Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4508/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 371 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və qırx qəpik bank xidməti olmaqla, cəmi 401.40 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 30 sentyabr 2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-011362 nömrəli şəhadətnamə üzrə **-PB-*** dövlət qeydiyyat nişanlı. “Toyota Prius” markalı avtomobil 3 il müddətinə sığorta obyektinin dəyəri 11.000 manat, sığorta məbləği 8.250 manat məbləğində olmaqla qismən sığortalanmışdır. Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə olunan **-LK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı avtomobil 05 noyabr 2019-cu il tarixdə cəmiyyətdə sığortalanmış avtomobil ilə Xətai rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Xətai DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş AP ******* saylı xəta haqqında protokola əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 göstərilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasında həyata keçirilmiş və tərtib edilən 20 noyabr 2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 1.500 manat məbləğində hesablanmışdır. Avtomobil qismən sığortalı olduğundan hesablanmış zərər məbləğindən müqavilə şərtlərinə uyğun olaraq 500 manat azadolma məbləği, 264 manat sığorta haqqına görə qalıq borc çıxılmaqla qalan 361 manat həcmində sığorta ödənişi, həmçinin 10 manat dövlət rüsumu sığortalı avtomobilin təmiri üçün “xxxx” MMC-yə ödənilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında tələb olunan məbləği hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 30 sentyabr 2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-011362 nömrəli şəhadətnamə üzrə **-PB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil 3 il müddətinə sığorta obyektinin dəyəri 11.000 manat, sığorta məbləği 8.250 manat məbləğində olmaqla qismən sığortalanmışdır. Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə olunan **-LK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı avtomobil 05 noyabr 2019-cu il tarixdə cəmiyyətdə sığortalanmış “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Xətai DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş AP ******* saylı xəta haqqında protokola əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 göstərilmişdir. Cavabdeh1 təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 371 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 05 noyabr 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 371 manat ödənilmişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə Cavabdeh1 həmin avtomobili etibarnaməsi olmadan idarə etməsi və ya avtomobilin sahibliyindən hüquqa zidd götürülməsində Cavabdeh2 təqsirli olması kimi hallar müəyyən olunmamış, məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, bu kateoqoriya işlər üzrə 20 manat dövlət rüsumu ödənildiyindən Cavabdeh1 20.40 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, əlavə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə 371 manat məbləğində sığorta ödənişi, ödənilmiş 20.40 manat dövlət rüsumu, cəmi 391.40 manat alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 371 (üç yüz yetmiş bir) manat məbləğində sığorta ödənişi, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 391.40 (üç yüz doxsan bir manat qırx qəpik) manat pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilsin. 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4508/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4508/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver