Məhkəmə qərarları › İş №e-2(011)-4536/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4536/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4536/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 4000 manat və 60 manat dövlət rüsumu olmaqla cəmi 4060 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmrin ləğv edilməsi tələbi barədə ilkin, İddiaçı ASC isə Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi gedişində tərəflər arasında barışıq sazişi bağlanmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-1464/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Təsdiq edilmiş barışıq sazişinin 2.3-cü bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən 4000 manat ziyanın 10 ay müddətinə hissə-hissə ödənilməsi tələbini qəbul edir (bəyan edir), 3.3-cü bəndinə görə isə tərəflərdən hər hansı biri barışıq sazişində üzərinə götürdüyü öhdəliklərə riayət etmədiyi halda, hüququ pozulmuş “Tərəf” barışıq sazişi üzrə icra vərəqəsinin verilməsi və məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin icrasını tələb edir. Öhdəliyin icra qaydası isə məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin 3.3-cü bəndində göstərilmişdir. Yəni, tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozduğu halda, digər tərəfin barışıq sazişi üzrə icra vərəqəsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq icra vərəqinin verilməsi və məcburi icra tədbirlərinin yerinə yetirilməsi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etməlidir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab ki, iddiaçı iddia tələbində göstərilən pulun tutlması barədə iddia ərizəsi ilə deyil, məhkəmə qərarlarının icrssı qaydasında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməli oluğundan onun iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar