Məhkəmə qərarları › İş №e-2(011)-4588/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4588/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4588/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 340 (üç yüz qırx manat) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 30 manat manat pul vəsaitinin alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Nobel prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ-21703” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X6 məxsus “Opel Astra” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “VAZ-21703” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Opel Astra” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 340 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 340.00 (üç yüz qırx) manat sığorta ödənişi iddiaçı tərəfindən X4 etibarnamə üzrə nümayəndəsi X1 bank hesabına ödənilmişdir. Xətai rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Xəlilov X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Cavabdeh vol-nəqlivvat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4588/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı Xalq Sığorta” ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinin surətindən görünür ki, “VAZ21703” markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ21703” markalı, **-GP-*** dövlət nömrə nişanlı minik avtomobil “Opel Astra” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli “VAZ21703” markalı, **-GP-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “Opel Astra” markalı, **-RN-*** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi X4 əmlakına zərər dəymişdir. İş materiallarında olan TP5328415 nömrəli xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “VAZ21703” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktının surətindən görünür ki, ““Opel Astra” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 340 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, PXA61821 saylı siğorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “VAZ21703” markalı, **-GP-*** dövlət nömrə nişanlı minik avtomobili “Opel Astra” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 340 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 340 manat məbləği xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin bank hesabından AZ38HAJC******************** saylı hesaba məxaric edilmişdir. xx.xx.2020-ci il tarixli “sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”ndan görünür ki, AZ38HAJC******************** saylı hesab nömrəsi üzrə sığorta ödənişinin alınması üçün plastik kart X2 (etibarnamə əsasında) təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “VAZ21703” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin “Opel Astra” markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “VAZ21703” markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və sonuncu tərəfindən X1 hesabına 340 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “VAZ21703” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Buna görə də "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 340 (üç yüz qırx) manat məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 370 (üç yüz yetmiş) manat məbləği tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar