Məhkəmə qərarları › İş №e-2(011)-4472/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4472/2024

28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4472/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4632 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 67 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 4799 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; Cavabdeh2 1650 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 36 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1786 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; X1 840 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 30 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 985 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən X2 iddiaçıya olan borcunu ödədiyindən, onun hazırkı iş üzrə cavabdehlər sırasından çıxarılaraq, iddia tələbinin aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir: Cavabdeh1 4632 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 67 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 4799 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; Cavabdeh2 1650 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 36 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1786 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2612 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 67 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 2779 manat məbləğində; Cavabdeh2 1650 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 100 manat xidmət haqqı və 36 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1786 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məhkəməyə etiraz təqdim etməklə iddia tələbinin ona aid hissəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, iddia tələbində qeyd olunur ki, o, 03 iyun 2023-cü il tarixdən mülkiyyətində olan 274,8 kv.m qeyri-yaşayış sahəsinin saxlanılması və təmiri üçün olan xidmət haqqını ödəmir, bu səbəbdən də 1650 manat məbləğində borc yaranmışdır. Borc məbləğinin bu formada əks olunmasının səbəbi ona məxsus əmlakın saxlanılması üçün MMMC tərəfindən xərcin digər sakinlərdə olduğu kimi 0,30 manatla yox, 0,60 manatla hesablanmasıdır. O, hər zaman binanın saxlanılması üçün tələb olunan vəsaitin ödənilməsini həyata keçirmişdir. Lakin sonradan MMMC qeyri-yaşayış sahələrinin saxlanılması üçün tələb olunan xərc məbləğini bir neçə dəfə artırdı. O, MMMC-yə bir neçə dəfə binanın digər sakinləri kimi hər kv.m üçün 0,30 qəpiklə ödəməyi təklif etsə də, MMMC-nin sədri bunu hər dəfə rədd etmişdir, ondan hər kv.m üçün 0,60 qəpik ödəməyi tələb etmişdir. Halbuki, o, bugün də kv.m-i 0,30 qəpiklə hesablanmaqla xidmət haqqı ödəməyə hazırdır, lakin MMMC bunu qəbul etmir. Bununla yanaşı ona məxsus əmlaka münasibətdə haqqın 0,60 qəpiklə hesablanmasının səbəblərini, hüquqi əsaslarını təqdim edə bilmirlər. Əlavə olaraq, MMMC üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Məsələn, qazın, işığın və suyun çəkilməsi üçün “ASAN xidmət”ə təqdim etmək üçün müxtəlif vaxtlarda yaşayış haqqında arayış istənilmişdir, lakin hər dəfə müxtəlif səbəblər gətirilərək bu sənədlər verilməmişdir; obyektin kupçasının alınması üçün lazım olan sənədlər verilməmişdir; qonşuların məsuliyyətsizliyi nəticəsində bir neçə dəfə 3-cü, 4-cü mərtəbədən obyektinə su tökülmüşdür, otaqlar bərbad hala düşmüşdür, bu zaman da MMMC-dən heç bir reaksiya verilməmişdir; binanın kanalizasiya sisteminin vaxtında təmizlənmədiyi üçün kanalizasiya borusunun dolub geri qayıtması nəticəsində 3-cü mərtəbədən obyektinə çirkab sular axıdılmışdır, həmin vaxt da MMMC heç bir reaksiya verməmişdir və onu günahkar hesab etmişdir. Obyektinə 1500 AZN-dən artıq ziyan dəymişdir. Məcburən yenidən otaqları təmir etdirmişdir. Blokun 3-cü mərtəbəsinin görsənən tərəfindən 1-ci mərtəbəyə kimi, habelə 2-ci mərtəbənin fasadını özü təmir elətdirmişdir. Hər il blokun təmirini yeniləyir. Blokun işıqlandırılması (2-ci və 1-ci mərtəbə) hər ay öz hesabına ödəyir. Blokun təmizliyini (2-ci mərtəbədən 1-ci mərtəbəyə kimi) öz hesabıma edir. Liftdən istifadə edilmir. Bütün saydıqlarından əlavə MMMC üzvlərinə dəfələrlə müxtəlif vaxtlarda köməklik məqsədilə ödənişlər etmişdir (3000 AZN, 2000 AZN, 600 AZN, 300 AZN, 100 AZN, 60 AZN və s.). Bəzi ödənişlərin sənədləri var. MMMC üzvləri onlara məxsus qeyri-yaşayış obyektinin satıldığı təqdirdə pulların geri qaytarılacağını bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, həmçinin Mənzil Məcəlləsinin müddəalarına əsasən qeyri-yaşayış sahəsinə görə saxlanma xərcində fərqin olması əsassızdır. Həmçinin qeyri-yaşayış sahələrinə münasibətdə tənzimləmədə yaşayış sahələrinin tənzimlənməsi kimi ümumi olmalı deyil, onların idarəçiliyi ayrıca tənzimlənməlidir. O da qeyd edilən MMMC-nin yaradılmasına, onun idarə edilməsi üzrə müqavilənin bağlanılmasına razılıq verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Sahil-D Kompani“ MMC tərəfindən inşa olunmuş ünvan 1 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) cavabdeh "xxxx" MMC-nin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında İddiaçı təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli , 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş, ona 1122-MM9-0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Binalarda yaşayan bəzi sakinlər çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmirlər və bunun üçün müqavilə imzalamaqdan yayınırlar. xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 772 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə prosesinin baxış mərhələsi zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir qismini “İnterenerqo” müəssisəsinə satmışdır. 311 kv.m qeyri-yaşayış sahəsi isə hələ də onun mülkiyyətindədir. Ona görə də yalnız 311 kv.m-ə münasibətdə yeni məbləğ hesablanmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən 311 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2023-cü il tarixdən etibarən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmir və xx.xx.2024-cü il tarixə Cavabdeh1 İddiaçınə sözügedən əsasla bağlı 2612 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 274.8 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixdən etibarən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqı İddiaçınə ödəmir və xx.xx.2024-cü il tarixə Cavabdeh2 İddiaçınə sözügedən əsasla bağlı 1650 manat məbləğində borcu vardır. İddiaçı xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının 6 nömrəli Protokolundan çıxarışa əsasən, aylıq qeyri-yaşayış sahələri mülkiyyətçiləri üçün hər kv.m-ə görə 60 qəpik, əhali üçün isə hər kv.m-ə görə 30 qəpik saxlanma və təmirə görə haqq müəyyən edilmişdir. Sonda Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının 6 nömrəli Protokolundan çıxarışa əsasən, saxlanma və təmirə görə haqqa görə qeyriyaşayış sahələri olan sahə mülkiyyətçiləri ilə mülkiyyət sənədlərində göstərilən ərazinin hər kv/m-i üçün 60 qəpik ödəməklə İddiaçı MMMC ilə müqavilə bağlanılması, əhali üçün isə hər kv/m ərazi üçün 30 qəpik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan qərardan görünür ki, İddiaçı MMMC-nin 2024-cü il atrixi üçün maliyyə planı təsdiq edilmiş, həmin planda xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMMC “Maliyyə Arayışı”nın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2024-cü il tarixə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə İddiaçınə borcu 1650 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMMC “Maliyyə Arayışı”nın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 311 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2024-cü il tarixə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə borcu 2612 manat təşkil edir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 274.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2, ünvan 2 ünvanında yerləşən 772 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 772 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 461 kv.m hissəsini özgəninkiləşdirmişdir. İş materiallarında olan reyestrdən çıxarışdan görünür ki, İddiaçı MMMC ünvan 2 ünvanında, daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarının, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə fəaliyyət göstərir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı Qəbzlə 136 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMMC tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMMC ünvan 2 ünvanında, daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarının, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə fəaliyyət göstərir, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (müvafiq olaraq 274.8 kv.m və 311 kv.m sahələrin) mülkiyyətçiləridir, İddiaçı MMMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış və qeyriyaşayış sahələrinə xidmətlər göstərilsə də, cavabdehlər öhdəliklərindən yayınaraq, nəzərdə tutulmuş ödənişləri yerinə yetirməmiş və nəticədə kommunal xidmətlərə görə Cavabdeh2 1650 manat, Cavabdeh1 isə 2612 manat borcu yaranmışdır. Bununla belə, cavabdehlər tərəfindən həmin pul məbləğinin iddiaçıya ödənilməsi, onların bu öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər onların əmlaklarının yerləşdiyi ərazidə fəaliyyət göstərən İddiaçı MMMC-nin üzvü olub-olmamasından asılı olmayaraq ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətləri ödəməlidir. Məhkəmə, Cavabdeh2 etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, bu, cavabdehin sübutetmə yükü ilə bağlıdır, belə ki, Cavabdeh2, etirazında göstərdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş məbləğin əvəzinin, hazırkı iddia tələbinə mütənasib olaraq 200 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. ...Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il Qərarı) İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 22 sentyabr 2020-ci il Qərarı). Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. ...Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri) (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il Qərarı). Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il Qərarı) Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 kommunal xidmətlərə görə 2612 manat və hüquqi yardıma görə 100 manat məbləğində, Cavabdeh2 kommunal xidmətlərə görə 1650 manat və hüquqi yardıma görə 100 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinə münasib olaraq Cavabdeh1 67 manat, Cavabdeh2 36 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 qeyri-yaşayış sahəsinə xidmətə görə 2612 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 manat olmaqla, ümumilikdə 2779 (iki min yeddi yüz yetmiş doqquz) manat pul məbləği alınaraq İddiaçınə ödənilsin. Cavabdeh2 qeyri-yaşayış sahəsinə xidmətə görə 1650 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat olmaqla, ümumilikdə 1786 (min yeddi yüz səksən altı) manat pul məbləği alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar