Məhkəmə qərarları › İş №e-2(011)-458/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-458/2024

19.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-458/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 18 nömrəli evin 30 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Mənzil ona atası tərəfindən xx.xx.2021-ci il tarixdə bağışlama nəticəsində keçmişdir. Hazırda mənzildə ondan başqa onun bacıları olan cavabdehlər də qeydiyyatdadır. Onlar həmin ünvana 1987-ci və 1989-cu illərdə qeydiyyata alınıblar.

2. Cavabdeh1 ərə getdiyi vaxtdan, yəni təxminən 27 ildən artıq müddətdir ki, mübahisəli mənzildə yaşamır. O, oradan köçdüyü vaxtdan əri və özünə məxsus müxtəlif mənzillərdə yaşamağa başlamış və həmin vaxtdan mübahisəli mənzilə yalnız qonaq kimi gəlib getmişdir. Hal-hazırda da o, faktiki olaraq özünə məxsus ünvan 1 ünvanında yaşayır.

3. Digər Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4177/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 saylı Sərəncamına əsasən bacısı Cavabdeh1 Cavabdeh2 qəyyumu təyin edilmişdir. Hazırda da o, bacısı Cavabdeh1 yanında yaşayır.

4. Cavabdehlərin iddiaçının mənzilində pasport qeydiyyatında qalmaları formal xarakter daşıyır və onun mülkiyyətçi hüquqlarını pozur.

İddiaçının tələbi:

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin(lərin) yazılı etirazı:

6. xx.xx.2023-cü il tarixdə cavabdehlərin nümayəndəsi(vəkili) Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinə etiraza əsasən, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, cavabdehlər iddiaçının bacılarıdır, hansı ki mübahisəli mənzildə biri 1987-ci ildən digəri isə 1989-cu ildən qeydiyyatdadırlar. İclaslarda şahidlərin izahatına əsasən də təsdiq olunmuşdur ki, Cavabdeh1 27 ildən artıqdır ki, ərə getdiyi üçün mübahisəli mənzildə yaşamır. Digər Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4177/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 saylı Sərəncamına əsasən bacısı Cavabdeh1 Cavabdeh2 qəyyumu təyin edilmişdir. Hazırda o, Cavabdeh1 yanında yaşayır. Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanında yaşamasına dair müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. 2022-ci il tarixinə qədər cavabdeh özünə məxsus həmin ünvanda yaşamış, 2022-ci ildə həmin mənzil özgəninkiləşdirilərək cavabdehin adından çıxarılmışdır. Digər Cavabdeh2 bacısı Cavabdeh1 himayəsinə verildiyindən yaşayış yeri qəyyumun olduğu yer üzrə müəyyən edilməlidir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, əmlak üzərində cavabdehlərin pay hüququ tanınmamış, yalnız Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, İddiaçı tərəfindən vərəsələrin hər birinə məcburi pay haqqı olaraq pul məbləğinin ödənilməsi qərara alınmışdır. İddiaçı bunun üçün addımlar atır, lakin maddi imkanı olmadığından hal-hazırda həmin qərar icra edilməmiş və pullar ödənilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmədən cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, əgər hazırki mübahisəyə əvvəlki Mənzil Məcəlləsinin müddəaları şamil ediləcəksə, Konstitusiya Məhkəməsi yaşayış yerindən 6 ay müddətdən çox olmaqla getməklə bağlı bir mənalı şəkildə bildirmişdir ki, şəxsin geri qayıtmaq ehtimalı varsa, onun yaşayış sahəsindən istifadə hüququna xitam verilmir. Atası mübahisəli mənzili İddiaçı bağışlamışdır, mirasdan məcburi payın verilməsinə dair qardaş və bacılar İddiaçı qarşı iddia qaldırmışdır, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddiaçı mübahisəli mənzildən cavabdehləri-bacılarını qeydiyyatdan çıxarmaq istəyir ki, mənzili daha tez və rahat özgəninkiləşdirə bilsin. Əgər cavabdeh Zərimənin mənzil üzərində 1/10 mülkiyyət hüququ-payı tanınmışdırsa, məhkəmə tərəfindən bu hallar qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, Cavabdeh1 daimi olaraq həmin ünvanda 1995-ci ilə qədər yaşamışdır. Daha sonra ailə quraraq getmiş, əsas etibarilə xaricdə olmuş, ara-sıra valideynləri ilə görüşmək üçün gəlmişdir. O, Çimnazı Dilbər adı ilə tanımış, sonradan adının Çimnaz olduğunu bilmişdir. Qonşu kimi onunla münasibətləri olmuşdur, köçüb getdikdən sonra da arada zəngləşmişlər. Çimnazın “Movida Plaza” restoranının yaxınlığında özünə məxsus 2 otaqlı mənzili olmuşdur. Sonradan isə Saray qəsəbəsində yaşadığını bildirmişdir, ilin çox ayları Çimnaz xaricdə olurdu. Ataları Tağı kişi rəhmətə gedən günə qədər həmin ünvanda yaşamışdır. Cavabdeh2 ata anası ilə birgə yaşamış, atası rəhmətə getdikdən sonra Rasimlə birlikdə yaşamışdır. Rasim Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilində daimi yaşamış və hal-hazırda yaşayır. Zərimə xanım ata-anası ilə birlikdə yaşamışdır, dəfələrlə Tağı müəllimin vəziyyəti pisləşmiş və qonşuları köməyə çağırmışlar, onlara getdikdə orada Tağı müəllimin arvadını, Rasimi və Rasimin arvadını görmüşdür. Zərimə xanımın 2021-ci ildən- yəni, Tağı kişi rəhmətə getdikdən sonra həmin mənzildə yaşayıb yaşamaması barədə dəqiq məlumatı yoxdur.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, tərəflərlə qonşu olmuşdur. 1995-ci ildən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 18 nömrəli mənzilində yaşayır. Rasimin bacısı Çimnazı tanıyır, Çimnaz həmin ünvanda daimi yaşamır, lakin valideynlərini görməyə gəlmişdir. Rasimin digər bacısı Zərimə ata-anası ilə birlikdə yaşamış, ata anası rəhmətə getdikdən sonra Zəriməni bir daha həmin ünvanda görməmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. AR ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

12. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri haqqında ******* nömrəli arayışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzildə Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar.

13. 09 mart 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən,X1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 96.8 kv.m, yaşayış sahəsi 76 kv.m olan 5 otaqlı mənzili İddiaçı bağışlamışdır. Müqaviləni X1 əvəzinə Cavabdeh1 imza etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, miras qalmış əmlak Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 verilmiş 5000 ABŞ Dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilmişdir. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı Cavabdeh2 12548 manat, X3 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X4 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manatın 200 manatı cavabdehdən, 200 manat digər iddiaçılardan tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, 100 manatı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilməmişdir.

15. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində bacısı Cavabdeh1 qəyyum təyin edilməsinə razılıq verilmişdir.

16. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən, Cavabdeh2 xx.xx.1987-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır. 17.AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 30, 9 saylı mənzil xx.xx.1997-ci il tarixdə Tonqol (Ələsgərova) Çimnaz Tağı qızının adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 52 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-715 reyestr nömrəli xx.xx.2022-ci il alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

18. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba (sorğuya cavaba) əsasən, müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixdə yanğın hadisəsi baş verdiyindən çox sayda sənədlər o cümlədən, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlər yanmışdır.

19. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktuba (sorğuya cavaba) əsasən, mövcud arxiv materialları əsasında Cavabdeh1 adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha və 0,03 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

21. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri: İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

29. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən iddiaçı mənzilin mülkiyyətçisidir (§11), cavabdehlər iddiaçının bacılarıdırlar və Cavabdeh2 xx.xx.1987-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1989-cu il tarixdən həmin mənzildə qeydiyyatdadırlar (§16). Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-cimaddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

30. Məhkəmə işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən, Cavabdeh2 xx.xx.1987-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1989-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında cavabdehlərin həmin mənzildən istifadə hüququ həmin dövrdən yaranmışdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

31. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh1 daimi olaraq həmin ünvanda 1989-cu ildən 1995-ci ilə qədər yaşamış (§16), daha sonra ailə həyatı quraraq xaricə köçmüş, həmin ünvana ara-sıra valideynlərini görmək üçün gəlmiş, 1997-ci ildə mənzil almış, 2022-ci ilə qədər adında xüsusi mülkiyyəti (mənzili) olmuş, hal-hazırda da adına torpaq sahələri mövcuddur. (§9, §10, §16, §17, ) Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək hesab edir ki, Cavabdeh1 6 aydan uzun müddətdə mübahisəli mənzildə yamamasını, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsini, eyni zamanda başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlakının olmasını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə istifadə hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən hal-hazırda Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə istifadə hüququ mövcud deyil, bu səbəbdən də iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

32. Məhkəmə Cavabdeh2 münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh2 həmin ünvanda 1987-ci ildən aramsız olaraq yaşamış, valideynləri vəfat etdikdən sonra 2021-ci ildən həmin ünvanda yaşamır. (§9, §10, §16) Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində bacısı Cavabdeh1 qəyyum təyin edilməsinə razılıq verilmişdir. (§15) Məhkəmə hesab edir ki, cavabdehin həmin ünvana istifadə hüququ mövcud olmuşdur. Lakin yuxarıda qeyd edilən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır. (§22) Cavabdehin qəyyumu Cavabdeh1 həmin mənzildən istifadə hüququ olmadığını, faktiki həmin ünvanda yaşamadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

33. Cavabdehin nümayəndəsi (vəkili) öz izahatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin həmin mənzil üzərində 1/10 mülkiyyət hüququ-payının tanındığını qeyd etmişdir. (§8) Məhkəmə qeyd edir ki, qeyd edilən qətnamədə cavabdehlərin ünvan 5 ünvanında yerləşən mənzilə pay (paylı mülkiyyət) hüquqları deyil, miras qalmış əmlak- Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 verilmiş 5000 ABŞ Dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilmişdir. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı Cavabdeh2 12548 manat, X3 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X4 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi qət edilmişdir. (§14)

34. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin formal xarakterli qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququndan sərbəst istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. İddia qalan hissədə təmin edilməsin.

4. 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq Dövlət Büdcəsinə ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar