Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4585/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 380,00 (üç yüz səksən) manat məbləğində vəsaitin, 30,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** BN *** (** CM ***) dövlət qeydiyyat nişanlı Samand SE markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə söğortalanmışdır. Sığortalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş ******* saylı inzibati tənbeh vermə haqqında Qərarlara əsasən məlum olmuşdur ki, cavabdeh sürücü yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə zərrəçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı nəqliyyat vasitəsinə 380,00 (üç yüz səksən) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta akt”ına əsasən isə 380,00 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi zərərçəkən hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli PPA********** №-li icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** BN *** dövlət qeydiyyat nişanlı, Samand SE markalı, ban nömrəsi NAACU1FT5EF710506, mühərrik nömrəsi 55314 olan avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materialalrında olan 4007/L №-li 09 iyun 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, ** BN *** (** CM ***) dövlət qeydiyyat nişanlı Samand SE markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Samand markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli olan şəxsdir. İş materiallarında olan İnzibati Xəta haqqında ******* №-li Protokolun surətindən görünür ki, X2 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 21:00-da, Samand SE minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci, 327.6-cı maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. İş materiallarında olan 1672/İ №-li, 12 aprel 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi ** BN *** (** CM ***) dövlət qeydiyyat nişanlı Samand markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak edilməsi Cavabdeh xahiş edilmiş, zərər dəymiş ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilin təmiri başlandıqdan sonra dəyişilməli olan ehtiyat hissələrinin 14 iş günü ərzində təhvil alınması tövsiyə olunaraq təhvil alınmadıqda həmin ehtiyat hissələrinin utilizasiya olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində baş vermiş sığorta hadiəsi nəticəsində dəymiş zərər məbləği 380,00 (üç yüz səksən) manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında Qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə olunan ** BN *** (** CM ***) dövlət qeydiyyat nişanlı Samand SE markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. Sığortalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı nəqliyyat vasitəsinə 380,00 (üç yüz səksən) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta akt”ına əsasən isə 380,00 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi zərərçəkən hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 380 manat məbləğində vəsait alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 30,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4585/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4585/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver