Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-422/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus olan ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərrac təşkilatı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 18 noyabr 2020-ci il tarixli, 40/01 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(011)-4296/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 44.933,93 manat əsas, 6.273,15 manat faiz, 80 manat cərimə borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 ASCnin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməklə satılması, satışdan əldə olunan vəsait hesabına göstərilən məbləğin banka ödənilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə bir aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(011)- 4296/2017 saylı qətnaməsi iddia tələbinin təmin edilən-əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh1 ailə üzvlərinin bir aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, ipoteka predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-3148/20 saylı, 08 oktyabr 2020-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)-1416/2018 saylı icra vərəqəsinin icrasının təmin edilməsi adı altında Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin 85.000 manat məbləğində hərrac vasitəsilə satılmasına sifariş verilmişdir. Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 40/01 saylı, 18 noyabr 2020-ci il tarixli protokoluna əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair alıcı Cavabdeh2 ASC arasında protokol imzalanmışdır. Halbuki iddiaçılar ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatda olmaqla uzun illərdir ki, həmin evdə yaşayırlar, lakin buna baxmayaraq ev ipoteka ilə yüklü edilərkən iddiaçıların razılığı alınmamışdır. Tərəflərin izahatları: İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə əlavə sübutların toplanması üçün iddia ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə işin baxılmamış qalmasına etiraz edərək işə mahiyyəti üzrə baxılmasını, iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 Qədim oğlu arasında 01 oktyabr 2015-ci il tarixdə girovlu istehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1a istehlak məqsədi ilə 60 ay müddətinə illik 26 faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu məqsədlə Cavabdeh1 ilə 01 oktyabr 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca icra edə bilməmiş, onun banka borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(011)- 4296/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(011)-4296/2017 saylı qətnaməsi iddia tələbinin təmin edilən-əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh1 ailə üzvlərinin bir aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, ipoteka predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx- 3148/20 saylı, 08 oktyabr 2020-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)-1416/2018 saylı icra vərəqəsinin icrasının təmin edilməsi adı altında Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin 85.000 manat məbləğində hərrac vasitəsilə satılmasına sifariş verilmişdir. Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 40/01 saylı, 18 noyabr 2020-ci il tarixli protokoluna əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair alıcı Cavabdeh2 ASC arasında protokol imzalanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 42.8-ci maddəsinə görə, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi onlara aid olmayan öhdəliyə görə onların daimi yaşadıqları fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə, mənzilinin ipoteka ilə yüklü edilməsindən və hərracda satılmasından onların xəbərinin olmamasına istinad etmiş və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini tələb etmişlər. Lakin iddiaçılar iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, iddiaçılar ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında bildirişin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı məlumat həm Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanına, həm də ünvan 3r. Eyni zamanda hərrracın keçirilməsi ilə bağlı elan “Atribut” qəzetində də dərc olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında qeyd etmişdir ki, Cavabdeh1 ilə bank arasında müqavilə bağlanan zaman istinad olunan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z ünvanında Cavabdeh1 başqa qeydiyyatda olan şəxslər aşkar edilməmişdir. Eyni zamanda Cavabdeh1 subay olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçılar ünvan 4 ünvanla ünvan 5 ilə bağlı məlumatı, buna dəlalət edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z ünvanına aidiyyətini aşkar etmək mümkün olmadığından məhkəmə belə qənaətə gəlir ki, onların bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Beləliklə, yuxarıdakılar nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 – “onlara məxsus olan ünvan 1 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərrac təşkilatı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 18 noyabr 2020-ci il tarixli, 40/01 saylı protokolun etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-422/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-422/2023
09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver