Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4187/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atanın razılığı olmadan uşağın ölkədən kənara sərbəst getməsinə icazə verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X3 atası Cavabdeh razılığı olmadan onunla, yəni anası İddiaçı ilə birlikdə yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasından kənara getmək hüququnun olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.H. Xudabaxışova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan onların iki uşaqları, 25.08.2007-ci il təvəllüdlü X10 və 25.12.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur, aralarında münasibətlər korlandığı üçün ailəni qoruyub saxlamaq mümkün olmamış və Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuş və uşaqların ananın yanında qalması və aliment müəyyən edilmişdir, hər dəfə iddiaçı uşaqları istirahət və müalicə məqsədi ilə Türkiyəyə aparmaq istədikdə cavabdeh ona maneə olmuş, bu səbəbdən iddiaçı cavabdehə qarşı atanın razılığı olmadan uşaqların ölkədən kənara aparılması bərədə iddia ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək hər iki uşağın atalarının razılığı olmadan anaları ilə birlikdə yetkinlik yaşına çatanadək Respublikadan kənara getmək hüququnun olması müəyyən edilmişdir. Aradan bir müddət keçmiş tərəflər yenidən barışmış və rəsmi nikah olmadan birgə yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə 03.02.2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir, uşağa atalığın müəyyən edilməsi barədə şəhadətnamə almışdır. Lakin sonradan cavabdehlə yenidən münasibətləri pisləşmiş və ayrılmışlar. Artıq iki ildir ki, cavabdeh ölkə hüdudlarını tərk edib və geri qayıtmır. İddiaçı uşaqları ilə birlikdə müalicə və istirahət etmək məqsədi ilə ölkə ərazisindən kənara çıxmaq istəyir, belə ki, uşaqların istirahəti, dünyagörüşünün artırılması, intellektual cəhətdən inkişafı üçün xaricə aparılması zərurəti yaranmışdır, həmçinin iddiaçının digər iki övladları rəqsə gedirlər və bununla əlaqədar xarici ölkələrə gedirlər ki, iddiaçı da valideyn kimi onlarla getməlidir. Lakin azyaşlı qızı Humayı özləri ilə xaricə apara bilmirlər. Cavabdeh razılıq vermir. İddiaçı da azyaşlı övladını tək qoyub heç yerə gedə bilmir. O hələ körpədir. Bu hal onun psixikasına da mənfi təsir edər. Müvəqqəti hallar üçün uşağın ölkə hüdudlarından xaricə çıxarılmasına cavabdeh tərəfindən süni maneələrin yaradılması uşağın və anasının hüquqlarının məhdudlaşdırılması deməkdir, bu səbəbdən iddiaçı cavabdehin razılığını əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda G.H. Xudabaxışova iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.07.2011-ci il tarixli 2(011)-2713/2011 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikahın pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları 25.08.2007ci il təvəllüdlü X10 və 25.12.2009-cu il təvəllüdlü X8 anaları X2 himayəsində saxlanılması, 03.10.2011-ci il tarixdən başlayaraq 25.08.2007-ci il təvəllüdlü X10 və 25.12.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 76 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.07.2011-ci il tarixli 2(011)-2707/11 saylı qətnaməsindən görünür ki, 25.08.2007-ci il təvəllüdlü X10 və 25.12.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh razılığı olmadan anaları X7 ilə birlikdə yetkinlik yaşına çatanadək Respublikadan kənara getmək hüquqlarının olduğu müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ 340880 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Cavabdeh 03.02.2018-ci il tarixdə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02.03.2018-ci il tarixdə 62 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZE 18776444 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin adı Humay İsmayılova, doğum yeri və tarixi Azərbaycan, Bakı şəhəri, 03.02.2018-ci il, atası Cavabdeh, anası İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mədəniyyət Mərəkəzi tərəfindən verilmiş 05 və 06 saylı 20.04.2021-ci il tarixli arayışlardan görünür ki, X10 və X8 həqiqətən də Xətai rayon Mədəniyyət Mərəkəzinin “Təbəssüm” xalq rəqs ansamblın üzvüdür, dövlət tədbirlərində və digər ölkələrin festivallarında çıxışlar edirlər. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 23.11.2011-ci il tarixdə verilmiş AZ-İ 133788 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23.11.2011-ci il tarixdə 518 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə İsmayılov, qadına Xudaverdiyeva soyadı verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunur ki, 03.02.2018-ci il təvəllüdlü X9 tərəflərin qeyri-rəsmi nikahlarından doğulmuşdur, uşaq iddiaçının yanında qalmaqla onun himayəsindədir, uşağın iddiaçı ilə getməsinə valideyn kimi cavabdehin müvafiq razılığı olmadığından onlar Azərbaycan Respublikasının sərhədlərini keçə bilmir, uşağın ölkə hüdudlarından kənara çıxması onun mənafelərinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində isə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola bilən hallar göstərilmişdir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsində müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 03.02.2018-ci il təvəllüdlü X6 atası Cavabdeh razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməlidir. Uşaqların ölkə sərhədindən kənara çıxmasının müddətinə münasibətdə məhkəmə, hər iki uşaq yetkinlik yaşına çatanadək və müvəqqəti hallar üçün, anaları İddiaçı ilə birlikdə sərbəst şəkildə Azərbaycan Respublikasının ərazisindən kənara getməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 03.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, müvəqqəti hallar üçün, atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə sərbəst şəkildə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4187/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4187/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver