Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4507/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3510,43 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən idarə olunan ** CX *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə 17.09.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 17.09.2019cu il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və cavabdeh təqsirləndirilmişdir, "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən, sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8 510,43 manat müəyyən edilmişdir, "xxxx" ASC-nin 28.11.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 8 510,43 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir, təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi əvəz edilmişdir, geriyə qalan sığorta tərəfindən sığortalıya ödənilmiş 3 510,43 manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında Cavabdeh ərizə verərək və ərizəsinə uyğun izahat verərək izahatında bildirdi ki, 2019-cu ilin sentyabr ayında qəza baş vermişdir, qəza nəticəsində Baku Bus avtobusuna zərər yetirmişdir, hadisədə təqsir özünün olmuşdur, uşağı xəstə olduğu üçün işıqforun qırmızı işığında keçmişdir, onun mülki məsuliyyətini sığorta edən Meqa Sığorta şirkəti olmuşdur, şirkətdən ona xərcin 400-500 manat həddində olduğunu desələr də, daha sonra zərərin 9000 manata yaxın olduğunu bildirmişlər, bununla bağlı iddiaçıya müraciət etmiş, lakin ona lazım olan sənədi yalnız 3 il sonra vermişlər, verilmiş ekspert rəyi iddiaçı tərəfindən verilmiş sənədlər əsasında tərtib edilmişdir, bu səbəbdən tələb olunan məbləğlə razı deyildir, lakin zərər vurduğunu qəbul edir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nizami RPİ DYPS-nin TP ******* saylı 17.09.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 17.09.2019-ci il tarixində “Opel Astra” minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 709971 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan 347474 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X1” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil Baku Bus MMC-yə məxsusdur. İş materiallarında olan 18.10.2019-cu il tarixli arayışdan görünür ki, 17.09.2019-cu il tarixdə saat 09:15 –də A.Manafov küçəsi ilə Q.Qarayev küçəsinin kəsişməsində avtonəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Opel Astra 99 CX973 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı sürücüsü Cavabdehdur, hadisə zamanı Bakubus MMC-yə məxsus İveco Crealis arkalı ** JH *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə zərər dəymişdir. İş materiallarında olan 17.09.3019 tarixli, 4270 saylı “Zərər aktı”-nın surətindən görünür ki, İveco Crealis 99JH047 dövlət qeydiyyat nişanlı zədələnmiş avtobus üçün vurulmuş zərərin aradan qaldırılması üçün çəkilən xərclərin məbləği ehtiyat hissəsinə görə 6657,98 manat, xidmət haqqı 554,25 manat, ƏDV 1298,20 manat olmaqla, cəmi 8510,43 manatdır. İş materiallarında olan Baku Bus MMC tərəfindən Paşa Sığorta ASCyə təqdim edilmiş 28.11.2019-cu il tarixli 139576 nömrəli elektron qaimədən görünür ki, 17.09.2019cu il tarixli 4270 saylı akta əsasən göstərilmiş xidmətin yekun məbləği 8510,43 manatdır. İş materiallarında olan 01.06.2019-cu il tarixli C-MİC-0997/19 nömrəli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən bir şəxs üçün 50.000 manat, bir hadisə üçün 50.000 manat məbləğində tam sığortalanmışdır, sığorta məbləği 209581,62 manat, sığorta haqqı 4930,41 manatdır. İş materiallarında olan 28.11.2019-cu il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 8510,43 manat məbləğində sığorta ödənişi avtobusun təmiri üçün Baku Bus MMC-nin hesabına köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan 05.12.2019-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Baku Bus MMC-yə 8510,43 manat pul ödənilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Opel Astra markalı 99CX973 dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC ilə qüvvədə olan sığorta müqaviləsi vardır. İş materiallarında olan Meqa Sığorta ASC-yə ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" ASC 99CX973 dövlət qeydiyyat nişanlı avtomobilin 17.09.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat məbləğin "xxxx" ASC-nin bank hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Meqa Sığorta tərəfindən 18.03.2020-ci il tarixdə subroqasiya qaydasında "xxxx" ASC-yə 5.000 manat ödənilmişdir. İş materiallarında olan 29.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “İveqo Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin vurulması nəticəsində həmin avtomobilə dəymiş zərərin məbləği iş materialda olan zərər aktına əsasən 8510 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 15 təqvim günü müddətində 3510,43 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Baku Bus MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, həmin avtomobilə 17.09.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan ** CX *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili ilə zərər vurulmuşdur, cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur, zərər vurulmuş avtomobilin təmir-bərpa xərci 8510,43 manat təşkil edir, onun təmiri üçün "xxxx" ASC tərəfindən 8510,43 manat məbləğində sığorta ödənişi Baku Bus MMC-yə ödənilmişdir, cavabdehin mülki məsuliyyətini sığortalayan "xxxx" ASC tərəfindən 5000 manat məbləğində pul subroqasiya qaydasında "xxxx" ASC-yə ödənilmişdir, hazırda cavabdehdən subroqasiya qaydasında tələb olunan məbləğ 3510 manatdır, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 3510,43 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 30,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi kimi 3510 (üç min beş yüz on) manat 43 (qırx üç) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4507/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4507/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver