Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4262/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 ştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, "xxxx" ASC tərəfindən MP-P 01009 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X3 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 1, 50 saylı mənzilə xx.xx.2019cu il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 368 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Xətai rayon 101 saylı MKTB-nin Cəmiyyətimizə təqdim etdiyi xx.xx.2019-cu il tarixli məktubla müəyyən olunmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 1, 50 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 50 saylı mənzilin sanitar qovşağında olan borularda yaranmış nasazlıq səbəbindən su axması nəticəsində maddi ziyan dəymişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 368 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə isə 398 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 14 fevral 2019-cu il tarixli Pİ 0002/19 saylı Sığorta aktının surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 50 "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Əmlak sığortası” müəyyən edilmişdir. 07 yanvar 2019-cu il tarixində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, 50 saylı mənzilə, həmin binanın üst mərtəbəsində yerləşən 52 saylı mənzildən suyun axması nəticəsində maddi zərər dəymişdir. "xxxx" ASC-nin 15 yanvar 2019-cu il tarixli, 0051/19 saylı qiymətləndirmə aktına əsasən dəymiş zərərin məbləği 368 manat müəyyən edilmişdir. Zərərin əvəzi olaraq 368 manat X3 ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş MP-P 01009 nömrəli 16 may 2017ci il tarixli Əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, 50 saylı mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 101 saylı MKİS-nin rəisi S.Ələkbərov, mühəndis M.Rəhimov, S.Orucov küçəsi, ev 1, mənzil 50-nin sahibi X5, S.Orucov küçəsi, ev 1, mənzil 52-nin sahibi Cavabdeh tərəfindən tərtib edilmiş 10 yanvar 2019-cu il tarixli aktın surətindən görünür ki, 2019-cu ilin yanvar ayının 07-dən 08-nə keçən gecə S.Orucov küçəsi, ev 1, mənzil 52 ünvanında yaşayan Cavabdeh mənzilin sanitar qovşağında olan borularda yaranmış nasazlıq səbəbindən vətəndaş X2 yaşadığı mənzildə su axıntısı baş vermişdir. Baş vermiş su axıntısı zamanı 50 saylı mənzilin tavanında, divarlarda, nəmişlik əmələ gəlmişdir. Divar kağızlarının islanması müşahidə olunmuşdur. MKİS tərəfindən S.Orucov küçəsi, 1 saylı evin 52 saylı mənzillərində yaşayan sakinlərə baş vermiş qəzanın aradan qaldırılması üçün təcili tədbirlər görülməsi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında 01 mart 2019-cu il tarixli 000338 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 368 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Qala Sığorta” ASC tərəfindən MP-P 01009 nömrəli 16 may 2017-ci il tarixli Əmlakın sığortası şəhadətnaməsi əsasında sığortalanmış X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, 50 saylı mənzilə 07 yanvar 2019-cu il tarixində həmin binanın üst mərtəbəsində yerləşən 52 saylı mənzildən suyun axması nəticəsində maddi zərər dəymişdir. "xxxx" ASC-nin 15 yanvar 2019-cu il tarixli, 0051/19 saylı qiymətləndirmə aktına əsasən dəymiş zərərin məbləği 368 manat müəyyən edilmişdir. Zərərin əvəzi olaraq 368 manat X3 ödəniş edilmişdir. Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 101 saylı MKİS-nin rəisi S.Ələkbərov, mühəndis M.Rəhimov, S.Orucov küçəsi, ev 1, mənzil 50-nin sahibi X5, S.Orucov küçəsi, ev 1, mənzil 52-nin sahibi Cavabdeh tərəfindən tərtib edilmiş 10 yanvar 2019-cu il tarixli aktla müəyyən edilir ki, 2019-cu ilin yanvar ayının 07-dən 08-nə keçən gecə S.Orucov küçəsi, ev 1, mənzil 52 ünvanında yaşayan Cavabdeh mənzilin sanitar qovşağında olan borularda yaranmış nasazlıq səbəbindən vətəndaş X2 yaşadığı mənzildə su axıntısı baş vermişdir. Baş vermiş su axıntısı zamanı 50 saylı mənzilin tavanında, divarlarda, nəmişlik əmələ gəlmişdir. Divar kağızlarının islanması müşahidə olunmuşdur. MKİS tərəfindən S.Orucov küçəsi, 1 saylı evin 52 saylı mənzillərində yaşayan sakinlərə baş vermiş qəzanın aradan qaldırılması üçün təcili tədbirlər görülməsi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, həmin zərərin vurulması Cavabdeh faktiki istifadəsində olduğu mənzildən baş verdiyi təsdiq edildiyindən iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən ödənilmiş 368 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 368 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4262/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4262/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver