Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4553/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 8500 manat pulun, ödənilmiş 106 manat dövlət rüsumun, toplam olaraq 8606 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus “Jeep Grandsheroke” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilimi təmir etdirmək üçün Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Babək” adlanan avtoservisə apararaq orada əvvəllər tanıdığı usta işləyən Cavabdeh avtomobilini təmir etməsi üçün əvvəlcə 6.500 manat Nərimanov rayonu ərazisində, sonra isə 2.500 manat Cavabdeh istifadəsində olan Kapital Bank kart hesabına, ümumilikdə 8500 manat məbləğdən artıq pul vermişdir. Bundan sonra cavabdeh iddiaçıya məxsus avtomobilin tam şəkildə təmir etməmişdir. Cavabdehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da telefonlarına cavab verməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsində material üzrə araşdırma aparılmışdır. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 toplanmış və HK- 1/1458 saylı qeydiyyata alınmış materiala əsasən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarında araşdırma zamanı, Cavabdeh izahatında göstərmişdir ki, ilkin olaraq 6.000 manat pulu Nərimanov rayonu ərazisndə, əlavə olaraq pulun qalan 2.500 manat olan hissəsini ona məxsus Kapital Bankın debet kartına iddiaçıya ödətdirdiyini və onda toplam olaraq 8.500 manat məbləğində pul aldığını etiraf etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, Nizami RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, Nizami RPŞ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında ünvan 1 ünvanında yerləşən sexdə elektrik, motorist kimi usta işlədiyini, əvvəllər Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən “Babək” adlanan avtoservisdə usta kimi 2022-ci ilin fevral ayının 15-nə qədər işlədiyini, Azər adlı şəxsin ona məxsus idarə etdiyi “Jeep Grandsheroke” markalı, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 2022-ci ilin fevral ayının 5-də qəzalı vəziyyətdə onun yanına gətirərək təmir olunmasını istədiyini, onunla razılaşaraq həmin avtomobilin elektrik və çilingər işlərini tam görüb başa çatdırılması üçün usta haqqı ilə birlikdə ümumilikdə 8.755 manata Azərlə danışdıqlarını, Azərdən ilkin olaraq 6.000 manat pulu Nərimanov rayonu ərazisində aldığını, əlavə olaraq pulun qalan 2.500 manat olan hissəsini ona məxsus Kapital Bankın debet kartına ödətdirdiyini, həmin avtomobilin təmiri üçün aldığı pulun müqabilində müəyyən işləri gördüyünü, hal-hazırda Azər adlı şəxsə 1500 manat pul verəcəyinin olduğunu, Azər adlı şəxsin 1.000 manat bahasına fara aldığını, pnevma adlanan ehtiyat hissəsini 1800 manata adığını, həmin sexdə olmadığından, ona görə 4.300 manat pul yazdığını, həmin sexdə işləyərkən pnevmanın orada olduğunu, həmin şəxsə 1.500 manat pul verəcəyinin olduğunu, bütün ehtiyat hissələrini avtomobilə quraşdırdıqdan sonra yalnız pnevmanm qaldığını, həmin 1.800 manat dəyərində pnevmanm sexdə olduğunu, sonradan 2022-ci ilin aprel ayında həmin sexə getdikdə pnevmanm orada olmadığını, sexin müdirindən soruşduqda xəbərinin olmadığını söylədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 106 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2--ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o maşını təmir etmək üçün iddiçıdan ayrı-ayrı tarixlərdə 6000 manat və 2500 manat məbləğində pul almışdır. Pulu aldıqdan sonra maşını təmir etmişdir. Hazırda iddiaçıya verəcəyi pul 1500 manat təşkil edir. Həmin hissəni etiraf edir. Lakin iddia tələbinin qalan hissəsini isə qəbul etmir. Belə ki, maşını təmir etmişdir. Sadəcə o maşınla işi bitdikdən sonra maşın ilə bağlı dəmirçinin işi var idi. Həmin ərəfədə pnevma oğurlanmışdır.Pnevmanın oğurlanmasından da onun məlumatı olmamışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi həm cavabdehin izahatı ilə həmdə işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlı olsa da, lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müəyyən təmir işləri görülmüşdur. Belə ki, Nizami RPŞ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh işin bir qismini görmüş, qalan işə görə isə 4300 manat məbləğində ona ziyan dəymişdir. Göründüyü kimi, həmin qərarda iddiaçı qalan işlərə görə ona dəymiş ziyanın məbləğini 4300 bildirməsinə baxmayaraq, hazırda təmir üçün ödədiyi bütün pulun cavabdehdən tutulmasını tələb etməsini məhkəmə ağlabatan hesab etmir. Nizami RPŞ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı ilə X1 razılaşaraq həmin avtomobilin elektrik və çilingər işlərini tam görüb başa çatdırılması üçün usta haqqı ilə birlikdə ümumilikdə 8.755 manata danışdıqlarını, Azərdən ilkin olaraq 6.000 manat pulu Nərimanov rayonu ərazisində aldığını, əlavə olaraq pulun qalan 2.500 manat olan hissəsini ona məxsus Kapital Bankın debet kartına ödətdirdiyini, həmin avtomobilin təmiri üçün aldığı pulun müqabilində müəyyən işləri gördüyünü, hal-hazırda İddiaçı adlı şəxsə 1500 manat pul verəcəyinin olduğunu, bütün ehtiyat hissələrini avtomobilə quraşdırdıqdan sonra yalnız pnevmanın qaldığını, həmin 1800 manat dəyərində pnevmanın sexdə olduğunu, sonradan 2022-ci ilin aprel ayında həmin sexə getdikdə pnevmanın orada olmadığını sexin müdirindən soruşduqda xəbərinin olmadığını söylədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh izahatı ilə iddiaçıya 1500 manat borcu olduğunu və 1800 manat dəyərində pnevmanın itməsi nəticəsində həmin ehtiyat hissəsini avtomobilə quraşdırmadığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə həm 1500 manat həm də, pnevmanın dəyəri olan 1800 manat vəsait də tutulmalıdır. Belə ki, maşının təmiri üçün iddiaçının vəsaiti ilə alınmış pnevmanın maşına quraşdırılmamasının səbəbi heç bir mötəbər sübutla təsdiq edilmir. Belə ki, cavabdeh həmin maşın ehtiyyat hissəsinin itməsini bildirsə də, bu hal nə polis bölməsində, araşdırma gedən zaman, nə də ki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu hal da cavabdehin maşını təmir etməsini öz öhdəsinə götürüb, sonradan da həmin öhdəlikdən yayınması kimi qiymətləndirilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin məhkəmə iclasında və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə qismən təsdiq olunduğundan, iddia tələbi qalan hissədə sübut edilmədiyindən, cavabdehdən 3300 manat (1500 manat + 1800 manat) məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçının “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda qeyd etdiyi digər 1000 manat məbləğin isə nədən ibarət olması heç bir sübutla təsdiq edilmir. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 106 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 106 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3300 manat (üç min üç yüz) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 106 (yüz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4553/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4553/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver