Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4263/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdeh2 Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X8 qarşı avtomobilin hərracda satılması və pay üzrə pulun bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı əri X5 miras qalmış 90VU660 dövlət qeydiyyat nişanlı X25 Prado markalı avtomobildən 5/8 hissə miras payı əldə etmiş və həmin avtomobili sataraq payına mütənasib olaraq ona çatacaq məbləği əldə etmək istəmişdir. Onun hüquqi marağı həmin avtomobili satmaq və ona düşən məbləği əldə etməkdən ibarət olmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı X13 ilə 01 may 2010-cu il tarixdə ailə qurmuşdur. X6 xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. İddiaçı Fərahim Məmmədovun ikinci həyat yoldaşı olmuşdur. X7 vəfatından sonra 90VU660 dövlət qeydiyyat nişanlı X25 Prado markalı avtomobil miras qalmışdır. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, həmin avtomobil birgə nikah dövründə əldə olunmuşdur. X1 vəfatından sonra miras qalmış əmlaklarla bağlı 1 saylı Bakı “Asan xidmət ” mərkəzinin notariat ofisinə müraciət olunmuşdur. Bundan sonra 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisindən İddiaçı 90VU660 dövlət nömrə nişanlı X25 Prado markalı avtomobilin 1/2 hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” (2V-936, xx.xx.2024-cü il) və 1/8 hissəsinə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (2V-938, xx.xx.2024-cü il) verilmişdir. Beləliklə 90VU660 dövlət nömrə nişanlı X25 Prado markalı avtomobilin 5/8 hissəsi İddiaçı 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 miras payı olaraq verilmişdir. Həmin avtomobilə 5/8 hissə miras pay aldıqdan sonra İddiaçı öz hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəmiş və bu mümkün olmamışdır. Bundan sonra 90VU660 dövlət nömrə nişanlı X25 Prado markalı avtomobilin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi xx.xx.2025-ci il tarixli 2-46656/2025 saylı məktubu ilə bildirilmişdir ki, 90VU660 dövlət nömrə nişanlı X25 Prado markalı avtomobilin rəsmiləşdirilməsi üçün nəqliyyat vasitəsi sənədlərlə (vərəsəlik hüququ haqqında şəhadətnamə, vərəsə təyin edilmiş şəxslərin razılıq ərizələri və.s.) birlikdə Bakı şəhəri üzrə DİN Baş X26 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə, respublika rayonları üzrə isə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə təqdim edilməlidir. Həmçinin avtomobil Şəki şəhərində olduğu üçün AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə həmin avtomobilin rəsmiləşdirilməsi barədə sorğu ünvanlanmışdır. AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2025-ci il tarixli 016-463 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 9, mənzil 72-də qeydiyyatda olmuş mərhum X9 məxsus olmuş X25 Prado markalı, 90VU660 dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı minik avtomobili varislərdən birinin adına qeydiyyata alınmalıdır. Bunun üçün nəqliyyat vasitəsi kimin adına qeydiyyata alınacaqsa onun xeyrinə digər varislər ərizə ilə müraciət edərək öz paylarından notarial qaydada imtina etməli və ya razılaşmalıdırlar. İddiaçı hüquqi marağı həmin avtomobilin dövlət qeydiyyatına alınaraq satılması və payına mütənasib olaraq özünə düşən məbləği almaq olmuşdur. Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsi tərəfindən vərəsələrin razılığının olması göstərilmiş və avtomobil dövlət qeydiyyatına alına bilməmişdir. Avtomobilin dövlət qeydiyyatına alınmasına digər vərəsələr (cavabdehlər) razılıq verməmişdir. Bundan sonra İddiaçı tərəfindən 90VU660 dövlət qeydiyyat nişanlı X25 Prado markalı avtomobil qiymətləndirilməsi üçün qiymətləndiriciyə təqdim olunmuş və “KRİSTAL-MM” şirkəti tərəfindən orta bazar dəyəri müəyyən edilərək 58000 (əlli səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirilmədən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025ci il tarixdə pretenziyalar ünvanlanaraq avtomobili əldə etmək niyyətlərinin olub-olmaması yox əgər əldə etmək istəmirlərsə onlara düşən miras payına uyğun olaraq məbləğin onlara ödənilməsi təklif edilmişdir. Ancaq müsbət cavab almaq mümkün olmamışdır. Belə olduğu halda hesab edirəm ki, “90VU660 dövlət qeydiyyat nişanlı X25 Prado markalı avtomobil ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda qiymətləndirilməklə satılmalı və əmlakın satışından əldə edilən pul məbləği tərəflər arasında onların payına mütənasib surətdə, yəni 5/8 hissəsi İddiaçı 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 bölünməlidir.
İddiaçının tələbi:
2. 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, “X25 Prado” markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda qiymətləndirilməklə satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə, yəni 5/8 hissəsi İddiaçı 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə razı olduğunu bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz etmədiyini bildirmişdir.
7. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. AB N 919660 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi.
9. xx.xx.2024-cü il tarixli, AZ-ll № 424953 saylı “ölüm haqqında” şəhadətnaməyə əsasən X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
10. xx.xx.2024-cü il tarixli, AZ-lll № 377656 saylı etibarnamə.
11. xx.xx.2024-cü il tarixli, N-3-16-5/8-M-xx-xx/2024 saylı arayışa əsasən X13 və X10 nikahı haqqında 01 may 2010-cu il tarixdə 68 №-li akt qeydi tərtib olunmuşdur. Nikaha F. Ş. Məmmədovun xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2024-cü il tarixdə 585 №-li akt qeydi ilə Bakı Şəhəri Xətai Rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
12. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı adından verilmiş etibarnamə əsasında X14 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət edərək mərhum əri X5 qalmış daşınar və daşınmaz əmlaklardan ibarət miras əmlakı qəbul etdiyini və digər vərəsələrin Cavabdeh1, Cavabdeh2 və X12 olduğunu bildirmişdir.
13. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh2 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət edərək mərhum atası X5 qalmış daşınar və daşınmaz əmlaklardan ibarət miras əmlakı qəbul etdiyini və digər vərəsələrin Cavabdeh1, İddiaçı və Cavabdeh3 olduğunu bildirmişdir.
14. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh3 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət edərək mərhum atası X5 qalmış daşınar və daşınmaz əmlaklardan ibarət miras əmlakı qəbul etdiyini və digər vərəsələrin Cavabdeh1, İddiaçı və Cavabdeh2 olduğunu bildirmişdir.
15. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh1 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət edərək mərhum atası X5 qalmış daşınar və daşınmaz əmlaklardan ibarət miras əmlakı qəbul etdiyini və digər vərəsələrin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olduğunu bildirmişdir.
16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, № 8-30/5204-24 saylı məktuba əsasən X2 məxsus AZ15NİCB**********0001A41010 saylı cari hesabı üzrə qalıq məbləğ - 0.00 AZN, AZ97NİCB**********0002A41010 saylı cari hesabı üzrə qalıq məbləğ 0.68 AZN, AZ29NİCB**********0013A41010 saylı cari hesabı üzrə qalıq məbləğ 251.63 AZN, AZ30NİCB**********0014A41110 saylı əmanət hesabı üzrə məbləğ 10 000 AZN ve ona gündəlik hesablanmış faiz məbləği teşkil edir.
17. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, № 8-30/5397-24 saylı məktuba əsasən X2 məxsus AZ15NİCB**********0001A41010 ve AZ97NİCB**********0002A41010 saylı cari hesablar xx/xx/2021-ci il tarixində, AZ29NİCB**********0013A41010 saylı cari hesab xx/xx/2023-ci il tarixində, AZ30NİCB**********0014A41110 saylı əmanət hesabı isə xx/xx/2023-cü il tarixində açılmışdır.
18. xx.xx.2024-cü il tarixli, 8İ-58298 №-li ərizəyə əsasən X14 etibarnamə ilə təmsil etdiyi İddiaçı adından xx.xx.2024-cü il tarixdə vəfat etdiyi X6 ilə birgə nikah dövründə əldə etdikləri əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
19. xx.xx.2024-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024 -cü ildə vefat miş X3 qalmış arvadı Bakı şəhəri, Telnov küçəsi, ev 9, 72 saylı mənzildə qeydiyyatda olan İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli A8919660 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBU3FJ00K055255, mühərrikin nömrəsi A713984 və buraxılış ili 2013-cü il olan TOYOTA AND CRUİSER PRADO Mİ markalı 90VU660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı X25 PRADO Mİ markalı 90VU660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.
20. xx.xx.2024-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü ildə vəfat elmiş X3 qalmış arvadı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 9, 72 saylı mənzildə qeydiyyatda olan arvadı İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə amlakı AZ15NİCB**********0001A41010 saylı cari hesabı üzrə qalıq məbləğ AZ97NİCB**********0002A41010 saylı cari qaliq məbləğ hesabı üzrə AZ29NİCB**********0013A41010 saylı cari hesabi 0.00 AZN 0.68 AZN üzrə qalıq məbləğ 251.63 AZN AZ30NİCB**********0014A41110 saylı əmanət hesabı üzrə məbləğ 10.000 AZN və ona gündəlik hesablanmış faiz məbləğindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı AZ15NİCB**********0001A41010 saylı cari hesabı üzrə qalıq məbləğ 0.00 AZN, AZ97NİCB**********0002A41010 saylı cari hesabi üzrə qalıq məbləğ 0.68 AZN. AZ29NİCB**********0013A41010 saylı carl hesabı üzrə qalıq məbləğ 251.63 AZN, AZ30NİCB**********0014A41110 saylı əmanət hesabı üzrə məbləğ - 10 000 AZN va ona gündəlik hesablanmış iz məbləğindən 1/2 hissesindən ibarətdir.
21. xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi Azərbaycan Respublikası, ünvan 3 ünyanında qeydiyyatda olan arvadı-İddiaçıdır və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİl tərəfindən verilmiş xx.xx.2013-cü il tarixll AB919660 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBU3FJ00K055255, mühərrikin nömrəsi A713984 və buraxılış ili 2013-cu il olan X25 PRADO Mİ markalı 90VU660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
22. xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə -X7 vərəsəsi Azərbaycan Respublıkası, ünvan 3 ünvanında qeydiyyatda olan arvadı-İddiaçıdır ve o miras əmlakdan 1/8 hissede pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AZ15NİCB**********0001A41010 saylı cari hesabı üzrə qalıq məbləğ 0.00 AZ97NİC8**********0002A41010 saylı cari hesabı üzre qalıq məbləğ AZ29NİCB**********0013A41010 saylı cari hesabı üzrə qalıq məbləğ 251.63 AZ3ONİCB**********0014A41110 saylı əmanət hesabı üzrə məbləğ 10 000 AZN va ona gündəlik hesablanmış AZN, 0.68 AZN AZN az məbləgindən ibarətdir.
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2025-ci il tarixli, № 016-463 saylı məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 9, mənzil 72-də qeydiyyatda olmuş, mərhum X9 məxsus olan X25 Prado markalı, 90VU660 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı minik avtomobili varislərindən birinin adına qeydiyyata alınmalıdır. Bunun üçün nəqliyyat vasitəsi kimin adına qeydiyyata alınacaqsa onun xeyrinə digər varislər ərizə ilə müraciət edərək öz paylarından notarial qaydada imtina etməli və ya razılaşması bildirilmişdir.
24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2025-ci il tarixli, N- 3-13-16/2-46656/2025 saylı məktubu.
25. “Kristal-MM” Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, № 2001/25 saylı arayışa əsasən X9 məxsus olmuş X25 Prado markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin orta bazar dəyəri 58000 manat olduğu müəyyən edilmişdir.
26. xx.xx.2025-ci il tarixli pretenziya məktubları.
27. xx.xx.2025-ci il tarixli ərizələr.
28. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Konstitusiyası:
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:
34. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
35. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, N-3-16-5/8-M-xx-xx/2024 saylı arayışa əsasən X13 və X10 nikahı haqqında 01 may 2010-cu il tarixdə 68 №-li akt qeydi tərtib olunmuşdur. Nikaha F. Ş. Məmmədovun xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2024-cü il tarixdə 585 №-li akt qeydi ilə Bakı Şəhəri Xətai Rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli A8919660 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBU3FJ00K055255, mühərrikin nömrəsi A713984 və buraxılış ili 2013-cü il olan TOYOTA AND CRUİSER PRADO Mİ markalı 90VU660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı X25 PRADO Mİ markalı 90VU660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. İddiaçı adından verilmiş etibarnamə əsasında X14 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət edərək mərhum əri X5 qalmış daşınar və daşınmaz əmlaklardan ibarət miras əmlakı qəbul etdiyini və digər vərəsələrin Cavabdeh1, Cavabdeh2 və X12 olduğunu bildirmişdir. (§21)
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. (§32)
37. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan mübahisəli avtomobilin göstərilən qaydada bölünməsi açıq-aşkar məqsədə uyğun deyildir. Buna görə də mübahisəli avtomobillər açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti, tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir.
38. Eyni zamanda iddiaçı cavabdehlərə ərizə ilə müraciət edərək kompensasiya ödənilməklə payını onlara satmağı təklif etmiş, lakin iddiaçının bu məktubuna cavabdehər tərəfindən münasibət bildirilməmiş və nəticədə iddiaçı avtomobilin hərracda satılması və pay üzrə pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (§26)
39. Həmçinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olduqlarını 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, "X25 Prado" markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda qiymətləndirilməklə satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə, yəni 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 bölünməsi barədə qətnamə qəbul edilməsinə etiraz etməmişdirlər.
40. Məhkəmə iddia tələbini cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 münasibətdə işin araşdırımasını zəruri hesab etmir. Belə ki, cavabdehlər iddia tələbini qəbul etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
41. Eyni zamanda məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, məhkəmə iclasları barədə Cavabdeh1 lazimi qaydada məlumatlandırılmış, lakin o keçirilmiş məhkəmə iclaslarında iştirak etməyək iddia tələbinə dair iradə ifadəsini bildirməmişdir və bu səbəbdən məhkəmə Cavabdeh1 münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Hazırda mübahisəli paylı əmlakla bağlı bir payçı istisna olmaqla payçıların əmlakın hərracda satılması və əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına mütəmnasib olaraq bölünməsi ilə bağlı yekdilliklə mövqeyi mövcud olduğundan iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməlidir.
42. Həmçinin, avtomobilin açıq hərracda satışı mütəxəssis rəyində müəyyən edilmiş bazar qiyməti əsas götürməklə yerinə yetirilməlidir. Mülki iş materiallarına əlavə edilmiş “Kristal-MM” Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, № 2001/25 saylı arayışa əsasən X9 məxsus olmuş X25 Prado markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin orta bazar dəyəri 58 000 manat olduğu müəyyən olunur. (§25)
43. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, “X25 Prado” markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda qiymətləndirilməklə satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə, yəni 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 bölünməsi barədə qətnamə qəbul edilməlidir. Açıq hərracdan satılarkən 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, “X25 Prado” markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ilkin bazar qiyməti 58 000 (əlli səkkiz min) manat müəyyən edilməlidir. Məhkəmə xərcləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb mövcud olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
45. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, “X25 Prado” markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda qiymətləndirilməklə satılsin və əmlakın satışından əldə edilən pul məbləğinin 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2 və 1/8 hissəsi Cavabdeh3 bölünsün.
3. Açıq hərracdan satılarkən 2013-cü il buraxılışı ağ mirvari rəngli, Ban: JTEBU3FJ00K055255, “X25 Prado” markalı AZ **-VU-*** dövlət qediyyat nişanlı avtomobilin ilkin bazar qiyməti 58 000 (əlli səkkiz min) manat müəyyən edilsin.
4. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova