Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4278/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İlkin iddia tələbi üzrə cavabdehin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Tağıyeva-X5 qarşı “reqres qaydada pul tələbi” barədə ilkin; İddiaçı Tağıyeva-X4 cavabdeh İddiaçı qarşı “zəzərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Tağıyeva-X5 qarşı “reqres qaydada pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması nəticəsində iddiaçıya dəymiş maddi ziyanı təşkil edən 108.000 manat pul vəsaitinin cavabdeh Tağıyeva X2 tutularaq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı doğma qızı olan cavabdeh Tağıyeva-X7 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqaviləyə əsasən onun X45 Universitetində “X33” ixtisası üzrə təhsilinin SOCAR tərəfindən maliyyələşdirilməsi, eyni zamanda onun 2012-ci ildə təhsili başa vuraraq həmin müəssisənin struktur bölmələrinin birində ixtisasına uyğun 5 il işləmək öhdəliyi nəzərdə tutulmuşdur. Müqavilədə təhsil xərclərinin 31.182 funt sterlinq təşkil etdiyi göstərilmişdir. Sözügedən “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan “SOCAR” ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə əlaqədar cavabdeh X46 Universitetində “X33” ixtisası üzrə təhsilini başa çatdırmış və SOCAR-ın Baş Ofisinin Risklərin idarə edilməsi şöbəsində iqtisadçı vəzifəsində işə qəbul olunmuşdur. Buna baxmayaraq cavabdeh imzaladığı “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilənin tələblərini lazımınca yerinə yetirməmiş, əmək müqaviləsinə razılaşdırılmış müddəti gözləmədən xitam verilməsinə təşəbbüs göstərmişdir. Cavabdehin mövqeyi belə olmuşdur ki, təhsilini alıb “SOCAR”-da işə başladıqdan sonrakı iş stajının 2 il 2 ay 21 gün hissəsi onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”-ın) ofisində əmək fəaliyyətini bilavasitə həyata keçirdiyi müddəti, yerdə qalan hissəsi isə sığorta hadisələrinin baş verməsi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi nəticəsində özündən asılı olmayan səbəblərə görə əmək fəaliyyətini bilavasitə həyata keçirə bilmədiyi dövrü əhatə etmişdir. Onun mülahizəsinə görə, analıq məzuniyyətində olduğu müddət qanun üzrə əmək stajına daxil olması belə anlama gəlir ki, “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə üzrə 5 il işləmək öhdəliyi artıq icra olunmuşdur. Bu səbəbdən də o, edilən xəbərdarlıqlara məhəl qoymadan vəzifəsindən çıxmaqda israrlı olmuşdur. Buna baxmayaraq məhkəmələr həmin cavabdehin mövqeyi ilə razılaşmamış, yekun nəticədə İddiaçı mənzili açıq hərracda satılmaqla cavabdehin borcunun böyük hissəsi ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq 35.700 funt sterlinq (GBP) və 4.154,94 manat məbləğində təhsilə çəkilmiş xərclərin, 30 manat dövlət rüsumunun, 31 manat məbləğində sair xərclərin alınaraq SOCAR-ın xeyrinə tutulması; tutulacaq məbləğə dair öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında pasport qeydiyyatında olan şəxs Tağıyeva X4 və İddiaçı Mirhüseyn qızının bir aydan gec olmayaraq həmin mənzildən çıxarılması; tutulacaq məbləğə dair öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi və ipoteka predmetinin satışından əldə ediləcək məbləğin tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh Tağıyeva X3 “SOCAR”-ın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixli “Təqaüdçünün təhsilinin təşkili haqqında” 4 nömrəli müqaviləyə, həmçinin həmin müqavilə ilə əlaqəli olan ünvan 1 ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İddiaçı və Tağıyeva X7 arasında bağlanmış “İpoteka haqqında” xx.xx.2011-ci il tarixli 5 nömrəli müqaviləyə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3902/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3902/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5945/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3902/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5945/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən narazı qalan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1931/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”-ın) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5945/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3902/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kasasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim: Elşanə Vəliyeva) 2(102)-6480/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3902/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi icraya yönəldilmiş, icra vərəqəsinin icrası Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilmişdir. 2023-cü ilin iyul ayında mənzil açıq hərracda satılmış və tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) tələbinin bir hissəsi satış nəticəsində əldə olunmuş vəsait hesabına ödənilmişdir. Bununla da iddiaçının tam mülkiyyətində olmuş mənzil cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının əlindən əvəzsiz olaraq çıxmışdır. Beləliklə, iddiaçı ipoteka qoyan qismində üzərinə öhdəlik götürmüşdür ki, doğma qızı olan cavabdeh xaricdə təhsil alacaq və “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə üzrə öhdəliklərini “SOCAR” qarşısında vicdanla icra edəcək. Bunun belə olmayacağını ehtimal etsəydi, iddiaçı öz əmlakını gözü görə-görə güdaza verməzdi. Göründüyü kimi, cavabdeh iddiaçının etimadını doğrultmamış, nəticədə də iddiaçının mülkiyyətində olan mənzil açıq hərracda satılmaqla iddiaçının borc öhdəliyi cavabdeh tərəfindən icra olunmuşdur. Lakin SOCAR-ın ödədiyi vəsaitdən iddiaçı fayda götürməmiş, faydanı cavabdeh götürmüşdür. Bu işin mübahisəsiz halıdır. Hal-hazırda da aldığı təhsil nəticəsində yiyiləndiyi biliklərdən X48 şəhərində faydalanır və qazanc əldə edir. Lakin iddiaçı heç bir fayda götürmədiyi halda mənzilindən məhrum olmuşdur. İddiaçı Tağıyeva-X7 cavabdeh İddiaçı qarşı “zəzərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Tağıyeva Mətanətin xeyrinə vurulmuş real zərər kimi 12.420 manat həcmində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Tağıyeva-X10 (Mətanət Tağıyeva) Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (“SOCAR”) işləyib. Həmin vaxt onun xaricdə təhsilini davam etdirməsi qərara alınıb və onunla xx.xx.2011-ci il tarixdə “təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə bağlanıb. Müqavilə ilə o, X45 Universitetində “X33” ixtisası üzrə təhsil alıb. Təhsil xərci müqavilə üzrə 31.182 Funt sterlinq göstərilmişdir. Öhdəliyin təminatı kimi iddiaçının anası İddiaçı özü mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. İlk başda Tağıyeva Mətanət əmlakın yüklü edilməsinə razı olmamış, xərclərin “SOCAR”-ın daxili vəsaiti hesabına həyata keçirilməsini istəmişdir. Buna baxmayaraq İddiaçı təkidindən sonra əmlakın yüklü edilməsinə razılıq vermişdir. Bundan sonra tərəflər arasında ipoteka müqaviləsi bağlanılmışdır. Daha sonra iddiaçı Bormut Universitetində təhsili davam etdirmişdir. Təhsil aldığı dövrdə övladı dünyaya gəlmiş bu səbəbdən həm qısamüddətli, həm də uzunmüddətli analıq məzuniyyətinə çıxmışdır. Buna baxmayaraq “SOCAR” tərəfindən məhkəmədə iddia qaldırılmışdır (iddia məbləği – 35.700 funt sterliq, 4.154,94 manat və 30 manat dövlət rüsumu). İddiaya əsasən iddiaçı təhsilini başa vurduqdan sonra 5 il işini davam etdirməli imiş. Hansı ki, Tağıyeva Mətanət işdən ayrılan zaman “SOCAR”-ın rəhbər şəxsləri ilə görüşmüş və onu nümunəvi əməkdaş kimi yola salıblar və hər hansı problemin olmadığı bildirilib. Ona qarşı əsassız iddia qaldırıldığına görə Tağıyeva Mətanaət anası İddiaçı ilə birlikdə “SOCAR”-a qarşı müqaviləyə xitam verilməsi barədə birlikdə iddia qaldırıblar (Əgər İddiaçı ipoteka müqaviləsini aldatma nəticəsində bağlasaydı o zaman qızı ilə yox, tək müqavilənin etibarsızlığına qarşı iddia qaldırardı. O da 2024-cü ildə yox, bir neçə il əvvəl). Hər iki iddia bir icraatda birləşdirilib Rayon Məhkəməsində işə baxılarkən “SOCAR”-ın iddiası təmin edilib. Bundan sonra qətnamədən apellyasiya verilib. Birinci apellyasiya baxışı zamanı məhkəmə tərəfindən rəy alınması üçün iş AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X36 göndərilib. Həmin dövlət orqanının verdiyi rəyə əsasən Tağıyeva Mətanətin “SOCAR”-da iş müddəti 6 il, 3 ay, 5 gün olmuşdur. Buna görə Tağıyeva Mətanət və İddiaçı iddiası təmin olunmuşdur. Lakin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmə işi yenidən apellyasiya baxışına qaytarmışdır. 2-ci dəfə apellyasiya məhkəməsi işə baxarkən bu dəfə “SOCAR”-ın xeyrinə qərar vermişdir. Son qətnamədən növbəti dəfə kassasiya şikayəti verilmiş, lakin təmin edilməmişdir. Lap əvvəldən İddiaçı həmin evi qızı Tağıyeva Mətanətə verəcəyini bildirmiş və cavabdehin təkidinə baxmayaraq qızının təhsili üçün öz iradəsi ilə ipoteka müqaviləsi bağlamışdır. Müqavilənin bağlanılması üçün heç bir aldatma halından söhbət gedə bilməz. Təhsil müqaviləsi üzrə Tağıyeva Mətanətin əmək stajı yetərli olsa da, iş yeri tərəfindən ona qarşı əsassız iddia qaldırılmışdır. Başqa sözlə bu cür iddianın qaldırılması üçün Tağıyeva Mətanətin heç bir qərəzli hərəkəti, hüquqa zidd əməli olmamışdır. Və deyildiyi kimi cavabdeh əmlakın girov qoyulmasına razılıq verməmiş, anası bunu təkidlə etmişdir. Bundan başqa, anası həmin evi qızına bağışladığını bildirmişdir. Bağışlama müqaviləsinin olmamasına rəğmən, Tağıyeva Mətanət və onun həyat yoldaşı evin onlara veriləcəyini zənn edərək İddiaçı ilə birlikdə “SOCAR”-a qarşı iddia qaldırmışdır. Məhkəmə işi uğursuz olmuşdur. İpotekalı əmlak “SOCAR” tərəfindən əldə edildikdən sonra Tağıyeva Mətanət müqavilə üzrə qalıq məbləğ olan 9.920 manat vəsaiti “SOCAR”-a ödəmişdir. Həmin pulu yoldaşı X52 vermiş və o, Bakıya gəlmişdir. Həmin vəsait icra şöbəsində “SOCAR”-ın hesabına köçürülmüşdür. 4 il gedən məhkəmə işlərinin aparılması üçün Tağıyeva Mətanət həyat yoldaşı X61 ilə dəfələrlə Londondan Bakıya gəlmiş və məhkəmə proseslərinin aparılması üçün xeyli vəsait xərcləmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı özü ilk iddia ərizəsini zorla, təhdid altında qaldırmışdır. Belə ki, o təkidlə notariusa aparılmış, vəkilə etibarnamə aldırılmışdır. İddia ərizəsində ünvanın səhv göstərilməsi (mənzil 20 və 21 qonşu mənzillər olmuşdur; mənzil 20 “SOCAR” tərəfindən alınmış, 21 nömrəli mənzildə İddiaçı hazırda yaşamaqdadır və orda qeydiyyatdadır; həmin ünvan etibarnamədə göstərilib) və iddiaçının iddianı imzalamaması bunu təsdiq edir. Vəkilə verilən etibarnamədə iddianın elektron qaydada imzalanması göstərilməsə də, nümayəndə asan imza ilə iddia ərizəsini imzalamış və həmin ərizəni məhkəmə icraata götürmüşdür. İddianın zorla və əsassız şəkildə qaldırılması zəruri edir ki, iddiaçı özü məhkəmədə iştirak etsin. Bu barədə məhkəməyə vəsatət veriləcəkdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda iddiaçının vəkili və nümayəndəsi Tağıyeva Mətanət və onun həyat yoldaşının vəkili olmuş (“SOCAR” işi ilə bağlı). Məhkəmə portalına yerləşdirilən rayon, apellyasiya məhkəməsinin 2 qətnaməsi, Ali məhkəmənin 2 qərarı və Konstitusiya Məhkəməsinin qərardadının nümayəndədə olması deyilənləri təsdiq edir. O, heç bir yerə sorğu verməmiş və heç bir işlə tanış olmamış həmin məhkəmə sənədlərini əldə etmişdir. Həmin işdə birgə iddiaçılar Tağıyeva Mətanət və İddiaçı olsa da, vəkilin qonararını Tağıyeva Mətanət və yoldaşı ödəmiş, dövlət rüsumlarını və digər məhkəmə xərclərini də onlar çəkmişdir. Başqa sözlə iş üzrə hazırki işdə iştirak edən nümayəndə Tağıyeva Mətanətin və onun yoldaşı X49 vəkili olmuşdur. Elə indiki iddianın qaldırılması ideyası həmin nümayəndə ilə Mirnamiqin sövdələşməsi əsasında ortaya çıxmışdır. Ümumilikdə “SOCAR” işində Tağıyeva Mətanətin məhkəmə xərci 2.500 manat olmuşdur), bu səbəbdən ona da mülki prosessual qanunvericiliyə əsasən etiraz verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Tağıyeva Mətanətin qardaşı Mirnamiqə baş etibarnamə verilmiş, həmin sənəd əsasında vəkillə Tağıyeva Mətanət və həyat yoldaşı uzaqda yaşadığı üçün müqavilə bağlanmış, faktiki hüquqi yardım cavabdehə və yoldaşı X53 göstərilmişdir. Bundan başqa bildirmək istəyir ki, həmin iddiaçının oğlu və cavabdehin qardaşı X6 ASC-də işləyir. 2016-cı ildə cavabdehin yoldaşı X32 maddi vəziyyətinin aşağı olması səbəbindən işə götürüb. X59 Londonda həyat yoldaşı Mətanət Tağıyeva ilə birlikdə ticarət fəaliyyəti ilə məşğuldur. Mirnamiq 2016-cı ildə kuryer kimi işə götürülüb. Onun işi xaricdən göndərilmiş malları (qadın geyimləri) müştərilərə çatdırmaq olub. 2016-cı ildən 2023-cü ilin may ayına kimi o bacısı və onun ərinin birgə biznesi üzrə Azərbaycanda kuryer işləyib. Həmin dövr ərzində Mirnamiq tərəfindən bacısı, iş üzrə cavabdeh və onun həyat yoldaşı X30rın etibarından sui-istifadə edərək küllli miqdarda maddi ziyan vurmuşdur. Bu aldatma faktını onlar yeni aşkar ediblər. Həmin maddi ziyanla bağlı əsaslı faktlar, sübutlar mövcuddur. Bu səbəbdən Dolati Dolatabad şikayət ərizəsi ilə əvvəlcə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. İlk araşdırmalardan sonra işin materialı aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Hazırda Xətai Rayon Polis İdarəsində müvafiq araşdırma aparılır. Mirnamiq tərəfindən aldatma faktına və bacısının yoldaşının ona qarşı polisə şikayət verməsinə görə Mirnamiq Rənanın indiki nümayəndəsi ilə birlikdə belə qərara gəlmişdir ki, əgər o şikayət ərizəsini polisdən götürməsə anasının adından “SOCAR” məsələsinə görə iddia qaldıracaqdır. İddianın qaldırılmasının əsas səbəbi bundan ibarətdir. İddia ərizəsi ilə də tanış olanda aydın olur ki, İddiaçı bu iddiada formal şəxsdir. İddianı qaldıran Mirnamiqdir və bu iddia təzyiq altında qaldırılıb. Əks halda necə ola bilər ki, 2011-ci ildə bağlanmış ipoteka müqaviləsinə görə iddiaçı 2024-cü ildə 13 il sonra iddia qaldırır. Digər tərəfdən iddiaçı özü öz iradəsi ilə əmlakı girov qoymuşdur və hər zaman insanlar arasında həmin evi qızına verdiyini bildirmişdir. Bundan başqa Tağıyeva Mətanət və əri Dolati Dolatabad “SOCAR”-la olan məhkəmə çəkişmələrinə görə evin onların olacağını zənn edərək Azərbaycana gəlmiş xeyli xərc çəkmişdir. Həmin xərclərə gediş-gəliş xərcləri, əmlak alındıqdan sonra qalan məbləğin ödənilməsi, məhkəmə işinin aparılmasına görə çəkilmiş xərclər, rüsumlar və s. daxildir. Həmin faktlar barədə bilavasitə məlumatı olan şəxslər, şahidlər vardır. Cinayət işinə mane olmaq üçün əsassız qaldırılmış iddiaya görə Mətanət Tağıyeva həqiqətən iddiaçının yalanlarına görə çəkdiyi xərclərin əvəzini almaq hüququ vardır və hesab edir ki, bu halda cavabdeh qarşılıqlı iddia verməlidir. İlkin iddia tələbi üzrə cavabdehin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Mətanət Tağıyevaya vurulmuş real zərər kimi 12.420 manat həcmində pulun, vəkillə bağlanan müqavilə xərci olan 300 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdehin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinə dair mülahizə ilə müraciət edərək bildirmişdir ki, Mətanət Tağıyeva anası İddiaçı gözündə yaranmış problemlə əlaqədar onun müalicəsi ilə məşğul olub və bunun üçün müəyyən xərclər çəkib. Belə ki, Cahid Şahbazov adına xəstəxanada gözünə vurulan iynələr üçün 1.200 manat pul xərcləyib. 2018-ci ildə Tağıyeva Mətanət anası İddiaçı gözündə yaranmış problemlə əlaqədar xüsusi eynəkdən istifadə edilməsi üçün 950 manat pul ödənilərək ona eynək sifariş edib. 2018-ci ildə İddiaçı insult keçirib. Onun müalicəsinə Tağıyeva Mətanət 1.400 manat pul xərcləyib. 2021-ci ildə “Baku Medical” xəstəxanasında böyrəyindən İddiaçı müailicə olunub. Həmin müalicəyə Tağıyeva Mətanət 2.100 manat pul xərcləyib. 2021-ci ildə İddiaçı ayağından “anju” olunub və “stend” qoyulub. Həmin əməliyyata 1.400 manat vəsait sərf edilib. 2022-ci ilin mart ayınında İddiaçı ümumi müalicəsinə 640 manat əlavə xərc çəkilib. Daha sonra gəzinti məqsədilə İddiaçı London şəhərinə gəlməsi üçün təyyarə bileti və viza məsələlərinin həllinə görə 1.400 manat pul verilib. 2022-ci ilin aprel ayının 2-də İddiaçı London şəhərinə gedib may ayının 14-ə kimi orda qalıb. Bir ay yarım orda qalıb və orda qalma xərclərini də Tağıyeva Mətanət qarşılayıb. Xarici ölkəyə səyahət səhhətində olan problemlərlə bağlı Tağıyeva Mətanət tərərfindən təşkil edilib. Bundan başqa o, qardaşı Tağıyev Mirnamiq vasitəsilə anası İddiaçı yardım kimi 500 manat pul göndərib. Sonra atası Tağıyev Mirhüseynin də 2018-ci ildə London şəhərinə səyahət etməsi üçün 1.640 manat və Rusiya Federasiyasına getmək üçün 380 manat təyyarə bileti alıb. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayına kimi atası Londonda qalıb. Onun orda qalması xərclərini də Tağıyeva Mətanət qarşılayıb. “SOCAR” tərəfindən hərrac vasitəilə əldə edilən, hazırki ilkin iddia üzrə “dəymiş zərər kimi” mübahisələndirilən mənzili valideynləri, xüsuilə anası İddiaçı onlara - Tağıyeva Mətanət və ailəsinə bağışladığını elan etdiyi üçün məhkəmə mübahisəsi ilə bağlı məhkəmə xərcləri Tağıyeva Mətanət və onun həyat yoldaşı X60 tərəfindən qarşılanıb. Həmin mübahisədən əvvəl isə evin onların olacağını zənn edərək valideynlərinin istəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 nömrəli mənzilin təmiri üçün onlara 10.000 manat pul verilib və mənzil təmir olunub. Göstərilənlərdən başqa Tağıyeva Mətanətin verdiyi məlumata əsasən 2006-cı ildən “SOCAR”-da işə düzəldiyi vaxtdan 2023-cü ilin iyun ayına kimi (Tağıyev Mirnamiq tərəfindən onlara qarşı edilən əməllər aşkara çıxan vaxtlara kimi) hər ay orta hesabla 200 manat - 300 manat civarında kömək məqsədilə pul göndərib. Elə aylar da olub ki, həmin aylıq yardımlar 500 manat, 1.000 manat olub. Onun bütün geyimlərini də Tağıyeva Mətanət təmin edib. Anasının xəstəliyi ilə əlaqədar 2014-cü ildən (İddiaçı açıq ürək əməliyyatı keçirdikdən sonra) 2024-cü ilin əvvəllərinə qədər onun xroniki xəstəlikləri ilə bağlı davamlı dərman xərclərini də Tağıyeva Mətanət ödəyib. Bu da on ilə yaxın müddət edir. Qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi ilkin iddia İddiaçı tərəfindən qaldırılmayıb. Həmin iddia Mətanət Tağıyevanın atası və qardaşının təzyiqi altında anasının adından Xətai Rayon Polis İdarəsində davam edən ibtidai istintaqın gedişinə mane olmaq məqsədilə qaldırılıb. Bu səbəbdən iddiaçın özünün bilavasitə məhkəmə iclasında iştirak etməsi zəruridir. Əks halda 13 il sonra dəymiş zərərlə bağlı qaldırılan iddia absurd görünür. Digər tərəfdən hazırki iş üzrə iddia qaldırılan ərəfədə İddiaçı oğlu Tağıyev Mirnamiqlə olan “whatsapp” yazısı vardır. Həmin yazışmada İddiaçı etiraf edir ki, ona məhkəmədən “sms” gəlsədə iddianı o qaldırmayıb, yoldaşının və oğlunun təzyiqi ilə bu iddia verilib, Tağıyeva Mətanətdən pul istəyən yoxdur. X54 yoldaşı X60 polisə şikayət ərizəsi verilməsə idi, belə bir iddia da olmayacaqdı. Bundan başqa İddiaçı Tağıyeva Mətanətə göndərdiyi səs yazısı da vardır. Həmin səs yazısında da göstərilən məsələlər etiraf olunur. X55 tərəfindən anasına, atasına və mənzilə dair çəkilmiş xərclərlə bağlı özünün tərtib etdiyi məlumatları, İddiaçı oğlu Tağıyev Mirnamiqlə yazışmasında hazırki iddia üzrə etiraflarını və İddiaçı səs yazısı olan diski əlavə edirik. İlkin idddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə ilk iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia tələbi üzrə cavabdehin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmişdir. O izahatında göstərmişdir ki, bu iddiadan ilkin iddiaçının xəbəri yoxdur. İddiaçı dəfələrlə şifahi qaydada demişdir ki, ipoteka ilə yüklü edilmiş və satılmış mənzil Mətanət Tağıyevaya verilib. İddiaçı oğlu X56 Tağıyevanın biznesinə 300.000 manata yaxın zərər vurmuşdur və hazırda cinayət işinin araşdırılması davam etməkdədir. X56 Tağıyevanın şikayətinin geri götürməsi üçün hazırki iddianı bacısı İddiaçı adından ilkin iddiaçının vəkili ilə birlikdə vermişdir. İddiaçı əgər ona zərər dəydiyini düşünürdüsə 13 il əvvəl mübahisə ilə məhkəməyə müraciət edərdi. X62 anasının müalicə xərclərini qarşılamış, onu Londonda öz vəsaiti hesabına müalicə etdirmişdir. İş üzrə şahid qismində dindirilmiş X26 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə qızı Mətanət Tağıyeva arasında həmişə mehriban ana-bala münasibəti olmuşdur. Mətanət Tağıyeva anasının müalicəsi üçün onu Londona aparmışdır və bütün müalicə xərclərini özü və həyat yoldaşı çəkmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 5 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipotekasaxlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ipotekaqoyan İddiaçı və təqaüdçü X27 arasında olan razılaşmaya əsasən, ipotekasaxlayan ilə təqaüdçü arasında bağlanmış “Təqaüdçünün təhslinin təşkili haqqında” müqaviləyə əsasən təqaüdçünün öhdəliklərinin icrasının təminatı üçün ipotekaqoyan ona tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili girov qoymuşdur, ipotekasaxlayan isə bu girovu qəbul etmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3802/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia ərizəsi təmin edilmişdir, X14 ödəniş gününə mərkəzi bankın rəsmi məzənnəsinə uyğun olaraq 35.700.00 funt sterlinq (GBP) və 4.154.94 manat məbləğində təhsilə çəkilmiş xərclərin, 30 manat məbləğində dövlət rüsumunun, 31 manat məbləğində sair xərclər alınaraq “SOCAR”-ın xeyrinə ödənilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili ünvanında pasport qeydiyyatında olan şəxslər 1 aydan gec olmayaraq həmin mənzildən çıxarılması, ipoteka predmetinin satışından əldə ediləcək məbləğ tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh X14 “SOCAR”-ın xeyrinə tutulması, Tağıyeva X7 və İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (“SOCAR”) qarşı müqaviləyə xitam verilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5945/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X17 və İddiaçı nümayəndəsi vəkil X41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3802/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X19 və İddiaçı qarşı - təhsil və sair xərclərin qaytarılması, qeydiyyatdan çıxarılma və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiası təmin edilməmişdir. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X17 və İddiaçı qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X27 arasında bağlanmış "Təqaüdçünün təhsilinin təşkili haqqında” 11 yanvar 2011-ci il tarixli, 4 nömrəli müqaviləyə, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 7, mənzil 20-i ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı və X27 arasında bağlanmış "İpoteka haqqında” 11 yanvar 2011 -ci il tarixli, 5 №-li müqaviləyə xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1931/21 saylı, 17 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3802/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6480/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, cavabdehlər (icraatı birləşdirilmiş iş üzrə iddiaçılar) X27 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5241/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri , Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 65, M7, m2) İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 38/23 nömrəli hərrac yekunları barədə protokola və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(008)-3802/2019 nömrəli İcra Vərəqəsinə əsasən həmin mənzil X34 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə- 7 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X57 həmin mənzili X1. Sözügedən mənzil üzərində X12 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, lakin Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-249 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X42 özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində X35 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3802/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 59 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 saylı mənzilin xx.xx.2019-cu il tarixə bazar dəyəri 71.000 manat, likvid dəyəri 63.900 manat təşkil edir. Hazırda məhkəmə tərəfindən tələb edilmiş Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-3802/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işinin məlumatlarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3802/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı keçirilmiş qiymətləndirmə zamanı "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli, R01/45/22 saylı rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 saylı mənzilin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 85.000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx"MMC-nin 2977/SQ saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 saylı mənzilin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 108.000 manat təşkil edir. İş materiallarında olan “X22” "xxxx" MMC-nin xx.xx.2023-cü il “hərrac yekunları barədə” 38/23 nömrəli protokolunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Sülh küçəsi, ev 7 ünvanında yerləşən 2 otaqlı 20 saylı mənzil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 2106-89320 15 saylı xx.xx.2022-ci il tarixli sifarişinə əsasən xx.xx.2023-cü il saat 11:00 tarixə təyin edilmiş təkrar açıq hərracda satış qiyməti 72.250 məbləğində hərracın qalibi X9. Mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 139769-NEDVİJ-4383 saylı satıcı X20, ipoteka saxlayan "xxxx" ASC, alıcı X58 arasında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Sülh küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzil 115.000 manat məbləği müqabilində satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı iddia tələbindən imtina etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı iddia tələbindən imtinaya dair notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəni onun hüquqi nəticələrini bilmədən imzalamışdır. O, iddiaya mahiyyəti üzrə baxılıb qərarın qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X27 arasında xx.xx.2011-ci il tarixində “Təqaüdçünün təhsilinin təşkili haqqında” 04 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, M.M.X29 Bormut Universitetində «X33» ixtisası üzrə təhsili “SOCAR” tərəfindən maliyyələşdirilmişdir. “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, təhsil müddəti 2011-2012-ci tədris illərini əhatə etmişdir. Bu müqavilənin 2.4.15-ci bəndinə əsasən, M.M.Tağıyeva 2011-ci ildə təhsilini başa vuraraq geri dönməli və “SOCAR”-ın struktur bölmələrinin birində ixtisasına uyğun olaraq 5 il işləməli idi. Tərəflər arasında bağlanmış “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilənin 6.2-ci bəndinə əsasən, təqaüdçü bu Müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, həmçinin yerinə yetirməkdən imtina etdikdə, bu Müqavilənin 2.4.3 bəndi üzrə öhdəliyini vaxtında yerinə yetirmədikdə və Təhsil müəssisəsindən xaric edildikdə, Təqaüdçünün Təhsil müəssisəsində təhsili ilə bağlı bu Müqavilə üzrə çəkilən bütün xərcləri, həmçinin “SOCAR” tərəfindən tələb olunduğu halda, əlavə olaraq həmin xərclərin məbləğinə münasibətdə emitent bank (Azərbaycan Beynəlxalq Bank) tərəfindən müvafiq dövr üçün təyin edilmiş faiz dərəcəsi üzrə bonus ödəyir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə M.M.Tağıyeva arasında bağlanmış “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı (ipotekaqoyan) və üçüncü tərəfdən X28 arasında xx.xx.2011-ci il tarixli 05 nömrəli nömrəli “İpoteka” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qarşısında ipoteka ilə yüklü etmişdir. Qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Mətanət Tağıyeva Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 5 il işləməli olmasına dair öhdəliyini pozmuş, buna görə də Dövlət Neft Şirkətinin iddia tələbi təmin edilərək, X14 ödəniş gününə mərkəzi bankın rəsmi məzənnəsinə uyğun olaraq 35.700.00 funt sterlinq (GBP) və 4.154.94 manat məbləğində təhsilə çəkilmiş xərclərin, 30 manat məbləğində dövlət rüsumunun, 31 manat məbləğində sair xərclər alınaraq “SOCAR”-ın xeyrinə ödənilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili ünvanında pasport qeydiyyatında olan şəxslərin 1 aydan gec olmayaraq həmin mənzildən çıxarılması, ipoteka predmetinin satışından əldə ediləcək məbləğin tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh X14 “SOCAR”-ın xeyrinə tutulması qət edilmişdir. İddiaçı cavabdeh Tağıyeva-X5 qarşı “reqres qaydada pul tələbi” barədə ilkin iddia tələbinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 11.2-ci maddəsinə görə, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır; 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin mübahisəsiz halıdır ki, ilk İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzil ilk iddia üzrə cavabdeh M.Tağıyeva-Dolatı Dalatabadın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qarşısında öhdəliklərini tam şəkildə icra etməməsi nəticəsində sonuncunun pul tələbinin ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə 72.250 manata açıq hərracda satılmışdır. İlk İddiaçı mənzilinin ilk iddia üzrə cavabdeh M.Tağıyeva-Dolatı Dalatabadın öhdəliklərini pozması səbəbindən hərracda satılması nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 108.000 manat pul vəsaitinin reqres qaydada ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş edir. Mülki qanunvericilikdə ipoteka qoyanın əmlakına tutmanın yönəldilməsi nəticəsində borcludan ona dəymiş ziyanı tələb etmək hüququnu birbaşa müəyyən edən norma nəzərdə tutulmadığından, oxşar münasibətləri tənzimləyən norma qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, ilk iddiaçı öz mənzilini ilk iddia üzrə cavabdehin “Socar” qarşısında olan öhdəliklərinin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Mülki qanunvericilikdə ipoteka institutu əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi müəyyən edilib. Qanunvericilikdə öhdəliyin icrasının təmin edilməsinin müxtəlif üsulları nəzərdə tutulsa da, ipoteka öz hüquqi təbiətinə görə öhdəliyin icrasının təmini üsullarından biri olan zaminliyə daha çox yaxındır. Belə ki, zaminlikdə olduğu kimi, ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmadığı halda da, həmin şəxs öz əmlakı ilə digər şəxsin kreditor qarşısında öhdəliyini təmin etməyi üzərinə götürür. Birinci halda söhbət puldan gedirsə, ikinci halda öhdəliyin təmin edilməsi vasitəsi kimi daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak çıxış edir. Hazırki mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad edilməlidir. Həmin maddəyə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu maddənin dispozisiya şərtindən məlum olur ki, zamin borcludan kreditora ödənilmiş məbləğlə yanaşı, borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini də tələb etmək ixtiyarına malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlkin iddiaçıya məxsus ipoteka predmetinin bazar qiyməti hərracın təşkili ilə bağlı keçirilmiş icra icraatı mərhələsində ümumilikdə 85.000 manata qiymətləndirilmişdir, lakin həmin mənzil təkrar hərrac prosesində ilkin satış qiymətindən aşağı qiymətlə, yəni 72.250 manata satılmışdır. Göründüyü kimi, sözügedən mənzilin bazar qiyməti ilə onun özgəninkiləşdirildiyi qiymət arasında 12.750 manat fərq mövcuddur. Mənzilin təkrar hərracda 72.250 manata satılmasına baxmayaraq, mənzilin satılması nəticəsində ilk iddia üzrə İddiaçı bazar qiyməti 85.000 manat olan əmlakından məhrum edildiyindən, sonuncuya dəymiş zərərin əvəzi olaraq 85.000 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, zərərin qiymətləndirilməsi zamanı xx.xx.2023-cü il tarixə olan 108.000 manat bazar dəyərini əks etdirən "xxxx" MMC-nin qiymətləndirmə rəyini və eyni zamanda xx.xx.2019-cu il tarixə 71.000 manat bazar dəyəri, 63.900 manat likvid dəyərini əks etdirən "xxxx" MMC-nin qiymətləndirmə rəylərini deyil, bilavasitə hərracın keçirilməsi dövrünə aid "xxxx" MMC-nin Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli, R01/45/22 saylı rəyini əsas götürür. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, 20 saylı mənzilin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 85.000 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilərək, ilkin iddiaçıya dəymiş 85.000 manat məbləğində zərər ilkin iddia üzrə cavabdehdən reqres qaydasında tutularaq ilkin iddiaçıya ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. İlkin iddiaçının ona dəymiş zərərin daha artıq məbləğdə olması ilə bağlı dəlillərinə gəldikdə, məhkəmə onu da qeyd edir ki, mübahisəli əmlakın realizə edildiyi anda onun bazar qiymətinin 85.000 manat təşkil etməsi (həmin məbləği əks etdirən rəyi tərəflər icra hərəkətləri zamanı mübahisələndirməmişlər) iş materialları ilə tam təsdiq edildiyindən, zərərin məbləği məhz 85.000 manat kimi qiymətləndirilməlidir. Məhkəmə ilk iddia tələbinin dövlət rüsumuna aid hissəsinə münasibətdə qeyd edir ki, ödənilmiş dövlət rüsumu təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq 345 manat məbləğində müəyyən edilməli və ilk iddia üzrə cavabdehdən alınaraq ilk iddiaçıya ödənilməlidir. Məhkəmə Tağıyeva-X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “zəzərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasının dəlillərinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qarşılıqlı iddia üzrə iddiaçı M.Tağıyeva-Dolati Dolatabad iddia tələbində qeyd edilmiş xərclərini ilkin İddiaçı xeyrinə ödədiyini qeyd etsə də, həmin xərclərin faktiki olaraq konkret həcmdə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı xeyrinə icra edilməsi və (ya) xərclərin geri qaytarılma şərti ilə (borc olaraq) həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. İlkin iddianın İddiaçı tərəfindən məcburiyyət altında verilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şəxsən iştirak etmiş İddiaçı izahatında iddia tələblərini müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halları müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbləri sübut edilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, vəkil xidmətləri üçün ödədiyi pulun tutulması ilə bağlı tələblər də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabeh, qarşılıqlı iddia üzrə iddiaçı Tağıyeva-X3 dəymiş ziyanın əvəzi olaraq 85.000 (səksən beş min) manat məbləğində pul vəsaiti və 345 (üç yü qırx beş) manat məbləğində dövlət rüsumu reqres qaydasında tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Tağıyeva- X5 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4278/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4278/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver