Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4067/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.metr olan 53 saylı mənzil xüsusi mülkiyyətindədir. Sözü gedən əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış ona təqdim edilmişdir. İddiaçı mübahisə predmeti olan sözü gedən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.m olan 53 saylı mənzili 2017-ci ildə mərhum oğlu X3 bağışlamış, Bakı şəhəri 18 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixində bağışlama müqaviləsi bağlanılmışdır. Həmin zaman Cavabdeh ris oğlu mərhum oğlu Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşyış sahəsi 48.61 kv.m olan 53 saylı mənzilin X3 bağışlanmasına etirazı olmadığını, əmlaka dair gələcəkdə heç bir iddia və tələbi olmadığını bildirmişdir. Daha sonra 2022-ci il tarixində X2 vəfat etməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.m olan 53 saylı mənzilə dair vərəsəlik işi açılmış, həyat yoldaşının miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi nəticəsində iddiaçı miras əmlakı tam hissədə qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyatı haqqında” ******* nömrəliarayışına əsasən,Cavabdeh, onun övladları X7 və X8 iddiaçının xüsusi mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.m olan 53 saylı mənzildə pasport qeydiyyatındadırlar. Belə ki, Cavabdeh iddiaçının oğlu, X7 və X8 isə onun nəvələridir. Cavabdeh və övladları X7 və X8 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.m olan 53 saylı mənzildə uzun müddətdir ki, yaşamırlar və onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh artıq 15 ildir ki, yəni ailə həyatı qurduğu vaxtdan etibarən ailəsi ilə birlikdə başqa bir mənzildə yaşayır, həyatını davam etdirir, həmin mənzil onların istifadəsindədir. Buna baxmayaraq, formal olaraq mənə məxsus ünvanda eydiyyatda qalmağa davam etməkdədirlər. Cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.metr olan 53 saylı mənzildə qeydiyyatda olmaları onun hüquqlarını pozur və bir sıra çətinliklər yaradır. Belə ki, o, onların yerinə əlavə kommunal xərclərini ödəməli olur. Bu isə onun mülkiyyətçi kimi qanunla müəyyən edilən hüquqlarına toxunur. Belə olduğu halda, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozduğundan o, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh, onun övladları X7 və X4 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayev üçəsi,ev 7 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.metr olan 53 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişi Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 7, 53 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 08 may 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh, X7, X8 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 7, 53 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Cavabdeh 07 iyul 2017-ci il tarixli ərizəsindən görünür ki, o, X1 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 7, mənzil 53 ünvanında yerləşən mənzilin bağışlanmasına razıdır. Gələcəkdə həmin əmlaka dair heç bir iddiası və tələbi olmayacaq. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-49/2023 saylı 24 may 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıq məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək, 03 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 03 gün müddət təyin olunmuş cəzadan çıxarılaraq ona qəti olaraq 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 112 saylı Mənzil Tikintisi Kooperativinin İdarəsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli 113 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 7 saylı binanın 53 saylə mənzilində qeydiyyatdadır. Göstərilən ünvandakı mənzil ona məxsusdur və onun xüsusi mülkiyyətindədir. Cavabdeh xx.xx.1980-ci ildən göstərilən ünvanda qeydiyyatdadır və 2010-cu ilə qədər orada yaşamışdır. 2010-cu ildən etibarən orada yaşamır. İş materiallarında olan Abşeron Rayon Məmmədli kəndi MKX tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 98 №-li arayışdan görünür ki, Cavabdeh 15 dekabr 2010-cu ildən 2018-ci ilə qədər saylı Məmmədli kəndi Yeni massiv Əziz Əliyev küçəsi ev 24, 43 saylı mənzildə qeydiyyatsız ailəsi ilə birlikdə yaşamışdır. İş materiallarında olan 9 saylı cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh və övladları illərdir sözügedən mənzildə yaşamırlar. O, iddia tələbi ilə tam olaraq qəbul edir, bu səbəbdən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.61 kv.m olan 53 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçının qızıdır, cavabdeh onun qardaşıdır. Cavabdehin vaxtilə özünə görə hörməti olmuş, sadəcə boşluqlara yol vermişdir. Onun valideynləri ilə arasında problem olmamışdır. Həmin mənzildə anası və atası yaşayır. Cavabdeh 2010-cu ildən ailə həyatı qurduqdan sonra həmin ünvanda deyil, Dübəndidə yaşamışdır. Dübəndidə yerləşən evi cavabdehə valideynləri tərəfindən verilmişdir. Sonradan Əhmədli ərazisində Murtuza Muxtarov küçəsində kirayə mənzildə yaşamışdır. Həmin evin cavabdehə məxsus olub-olmadığı barədə məlumatı yoxdur. Ailədə mübahisələr ancaq cavabdehin iş həyatı ilə bağlı olmuşdur. Cavabdehin rüşvətlə bağlı problemi olmuşdur. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla və şahid ifadəsi ilə təsdiq edilir ki, iddiaçıya məxsus olan mənzildə Cavabdeh xx.xx.1979-cu il tarixdən qeydiyyata alınmaqla yaşasa da, uzun müddətdir ki, Cavabdeh və onun övladları X7 və X8 həmin mənzildə yaşamamışdır. Həmçinin Cavabdeh iddia tələbini qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh və onun övladları artıq uzun müddətdir ki, iddiaçıya məxsus olan mənzildən köçdüklərinə görə onların mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən Cavabdeh və onun övladları X7 və X4 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh və onun övladları X5 və X4 ünvan 3 mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4067/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4067/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver