o obyektlər yüklü olduğundan adına rəsmiləşdirmək mümkün deyildi. Həmin böyük kompleks üzərində də doqquz yüz neçə EUR yüklü borc var idi. Elçin bildirib ki, həmin kompleks bankda yüklü olduğundan onun da adına rəsmiləşdirməsi mümkün deyil. Şahid təklif etdi ki, banka olan borc məbləğini ödəsin və avtoservisi adına rəsmiləşdirsin. Şahid "xxxx" ASC-nin məsul şəxsi ilə əlaqələndirilib 600.000 EUR ödəyərək, "xxxx" ASC-nə olan krediti təmizləmişdir. Polad Dadaşovun da razılığı ilə avtoservis Şahid qohumunun adına rəsmiləşdirilmişdir. Elçin və Zəfər tərəfindən vəd edilmişdir ki, pul məbləğini qaytardıqda avtoservis geri qaytarılacaqdır. 2 il sonra obyekt satışa qoyuldu. Bu müzakirədə özü Şahid, Elçin Xəlilov, onun qardaşı, Cavabdeh, İddiaçı iştirak ediblər. Obyekt ümumilikdə 2.500.000 ABŞ dolları məbləğinə satılırdı. Elçinin və Zəfərin Şahid olan 400.000 ABŞ dolları və 600.000 EUR borc məbləğləri ödənilib. Avtoservisi götürüblər. Şahid Elçin və Zəfərin İddiaçı olan borclarından 590.000 ABŞ dolları pul məbləğini şəxsi büdcəsindən İddiaçı verib. Həmin 590.000 ABŞ dolları pul məbləğini də Elçin və Zəfər Şahid geri qaytarıblar. Obyektin satışından sonra – 2024-cü ilin fevral ayında 720.000 ABŞ dolları pul məbləği də İddiaçı verib. Bu proseslər 2020-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi davam etmişdir. O, eşidib ki, Cavabdeh İddiaçı 1.308.000 EUR borcu var. Həmin borcdan 1.200.000 ABŞ dollarını özü İddiaçı ödəyəcəyini bildirib. Məhkəmə işdə iştirak edən tərəflərin və şahidin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc pul məbləğlərinin geri qaytarılması ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şahid və Elçin Xəlilovun şahidliyi ilə, Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmiş 14 may 2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 398.910 (üç yüz doxsan səkkiz min doqquz yüz on ) EUR və 354.600 (üç yüz əlli dörd min altı yüz) ABŞ dolları məbləğində pulu 2023-cü ilin yanvar ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. (iltizamda Şahid, Elçin Xəlilov adları qarşısında imzalar qoyulmamışdır). İş materilallarında olan Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinin təhqiqatçısı polis leytenantı Nicat Oruclunun İddiaçı müraciəti əsasında daxil olmuş 831 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 30 ildən çoxdur ki, Rusiya Federasiyasında və Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olur. Cavabdeh 20 ildir ki, biznes ilə əlaqədar tanıyır. Həmin andan etibarən Zəfər ilə ayda 3-4 olmaqla görüşmüşdür. 2018-ci ilin avqsut ayında Zəfər ilə növbəti görüşləri zamanı ona şərik olmağı və birlikdə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. O isə şərik olmaqdan imtina etmişdir. Bu zaman Zəfər ona özünə məxsus biznesin genişləndirilməsinə pul yatırmağı təklif edərək aylıq həmin biznesdən pul ayırmağı təklif etmişdir. Eləcə də, 6 ay ərzində verdiyi pulu ona qaytarmağı vəd etmişdir. O da razılaşmışdır. Bunun ardınca o, Zəfər ilə bu məsələ ilə bağlı bir neçə dəfə onun dəmiryolu vağzalı yaxınlığında Nizami küçəsində yerləşən ofisində görüşmüşdür. Daha sonra 2018-ci ilin sentyabr ayında növbəti dəfə həmin ofisdə görüşən zaman Zəfərə 398.910 avro və 354.600 dollar pulu təqdim etmişdir. Pulu təqdim etdikdən 6 ay ərzində həmin şəxs ona heç bir ödəniş etməmişdir. Ondan pulunu geri istədikdə 6 ay möhlət istəmişdir. O da 6 ay gözləmişdir. 6 ay keçdikdən sonra yenidən Zəfərdən pulunu tələb etdikdə o müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan imtina etmişdir. 2022ci ildə növbəli dəfə Zəfər ilə ortaq tanışları vasitəsi ilə görüşmüş və o iltizam yazaraq ona verməli olduğu pulu 2023-cü ilin yanvar ayınadək qaytarmağı öz öhdəsinə götürmüşdür. 2024-cü ili ərzində Zəfər ilə 5-6 dəfə görüşmüşdür. Bu zaman ona notariusa gedərək müqavilə bağlamağı təklif etmişdir. O da ilkin olaraq razılaşsa da sonradan imtina etmişdir. Eləcə də, ilkin olaraq 200.000 dollar verməyi təklif etmiş, lakin bu vədinə də əməl etməmişdir. İddiaçı izahatının alınması zamanı qarşısında qoyulmuş suallar ilə bağlı 398.910 avro və 354.600 dollar pulu Cavabdeh onun dəmiryolu vağzalı yaxınlığında yerləşən ofisində təqdim etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli iltizamın aşağısında “Гулиjев Зəфəр” sözlərinin qarşısındakı imza ilə mülki işin 76-cı vərəqində Cavabdeh müxtəlif vaxtlarda verilmiş şəxsiyyət vəsiqələrində əks olunmuş imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia tələblərində göstərilmiş pul tələbi 3.000 manatdan yuxarı borc məbləğinin verilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Cavabdehin iddiaçıdan aldığı məbləğləri qaytarmayaraq, əsassız varlanması halları ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, ilkin izahatında iddiaçı cavabdehə 2018-ci ildə cəmi 1.308.000 avro pul verdiyini, daha sonra isə cəmi 1.308.000 avro və 360.000 ABŞ dolları pul verdiyini bildirmişdir. O qeyd etmişdir ki, verdiyi pulun yalnız 398.910 EUR və 354.600 ABŞ dolları hissəsi cavabdehin imzaladığı “iltizam”da qeyd edilib. O, qalan məbləği iltizama ona görə daxil etməmişdir ki, 1.200.000 ABŞ dollarına yaxın pulu cavabdehin əvəzinə Şahid ödəyəcəkdi. İddiaçının izahatından görünür ki, bu pul cavabdehin borcu hesabına iddiaçıya ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan iltizamda göstərilən məbləğdən savayı digər məbləğdə pul alması iş materialları ilə öz təsdiqini tapmır. Lakin, cavabdehin borcunun hesabına Şahid tərəfindən iddiaçıya 590.000 və 720.000 ABŞ dolları məbləğlərinin ödənilməsi öz təsdiqini tapır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin borcunun ödənilməsi hesabına qarşılıqlı razılığa əsasən 2022-ci ildə 590.000 ABŞ dolları, 2024-cü ildə 720.000 ABŞ dollarını Şahid təhvil almışdır. Bununla da, iş materialları ilə təsdiq olunur ki, iş materialları ilə öz təsdiqini tapmış borca münasibətdə iddiaçıya qaytarılmış məbləğlər tələb olunan məbləğdən az deyildir. Məhkəmə qeyd edir ki, pul məbləğlərinin hərəkəti ilə əlaqədar tərəflərin arasında yaranmış münasibətlərin tam həcmi və məzmunu, bunula da tərəflərin biri digəri qarşısında olan icra edilməmiş öhdəliklərinin olub-olmaması (tərəflərin arasında daha böyük həcmdə pul məbləğlərinin verilməsi ilə bağlı sair razılaşmaların olub-olmamasl) işin bu halları ilə müəyən edilmir. İddiaçı cavabdedə ilkin izahatında 1.308.000 avro pulun verildiyini qeyd etsə də, cavabdeh 1.300.000 avro pulun iddiaçı tərəfindən onun iştirakı ilə (vasitəsilə) müdiri Elçin Xəlilova verildiyini qeyd etmişdir. Cavabdehin yazdığı əlyazmada alınmış məbləğin 1.300.000 avroya yaxın məbləğ deyil, 398.910 EUR və 354.600 ABŞ dolları olduğunu nərərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 1.300.000 avrodan yuxarı pulun bilavasitə cavabdehə verildiyinə dair iddia tələbləri öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, polis orqanlarına verdiyi şikayətlə bağlı izahatda da iddiaçı cavabdehin borcunun 398.910 EUR və 354.600 ABŞ dolları olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı 1.300.000 avroya yaxın pulu cavabdehə verdiyi halda, bütün məbləğin deyil, iltizamda yalnız 398.910 EUR və 354.600 ABŞ dolları məbləğinin qeyd edilməsini əsaslandıra bilməmişdir. Cavabdehə ümumi verilmiş pulun 1.200.000 ABŞ dolları məbləğininin cavabdehin əvəzinə Şahid ödəyəcəyinə dair tərəflərin razılaşmasının olması barədə iddia dəlillərini məhkəmə nəzərə alsa da, həmin dəlilləri iddianın təmin edilməsi üçün kifayət hesab etmir. Belə ki, məhkəmə 398.910 EUR və 354.600 ABŞ dolları pulun tələb olunmasına dair iddia tələbləri çərçivəsində işə baxaraq müəyyən edir ki, cavabdehdən iddiaçının xeyrinə qeyd edilmiş pul vəsaitlərinin tutulması üçün əsaslar yoxdur. Belə ki, qaytarılması iş materialları ilə öz təsdiqini tapmış məbləğin tələb edilən məbləğdən az olmadığını, tərəflərin arasında baş vermiş bütün pul hərəkətlərinin isə işlə müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri təmin edilməməlidir. İddia təmin edilmədiyindən, dövlət rüsumu və iddianın verilməsi ilə bağlı hüquqi yardıma görə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Ekspertizanın keçirilməsi ilə bağlı xərclər də iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 398.910 (üç yüz doxsan səkkiz min doqquz yüz on) avro və 354.600 (üç yüz əlli dörd min altı yüz) ABŞ dolları pul məbləğinin Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq cavabdehdən tutulması, həmçinin 1.465 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 325 manat xərcin cavabdehdən tutulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4003/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4003/2025
04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver