Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4531/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı 1988-ci ildə Ermənistan Rüspublikası, Quqark rayonu, Arçut kəndindən qaçqın düşdükdən sonra məlum hadisələrlə əlaqədar ünvan 1 ünvanına pasport qeydiyyatına düşmüşdür. Lakin, müvəkkilim həmin ünvana qeydiyyata düşsə də, orada yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1990-cı ildən etibarən valideynlərinin köməklikləri ilə tikdirdiyi və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evində yaşamışlar. Sonradan İddiaçı torpağa və evə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi üçün aidiyyəti orqanlara müraciət etsə də, onun müraciəti müsbət həll olunmamışdır. (Bu hal məhkəmə sənədlərində və qatnamələrində öz əksini tapmış və həmin sənədlər ərizəyə əlavə olunmuşdur.) Bu səbəbdən də, müvəkkilim indiyədək Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədləri və çıxarışı əldə edə bilməmişdir. Buna baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.
2. Hazırda İddiaçı mülkiyyətində olan həmin fərdi yaşayış evini kirayə vermişdir. İddiaçı ilə bir neçə kirayəçi arasında yazılı kirayə müqaviləsi bağlanmasa da, aralarındakı şifahi razılaşmaya əsasən kirayəçilər həmin mənzildə kirayədə qalmalarına görə iddiaçıya aylıq müəyyən məbləğdə kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Sonuncu dəfə iddiaçı kirayə məbləğlərini kirayəçilərdən istədikdə sonuncular həmin pulları Cavabdeh verdiklərini bildirmişlər. Belə ki, həmin şəxs yəni, Cavabdeh iddiaçının keçmiş əridir. Tərəflər arasında rəsmi nikah olmasa da, onlar birgə yaşamış, sonradan isə ayrılmışlar. İddiaçı ilə Cavabdeh birgə yaşadıqları zaman sonuncu bir neçə dəfə kirayə pullarını iddiaçının adından alsa da, ayrıldıqdan sonra kirayə haqqını iddiaçının özü almışdır. Buna görə də, cavabdeh iddiaçının xəbəri olmadan sonuncunun adından istifadə edərək, kirayəçilərdən dəfələrlə 100, 120, 150, 200, 250 manat şəkilində olmaqla ümumilikdə 1490 manat kirayə pulunu alaraq mənimsəmişdir. Həmin bu faktı məhkəmə prosesində kirayəçilərin özləri də təsdiq edə bilərlər. İddiaçı Cavabdeh kirayəçilərdən aldığı 1490 manat kirayə haqqını tələb etsə də, sonuncu həmin pulu iddiaçıya geri qaytarmamışdır. Bundan sonra cavabdehə aldığı kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi:
3. Cavabdeh kirayə haqqının əvəzi olaraq 1490 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, Cavabdeh kirayə haqqının əvəzi olaraq 1490 manat pulun tutularaq iddiaçıya ödənilməsi və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evinin Cavabdeh tərəfindən satılmış hissəsinin müəyyən edilərək həmin məbləğin ½ hissəsinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin etirazı: 5.Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1990-cı ildə Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 25/19A saylı evi tikmiş və orada yaşamışdır. Lakin cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı 1974-cü il təvəllüdlüdür, 1990-cı ildə isə onun 16 yaşı olmuşdur və 16 yaşlı qızın cavabdehin ata yurdunda ev tikməsi ağlabatan deyildir. 2005-2007-ci illərdə məhkəməyə Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmiş forma №2 arayışının surətindən görünür ki, ünvan 2də 13 nəfər qeydiyyatda olmuş, hal-hazırda həmin ünvanda 23 nəfər qeydiyyatdadır. İddiaçı ünvan 2 ünvanının 19 rəqəminin sonuna “A” hərfini ünvan 3findən əlavə etdirməklə saxta və ya uydurma ünvan əldə etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri Xətai rayonu 66 saylı MKİS-ə müraciət etmiş və həmin ərizə xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri və çıxarışı əldə edə bilməmişdir. Buna baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 25/19A saylı ev iddiaçının mülkiyyətindədir. Göründüyü kimi iddiaçının ifadələri ziddiyyətlidir, o, özbaşın tikilinin mülkiyyətçisi deyil. Etiraz ərizəsində qeyd edilən hallara əsasən, Cavabdeh məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçının nümayındəsi və vəkili Vəkil Tofiq oğlu öz izahatında qeyd etmişdir ki, iddiaçı faktiki olaraq 1990-cı ildən ünvan 5 ünvanında yaşayıb. Faktiki olaraq 1988-ci ildən sonra həmin ərazidə məskunlaşmışdır. Lakin bununla bağlı rəsmi sənəd mövcud deyildir. Belə ki, iddiaçı bu məsələ ilə bağlı inzibati, hətta ali məhkəməyə belə müraciət etmişdir. İddiaçının həmin mənzildə 1988-ci ildən yaşaması ilə bağlı arayış yoxdur, lakin öz məzmununda torpağın əkilib-becəriləməsi ilə bağlı xahişi ehtiva edən bir neçə bələdiyyə sənədi mövcuddur. Bu sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd etmişdir ki, Qərbi Azərbaycandan gəlmiş məcburi köçkünlərə çıxarışın verilməsi ilə bağlı prezidentin sərəncamı olmuşdur. Bununla bağlı məhkəmə prosesləri olmuşdur. Mübahisəli evin ərazisi 6.4 sot olmuşdur, lakin cavabdeh hazırda iddia edir ki, o qədər sahə mövcud deyildir. Tərəflərin qeyri-rəsmi nikahdan 3 övladları olub. Onlardan biri narkomaniyadan dünyasını dəyişib, digəri narkomaniyadan əziyyət çəkir. İddiaçı digər övladını xilas etmək üçün həmin evdən köçməli olmuşdur. Hazırda cavabdeh evi parçalara bölərək kirayəyə vermişdir və gəlir əldə edir. Hər ay üçün 1490 manat alınıb iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehin kirayə müqaviləsi bağladığını düşünmür ancaq kirayəçiləri şahid qismində dəvət edə bilərlər. Cavabdeh əmlakı satdığını bildirib əgər ev satılıbsa, bu halda iddia tələbini dəyişərək cavabdehdən satışdan əldə edilmiş pulu tələb edə bilərlər. Cavabdeh zorakılığa meyilli şəxsdir. İddiaçıya və uşaqlara fiziki zorakılıq tətbiq edib. Bu zorakılıq uşaqların narkomaniyaya düçar olmasına şərait yaratmışdır. Mübahisəli evdə iddiaçının sahiblik hüququ var, cavabdehin isə subyektiv hüququ yoxdur.
7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh öz izahatında qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qətnamə qəbul edilmişdir. Lakin həmin qətnamə Apellyasiya məhkəməsinin qərarı ilə ləğv edilmişdir. İddiaçı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmiş, daha sonra Bakı Şəhəri İcra Hakimiyyətinin qərarından şikayət vermişdir. Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin Səbail Rayon Məhkəməsinin qərarına əsasən iddia rədd edilmişdir. İddiaçı mübahisəli evə hansısa yollarla qeydiyyata düşmüşdür. İddia tələbi əsassızdır. Kirayə verməyimlə bağlı məsələ isə tamamilə cəfəngiyyatdır.
8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh öz izahatında qeyd etmişdir ki, 19 avqust 2008-ci il tarixdə yerli icra hakimiyyəti orqanının 66 saylı MİKS-in rəisi onun istixanasında söküntü işləri aparıb, məhkəmə hökmü ilə məhkum olunub və dəymiş maddi ziyan isə Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilib və kompensasiya ona ödənilib. Məhkəmə prosesləri gedən zaman həmin məktubun Əzizəyə verilməsi inandırıcı deyil. 2008-ci ilin 19 avqustundan 2010-cu ilə qədər məhkəmə prosesləri olub. 2009-cu ildə bu məktubun verilməsi ağlabatan deyildir. 2008-ci ildən 2010-cu ilə qədər məhkəmə prosesləri davam edib, lakin Əzizə həmin zaman heç bir prosessual hərəkət etməyib. Keçən iclas Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 149 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamının protokolundan çıxarış təqdim edilib. H.Əliyevin sərəncamı var ki, Ermənistandan gələn məcburi köçkünlərin məskunlaşdığı torpaq sahələri əvəzsiz onlara verilsin. Sərəncam hal-hazırda cavabdehdə mövcud deyildir ancaq sərəncamla bağlı onda məktub var. Bakı Şəhər İcra Hakimiyyəti qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il tarixli 412 nömrəli fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməsitan Respublikasında qaçqın gəlmiş azərbaycanlıların məskunlaşması problemlərinin həlli” haqqında 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüşdür. Əzizəyə göndərilmiş məktubda da qeyd edilmişdir ki, sərəncam qüvvədən düşmüşdür. Göründüyü kimi, Bakı İcra Hakimiyyətinin başçısının sərəncamından çıxarış fərman qüvvədən düşəndən sonra qəbul edilib. Cavabdeh bildirmişdir ki, ddia ərizəsinə etirazında o sənədi əlavə etmişdir. Ərizəsinə hakim Əminə Abbasovanın qətnaməsini də əlavə etmişdir və o qətnamədə göstərilmişdir ki,İddiaçı hansı ünvana köçürülməlidir.
8. Şahid X7 öz izahatında qeyd etmişdir ki, iddiaçı doxsanıncı illərin əvvəllərində el adəti ilə qardaşı ilə ailə həyatı qurub, onların ata yurdu olan məhləyə gəlin gəlib. Həmin evi və ondan aralıda olan torpağı ataları alıb. Hal-hazırda bütün bacı-qardaşları həmin ərazidə öz evlərində yaşayırlar. İddiaçı qardaşı ilə mehriban olanda başqa yerdən ev almışdır, daha sonra ayrılmışdırlar.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə istifadə etdiyi mənzilə daxil olmasına, faktiki istifadə etməsinə süni maneələr törədilməsinin cavabdehə qadağan edilməsi və mənzilə köçürmə” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 6 ünvanda yerləşən evə köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir.
10. xx.xx.2005-ci il tarixli Akta əsasən, ünvan 7 ünvanında yaşayan X1, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi ev 25-də yaşayan X6 və ünvan 7 ünvanında yaşayan X4 öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı 1990-cı ildən valideynləri ilə birlikdə A.Qurban küçəsi ev 25/19A ünvanında qeydiyyatsız yaşamışdır. İddiaçı ailə qurduqdan sonra da həmin ünvanda qeydiyyatsız yaşayır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2114/2005 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı evə və torpağa mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi təmin edilmiş və İddiaçı ünvan 6 evə və evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə mülkiyyət hüququ müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin №1mk-854/2006 nömrəli 12 aprel 2006-cı il tarixli Qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2114/2005 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsi ləğv edilmişdir.
13. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 149 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 5a nömrəli xx.xx.2006-cı il tarixli Protokolundan çıxarışa əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2006-cı il tarixli, C-79 nömrəli ərizəsinə əsasən, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi ev 25/19A nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1778/2006 nömrəli 02 noyabr 2006-cı il tarixli Qətnaməsinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 14 iyun 2006-cı il tarixli 159 saylı sərəncamının 2-ci bəndinin etibarsız hesab edilməsi, evə və torpağa mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinə dair iddia tələbi rədd edilmişdir.
15. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-1041/2007 nömrəli 01 fevral 2007-ci il tarixli Qətnaməsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 1778/2006 nömrəli 02 noyabr 2006-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi 25/19A saylı ünvanda yaşayan İddiaçı ünvanlanmış xx.xx.2006-cı il tarixli məktuba əsasən, müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 149 saylı xx.xx.2006-cı il tarixli sərəncamı və Xətai Rayon Məhkəməsinin iş №2-2114/2005-ci il tarixli qətnaməsi əsasında həmin evə texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 412 saylı Fərmanı ilə Ermənistan Ərazisindən öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların evlərinin hüquqi qeydiyyatdan keçirilməsi qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 149 saylı sərəncamı xx.xx.2006-cı il tarixdə verildiyinə görə işin həlli mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 25 may tarixli 412 nömrəli Fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 nömrəli Fərmanının 7 və 8-ci bəndləri qüvvədən düşmüşdür. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti yanında İctimai mənzil komissiyasının xx.xx.2006-cı il tarixli 5A saylı protokolu Fərman qüvvəyə mindikdən sonra verildiyindən icrası təmin oluna bilməz.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-189/10 nömrəli 11 fevral 2010-cu il tarixli Qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 66 saylı Mənzil İstismar Sahəsinin rəisi X2 və digərlərinə qarşı “vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən şikayət və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnaməyə əsasən, iddiaçı Cavabdeh 1990-cı ildə Ermənistan Respublikasından qaçqın düşdükləri vaxtdan ünvan 11 ünvanda ailəsi ilə birlikdə məskunlaşaraq yaşamış və həmin vaxtdan etibarən özbaşına tikili evin həyətində öz vəsaiti hesabına istixana inşa etmişdir. Həmçinin qeyd edilən mülki işdəki xx.xx.2008-ci il tarixli 3895 və 3896 saylı arayışlardan görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi ev 25/19A saylı ö/t evdə qeydiyyatdadır. Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi ev 25/19A saylı evin plan eskizindən görünür ki, istixana 448 kv.m sahədə yerləşir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2010 nömrəli 27 sentyabr 2010-cu il tarixli Hökmünə əsasən, X3 Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir.
19. Azərişıq, Azərsu və Azəriqaz tərəfindən təqdim edilmiş abunə haqqında arayışlara əsasən, Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi ev 25/19A saylı ev üzrə kommunal xidmətlərin hər birinin abonent kodu İddiaçı adına rəsmiləşdirilmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyası:
26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1. tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı: Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008ci il tarixli Qərarı)
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı: ... hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.
26. Yuxarıda qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
27. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
28. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
29. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (§23)
30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evi özbaşına tikilidir, iddiaçı və cavabdeh həmin ünvanda qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 30/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən, İddiaçı həmin evə köçürülməsi qət edilmişdir.
31. Məhkəmə araşadırması zamanı iddiaçının mübahisəli evə mülkiyyət hüququnun mövcud olması, o cümlədən həmin ünvanda kirayəçilələ bağlanmış hər hansı kirayə müqaviləsi, onlardan alınan kirayə haqları ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı sözügedən evin satıldığını iddia etmiş, buna sübut kimi cavabdehin məhkəmə iclasında izahına istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakın alğı-satqısı ilə bağlı, o cümlədən qiyməti ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh kirayə haqqının əvəzi olaraq 1490 manat pulun tutularaq iddiaçıya ödənilməsi və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25/19A saylı fərdi yaşayış evinin Cavabdeh tərəfindən satılmış hissəsinin müəyyən edilərək həmin məbləğin ½ hissəsinin iddiaçıya ödənilməsi barədə tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (§22)
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§24)
35. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
36. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
37. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
38. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
39. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə xərcləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
42. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova