Məhkəmə qərarları › İş №e-2(011)-4558/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4558/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4558/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Cavabdeh iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Cavabdeh elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, tələb Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədədir, ərizə elektron qaydada sair mülki iş kimi “iddia icraatı” qaydasında verilmişdir, Cavabdeh “cavabdeh” kimi göstərilmişdir. Halbuki məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur və borcun hissə-hissə ödənilməsi barədə tələblə məhkəməyə müraciətin prosessual forması isə “ərizə” ilə müraciətdir. Məhkəmə qeyd edir ki, “iddia icraatı” qaydasında tələb dedikdə iddiaçının müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönələn xahiş başa düşülür və bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir ki, hazırki iş üzrə də belə hallar müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə verilmişdir ki, bu da ərizənin məhkəmə icraatına qəbul edilməsini mümkünsüz edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsindən görünür ki, Cavabdeh tərəfindən Xətai rayon Məhkəməsi üzrə 49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə dövlət rüsumu ödənilməsi nəzərdə tutumadığından onun tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; 108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; 108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; 108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə; 108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə; 108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə; 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə; 108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə. Bununla belə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “orcun hissə-hissə ödənilməsi barədə “ərizə” ilə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh “borcun hissə-hissə ödənilməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdeh tərəfindən ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar