Məhkəmə qərarları › İş №e-2(011)-4196/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4196/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4196/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və «X6» X8rşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. ** JH *** dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh1 tərəfindən idarə olunan sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **- ZY-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. **-ZY-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün ** ZY *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “X5 vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1 236,00 (bir min iki yüz otuz altı) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 1 236,00 (bir min iki yüz otuz altı) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh(lər) Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1236,00 (bir min iki yüz otuz altı) manat məbləğində vəsaitin, 32,36 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə iddia ərizəsində dəqiqləşmə edərək İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X11 cavabdeh qismində cəlb edilməsini və cavabdehlər İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X20 və Cavabdeh1 müştərək qaydada 1236,00 (bir min iki yüz otuz altı) manat sığorta ödənişi və 32,76 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh «X6» X20 yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, hadisə yerindən yayınma faktı özü ayrı müstəqil inzibati və ya cinayət məsuliyyəti yaradır. Cavabdeh1 yol-nəqliyyat hadisəsi barədə dövlət (polis) orqanına məlumat vermədən hadisə yerindən getmişdir. Bu səbəbdən iddia tələbinin "X6" X16 aid hissədə rədd edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı: 5.Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, tibbi yardım maşınında koma vəziyyətində olan xəstə olmuş və o xəstəni təcili xəstəxanaya çatdırmalı olmuşdur. Bu zaman hadisə baş vermiş və o hadisə yerini tərk etməli olmuşdur. Hadisə yerindən təcili tibbi yardım maşınında xəstə olduğu üçün yayınmışdır. İnzibati xəta ilə bağlı qərarın dəyişdirilməsi üçün polisə müraciət etmiş, lakin onlar qərarı dəyişməmişlər.

6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

7. Cavabdeh "X6" X11 nümayəndəsi Nümayəndə2 öz izahatında bildirmişdir ki, onlar məsələ ilə bağlı lazimi araşdırma aparmış, məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış və bu barədə polisə verilməli olduğu halda məlumat verməmişdir. Nəqliyyat hadisəsi iş zamanı, xəstəni xəstəxanaya aparan zaman vermişdir. Lakin Cavabdeh1 hadisə ilə bağlı dövlət orqanına (polisə) məlumat verməmişdir. Cavabdeh1 polisə məlumat versə idi bu zaman iddiaçı reqres qaydada pul tələb edə bilməyəcəkdi. Cavabdeh "X6" X11 nümayəndəsi qeyd edilən halların nəzərər alınaraq iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. İcbari Sığorta Müqaviləsinə dair Məlumata əsasən "X6" X20 "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli PPA********** nömrəli müqavilə ilə sığortalıdır.

9. Bakı Şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı protokola əsasən xx.xx.2021-ci il tarixdə saat 11:15-də X12 315 CDİ Xüsusi təyinatlı, 99JH856 dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yol nəqliyyat hadisəsi törətməsi səbəbindən Cavabdeh1 barəsində İXM-nin 327.1-327.6-cı maddələr protokol tərtib edilmişdir.

10. №5000 saylı Yol Vərəqəsinə əsasən, sürücü Cavabdeh1 20:00-dan 8:00-a, 8:00-dan 20:00-a qədər işləmişdir.

11. X9 xx.xx.2021-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-nin PPA seriyalı ********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış Mersedes Benz markalı 99JH856 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mənə məxsus olan Chevrolet Cruze markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması və vurlan zərərin əvəzində sığorta ödənişinin verilməsi xahiş edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, №136306 saylı “X5 Vasitəsinin Qiymətləndirilməsinə dair Hesabat”a əsasən məlum olur ki, Chevrolet Cruze minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin material və ehtiyat hissələri üçün 546 manat, görüləcək işlər üçün 690 manat olmaqla, cəmi vurulmuş zərər 1236 manat təşkil edir.

13. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-ZY-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 1236 manat zərər məbləği müqabilində təmir olunaraq Həbibli İlkinə təhvil verilmişdir.

14. xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən zərər məbləği 1236 manat müəyyən edilmiş və 1236 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür.

15. Avtonəqliyyat vasitələrinin sığorta hadisəsinə və zərərinə dair ilkin akta əsasən sığortalı şəxs "X6" X13.

16. Bakı Baş Səhiyyə İdarəsi X6 X16 ünvanlanmış 27 may 2022-ci il tarixli, №364/L saylı və Cavabdeh1 ünvanlanmış 18 noyabr 2021-ci il tarixli № 4937/İ saylı məktubların surəti.

17. “Bakı Şəhəri Təcili və X3 Stansiyası” X11 İcbari Tibbi Sığorta X17 TƏBİB “X6” Pubılik hüquqi şəxsinə ünvanlanmış 08 iyun 2022-ci il tarixli 159 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10:10-da “103” xidmətinə ünvan 3 ünvanından naməlum kişinin adına “Covid” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi X14-Benz Sprinter-315 (qaraj nömrəsi-Sprinter-1) markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı təcili yardım sanitar avtomobili ilə icra edərək, xəstə X2 (59 yaş) “Covid, Komatoz vəziyyət” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və Məhəmmədi Modul tipli Xəstəxanasına hospitalizasiya etmişdir.

18. AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “X6” X20 tərəfindən "xxxx" ASCnin hüquq departamentinin subroqasiya şöbəsinin rəhbəri Xanməmməd Babayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli 182 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:15 radələrində X23 küçəsində Mercedes-Benz Sprinter-315 markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sürücü Cavabdeh1 həmin an tibbi çağırışın icrası ilə əlaqədar olaraq hadisə yerindən yayınmışdır.

19. Cavabdeh1 Bakı Şəhəri BPİ DYPİ-nin rəisi polis polkovniki Rəşid Priyevə verdiyi izahatında yol nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir.

20. X4 Bakı Şəhəri BPİ DYPİ-nin rəisi polis polkovniki Rəşid Piriyevə ünvanladığı ərizə, elektron qaimə və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

27. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:15 radələrində X23 küçəsində Mercedes-Benz Sprinter-315 markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sürücü Cavabdeh1 həmin an tibbi çağırışın icrası ilə əlaqədar olaraq hadisə yerindən yayınmışdır. Sürücü Cavabdeh1 AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “X6” X20 ilə əmək müqaviləsi mövcuddur və hadisə şəxsi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı baş vermişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarında qeyd edilir, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. (§24)

30. Mülki işin materiallarından görünür ki, cavabdeh qismində cəlb edilmiş “X6” X22 işəgötürən, lakin nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh1 idarə etmişdir. Bu isə qeyd edilən qanunvericilik normalarına əsasən, sürücü kimi işləyən Cavabdeh1ny cavabdeh qismində tanınması və ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ondan tutulması zərurətini aradan qaldırır.

31. İddiaçının tələbi 1236,00 (bir min iki yüz otuz altı) manat məbləğində ödənilmiş pulun subroqasiya qaydasında tutulmasıdır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən qeyd edilən məbləğ öz təsdiqini tapmış, cavabdeh “X6” X22 tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ cavabdehlər İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X20 və Cavabdeh1 müştərək qaydada deyil, yalnız Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X10 tutulmalıdır. Buna əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X16 münasibətdə təmin edilməli, Cavabdeh1 münasibətdə isə rədd edilməlidir. Məhəkəmə qeyd edir ki, zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

33. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X10 1236,00 (bir min iki yüz otuz altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,76 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X10 1236 (bir min iki yüz otuz altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,76 (otuz iki manat yetmiş altı qəpik) manat cavabdeh Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələri İdarəetmə Birliyi “X6” X10 tutularaq iddiaçı “Paşa Sığorta" ASC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar