Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4588/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kommunal xidmət haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Adıçəkilən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 4 girişlidir,1-ci mərtəbə qeyri-yaşayış sahələridir,1-ci mərtəbələrin altında qeyrı-yaşayış sahələri hesab olunan 4 ədəd,hər birinin sahəsi 400 kv.m olan zirzəmi sahələri yerləşir.1-ci mərtəbədən başlayaraq qeyri-yaşayış mərtəbəsi də daxil olmaqla yaşayış mərtəbələri ilə birlikdə bina 11 mərtəbəlidir, 2-ci mərtəbədən başlayaraq yaşayış mərtəbəsi yaşayış mansarda mərtəbəsi ilə birlikdə 10 mərtəbəlidir. Mənzillərin sayı 120 ədəddir. Binanın ümumi sahəsi 19.995 kv.m-dir. Mənzillərin ümumi sahəsi (yaşayış üçün istifadə olunan mansarda ilə birlikdə) 13.945 kv.mdir.1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri 4450 kv.m-dir.4 ədəd zirzəmilərin sahəsi isə (400 kv.m x 4 )1600 kv.m-dir. Adıçəkilən çoxmənzilli yaşayış binası”UKRAYNA MEYDANİ” MTK tərəfindən tikilmişdir. Bina sakinlərinin 90%-dən çoxu məskunlaşmış və həmin adıçəkilən binada yaşayırlar. Çoxmənzilli yaşayış binasının sakinləri pay haqqına əsasən yaşadıqları mənzillərə və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ əldə etmişlər. xx.xx.2020 ci il tarixdə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən verilmiş elandan göründüyü kimi,idarəçiliyi bərbad və yarıtmaz hala saldığından,sakinlərin haqlı narazılığına səbəb olduğundan MTK xidmət fəaliyyətini tam olaraq dayandırmış,adıçəkilən çoxmənzilli yaşayış binasının idarəçiliyi AR Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərinə uyğun olaraq yeni yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçirilmiş, xx.xx.2020 -ci il tarixli Aktla çoxmənzilli yaşayış binasının avadanlıqları və qeyri-yaşayış sahələri MMMC-nin İH-nin sədri X16 təhvil verilmişdir.
2. "xxxx" MTK tərəfindən inşa edilmiş 4 girişli çoxmənzilli yaşayş binası 31 oktyabr 2019-cu il tarixdə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixə qədər adıçəkilən binanın idarəçiliyi MTK tərəfindən həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdən sonra həmin binanın idarəçiliyi bu günə qədər 25 iyun 2021-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış (xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyata alınmış) Nizamnaməsinə və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MMMC tərəfindən həyata keçirilməklə MMMC-nin işləri ilə bağlı hüquqi və fiziki şəxslərlə bir sıra(Azər işıq,Su təchizatı və tullantı sularının axıdılması,BŞİH-nin Departamentinin KXM-si MMC,FHN-nin SİTG və DMN və Agentliyi,ENGİNETvə Bankla və s.) müqavilələr babağlayaraq fəaliyyətini davam etdirir.
3. “ünvan 11iyyətinin Nizamnaməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, 25 iyun 2021-ci il tarixli, No1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində “X1 Reyestrindən Çıxarış verilmiş, həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının rəsmi idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMMC yenidən qeydiyyatdan keçməklə Çıxarış almışdır. Bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixə qədər həmin çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MTK tərəfindən həyata keçirilmişdir.
4. Mövcud qanuvericiliyin, o cümlədən Mənzil Məcəlləsinin uyğun tələlərinə və öz Nizamnaməsinə əsasən "xxxx" MMMC-ti ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının PROTOKOLU-na əsasən kommunal xidmətlərə görə aylıq ödənişlərin miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: 3 otaqlı məzillərə (118,5kv.m və 120,5kv.m) görə -20 AZN; 4 otaqlı mənzillərə (148,5kv.m) görə -25AZN; Qeyri-yaşayış sahələrinə görə-50AZN; Avtonəqliyyat(dayanacağı və mühafizə) üçün -15AZN.
5. Demək olar ki, adı çəkilən çoxmənzilli binada yaşayan, məskunlaşan bina sakinlərinin 90%-dən çoxu kommunal xidmətlərin vaxtında ödənilməsinə görə öz vəzifə və hüquqlarını yerinə yetirirlər. Lakin çoxmənzilli bina sakinlərinin bəzisi onlara dəfələrlə telefonla şifahi,yazılı bildirdiyimizə,xəbərdarlıq etdiyimizə baxmayaraq kommunal xidmətlərə görə aylıq xidmət haqqını ödəməkdən yayınır,gecikdirir, bəzi hallarda imtina edirlər. Hazırda iş üzrə Cavabdeh1 çoxmənzilli binanın həyətində yaradılmış kommunal xidmətlərin tərkib hissəsi olan avtodayanacaqdan istifadəyə və 4 ədəd ona məxsus avtomobillərin mühafizəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər iddiaçı "xxxx" MMMC-yə 585(beş yüz səksən beş)manat pul ödəməlidir.
6. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ** VV *** qeydiyyat nişanlı,Lexus markalı və ** UL *** KİA SPORTAGE markalı avtomobillərə görə 360AZN manat,eyni zamanda ** CC *** qeydiyyat nişanlı,HYUNDAİ markalı və ** PH *** qeydiyyat nişanlı,TERRA LORD markalı avtomobilə görə 2023-cü ilin oktyabr,noyabr,və dekabr aylarına görə 90AZN manat,xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər ** VV *** qeydiyyat nişanlı Lexus markalı, ** UU *** KİA SPORTAGE markalı, ** CC *** qeydiyyat nişanlı HYUNDAİ markalı avtomobillərə görə 135 AZN manat. Cəmi-585 manat.
7. Digər Cavabdeh4 ailə üzvləri ilə yaşadığı,mülkiyyətində olan 4 otaqlı, 57 saylı mənzilə və mülkiyyətlərində və istifadələrində olan avtomobillərə(** DJ *** və ** KR ***) görə iddiaçı "xxxx" MMMC-yə 2023-cü ilin noyabr,dekabr ayları və 2024-cü ilin yanvar,fevral,mart ayları üçün 275(iki yüz yetmiş beş) manat pul ödəməlidir. Belə ki, 57 saylı mənzilə görə-125 manat, avtomobillərə görə -150 manat, cəmi-275(iki yüz yetmiş beş) manat.
8. Digər Cavabdeh2 Qəhrəman oğlu ailə üzvləri ilə yaşadığı 4 otaqlı 81a saylı mənzilin kommunal xidmət haqqlarına görə iddiaçı "xxxx" MMMC-yə 01.012021-ci il tarixdən 31.032024-cü il tarixədək 1139 (min yüz otuz doqquz) manat pul ödəməlidir.
9. Digər Cavabdeh3 Qəhrəman qızı və onunla birlikdə yaşayan ailə üzvləri, əri X18 yaşadıqları,mülkiyyətində olan mənzillərə, avtomobillərə, mülkiyyətlərində və isifadələrində olan qeyri-yaşayış sahələri üçün kommunal xidmət haqqına görə "xxxx"MMMC-yə 01.012021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər 11.773 (on bir min yeddi yüz yetmiş üç) manat kommunal xidmət haqqı ödəməlidirlər. Belə ki, mənzil 27a- aylıq 25 AZN olmaqla,600 AZN manat,2021-2022-ci illər üçün, mənzil 108a-aylıq 40 AZN manat olmaqla 1560 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 106a- aylıq 35 AZN manat olmaqla,1365 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 107a- aylıq 20 AZN manat olmaqla,780 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 108a- aylıq 40 AZN manat olmaqla,1560 manat2021-2022-2023-xx.xx.2024-cü illər, qeyri-yaşayış sahəsi(ofis)- aylıq 40AZN manat olmaqla, 1560 manat 2021-2022-2023 və xx.xx.2024-cü illər.2024-cü illər üçün, qeyri-yaşayış sahəsi əmlak alqı-satqısı ofisi- aylıq 40 manat olmaqla,1560 manat 2021-2022-2023xx.xx.2024-cü illər üçün, qeyri-yaşayış sahəsi(Dialab)-aylıq 40AZN manat olmaqla ,1560 manat 2021-2022-2023-xx.xx.2024-cü illər üçün, 2021-ci il layihələri üçün-588 manat,2022-ci il layihələri üçün 640 manatŞ 3 ədəd,( ** UU ***, ** XD ***, ** GG *** No-li) avtomobillər də daxil.Cəmi 11.773(on bir min yeddi yüz yetmiş üç)manat. İddiaçının tələbi:
10. İddiaçı cavabdehlər Cavabdeh1 585 (beş yüz səksən beş) manat, Cavabdeh4 275 (iki yüz yetmiş beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1.139 (min yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 11.773 (on bir min yeddi yüz yetmiş üç) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 720 (yeddi yüz iyirmi) manat, Cavabdeh4 440 (dörd yüz qırx) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1214 (min iki yüz on dörd) manat, Cavabdeh3 Qəhrəman qızından 12538 (on iki min beş yüz otuz səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 163 (yüz altmış üç) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 805 (səkkiz yüz beş) manat, Cavabdeh4 495 (dörd yüz doxsan beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 164.60 (yüz altmış dörd manat altmış qəpik) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
13. Cavabdeh2 Qəhrəman oğlu iddia tələbinə etiraz edərək xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" ASC-nin Bərdə filialında MBM üzrə qrup rəhbəri vəzifəsində çalışır və bu səbəbdən Bakı şəhərində yaşamasının qeyri mümkün olduğunu bildirmişdir. Həmçinin 2021ci ilin avqust ayında atasını həmim müayinəsinə götürmək üçün binaya daxil olduğu zaman ünvan 3 ünvanında yerləşən binaların MMMC-nin idarəetməsinə daxil olduğunu müəyyən etmişdir. Belə ki, onlar mənzilə daxil olduqdan qısa müddət sonra mənzilinin elektrik enerjisi dayandırılmış, cavabdeh bununla bağlı etirazını bildirdikdən sonra Emin Zahidli ilə görüşmüş, ilkin danışıqlardan sonra MTK-nın rəhbəri Əli Abışovla qohumluq əlaqəsi olması səbəbindən ona maddi və mənəvi ziyan vurmaq məqsədi ilə qeyd edilən hərəkətləri etdiyini müəyyən etmişdir. İddiaçı cavabdehdən əsassız olaraq 4 layihə etdiklərini buna görə 340 manat və 8 aya görə (hər ay üzrə 25 manat) 200 manat olmaqla ümumilikdə 540 manat pul tələb etmişdirlər. Cavabdeh iddiaçı ilə kompromisə gəlməyə çalışsa da iddiaçının təmsilçisi ona ödənişi tam şəkildə həyata keçirməli olduğunu bildirmişdir. Cavabdeh həmin mənzildə yaşamadığı üçün həmin mənzildəki heç bir xidmətdən istifadə etmir. Cavabdeh iddiaçının təmsilçisinə Tərtər rayonunda ailəsinin yaşadığı fərdi yaşayış evinin mərmi əsaslı zədə almasını, bu səbəbdən təmir işləri aparmalı olduğunu, atasının 1-ci qrup əlil olduğunu, anasının ağır xəstə olduğunu, şəhid ailəsi olduğunu bildirmiş, hazırda mənzildə yaşamamasını nəzərə alaraq xidmət haqqı hesablamamğı və hesablanmış xidmət haqqının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi isə cavabdehə heç bir güzəşt tətbiq etməyəcəyini bildirmişdir. Cavabdeh tələb edilən 1139 manat borcun əsassız olduğunu qeyd edərək hesablanma qaydasının da naməlum olduğunu qeyd etmişdir. Tərəflər arasında hüquqi münasibətləri tənzimləmək üçün heç bir müqavilənin mövcud olmamış, cavabdehin ailəsi göstərilən ünvanda yaşamamış, heç bir xidmətdən istifadə etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Qəhrəman oğlu məhkəməyə etiraza əlavə ünvalayaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən may ayı da daxil olmaqla elektrik sərfiyyatı 3 il 5 ay ərzində 141 kvt olmuşdur, bu isə həmin ünvanda yaşayışın olmamasının sübut edir. Həmçinin o qeyd etmişdir ki, həmin sərfiyyatın olmasına səbəb balkonda və giriş qapısında elektrik lampasının uzun müddət açıq saxlanılması məqsədli şəkildə müəyyən qədər elektrik sərf etdiyini göstərmək üçün elektrik sərfiyyatı yaratmaqlarıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.
15. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMMC iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, MMMC-nin göstərdiyi kommunal xidmətlərə görə yaranmış 585 manat məbləğində pulun Cavabdeh1, 275 manat məbləğində pulun Cavabdeh4, 1.139 manat məbləğində pulun Cavabdeh2 Qəhrəman oğlundan, 11.773 manat məbləğində pulun Cavabdeh3 Qəhrəman qızından, habelə iddianın verilməsi üçün ödənilmiş 159 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-ci məhəllədə yerləşən 53 saylı çoxmənzili yaşayış binasının idarə olunması məqsədilə həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə "xxxx" MMMC yaradılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağının qərarı ilə MMMC tərəfindən göstərilən kommunal xidmətlərə görə yaşayış binasının sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək kommunal ödənişlərin məbləği barədə qərar qəbul edilmişdir. Həmin qərara görə, 3 otaqlı mənzillər üzrə 20 manat, 4 otaqlı mənzillər üzrə 25 manat, qeyri-yaşayış sahələri üzrə 50 manat, hər avtonəqliyyat vasitəsi üzrə 15 manat məbləğində kommunal ödənişlər müəyyən edilmişdir. Xətai-25” MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağında Cavabdeh1 iştirak etmiş və qəbul edilmiş qərarı bəyənmişdir. Lakin Cavabdeh1 çoxmənzilli binanın həyətində yaradılmış kommunal xidmətlərin tərkib hissəsi olan avtodayanacaqdan istifadəyə görə və ona məxsus 4 avtomobilin mühafizəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaranmış 585 manat məbləğində borcu MMMC-yə ödəməmişdir. İddiaçı hesab edir ki, iddiaçı "xxxx" MMMC-nin iddiası Cavabdeh1 münasibətdə əsassızdır və təmin edilməməlidir. İddiaçı "xxxx" MMMC-nin iddia ərizəsində göstəridiklərindən və ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, "xxxx" MMMC-nin yaradılması barədə güya xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsində yerləşən 53 saylı çoxmənzilli yaşayış binasının həyətində, açıq havada, sahə mülkiyyətçilərinin (10 nəfəri biavasitə, 77-si isə onlayn (watsap) iştirak etmişlər) ümumi yığıncağı keçirilmiş və güya həmin iclasda binanın idarə olunması məqsədilə "xxxx" MMMC-nin yaradılması qərara alınmışdır. "xxxx" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş, bu barədə ona X1 Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. "xxxx" MMMC-nin Nizamnaməsi də xx.xx.2021-ci il tarixdə müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, "xxxx" MMMC-nin yaradılması barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, hüquqi şəxs kimi xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə desək, "xxxx" MMMC-nin hüquqi qabiliyyəti, yəni hüquqlar əldə etmək, vəzifələr daşımaq qabiliyyəti xx.xx.2021-ci il tarixdən yaranmışdır. Lakin iddiaçı "xxxx" MMMC-nin iddiasının əsası kimi istinad etdiyi və məhkəməyə təqdim etdiyi kommunal ödənişlərlə bağlı müzakirəyə çıxaratdığı və qərar qəbul etdiyi ümumi yığıncağın tarixi “xx.xx.2021”-ci il qeyd olunmuş, həmin protokol xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış "xxxx" MMMC-yə aid möhürlə təsdiq olunmuşdur. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə "xxxx" MMMC-nin hüqui şəxs kimi hüquq qabiliyyəti, o cümlədən ümumi yığıncağın növbəliyində xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasın və həmin iclasda qəbul edilmiş qərarın legitimliyini şübhə altına alır. Sözügedən qərarın qanuni əsası yoxdur. Qanunsuz qəbul edilmiş qərarın sahə mülkiyyətçilərinə, o cümlədən mənə-Cavabdeh1 münasibətdə məcburiliyi barədə danışmaq da artıqdır. Bunlardan başqa, o qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMMC-nin keçirildiyi bildirilən ümumi yığıncaq, ümumiyətlə çağırılmamış, keçirilməmiş, keçirilmədiyi üçün də hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh1 bir neçə dəfə sənədlər gətirərək imza etdirmiş, sənədlərin məzmunu ilə isə tanış etdirməmişlər. Eyni zamanda o bildirmişdir ki, iddiaçı "xxxx" MMMC, kommunal ödənişləri altında ona məxsus avtomobillərin yaşayış binasının həyətində saxlanılmasına və güya MMMC tərəfindən mühafizə olanmasına görə pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh özünə məxsus avtomobili ümumi əmlak hesab edilən binanın yerləşdiyi torpaq sahəsində saxladığını, həmin torpaq sahəsinin "xxxx" MMMC-yə hər hansı aidiyyatı olmadığını qeyd etmişdir. Belə olan vəziyyətdə cavabdeh MMMC-nin üzərində heç bir hüququ olmayan torpaq sahəsinə görə mülkiyyətçi olan Cavabdeh1 ödəniş tələb etməsi qanunsuz hesab edir. O bildirir ki, iddiaçının qeyd etdiyinə əsasən binaya giriş-çıxış üçün torpaqdan istifadə edən mülkiyyətçilədən, həmin torpaq sahəsində uşaqların oynamasına görə onların valideynlərindən "xxxx" MMMC hər an ödəniş tələb edə bilər. Bunlardan başqa, o bildirir ki, çoxmənzilli binalarda kommunal xidmətlər dedikdə ümumi əmlakın saxlanması üçün göstərilən xidmətlər nəzərdə tutulur. Bəzən bu xidmətlərə mənzil-kommunal xidmətləri, bəzən baxım xidmətləri, bəzən də istismar xidmətləri deyilir. Çoxmənzilli yaşayış binalarında baxım xidmətlərinin növü kifayət qədər çoxdur. Bura liftlərin və binadakı digər qurğuların baxımı, ümumi sahələrin təmizliyi, tullantıların daşınması, ümumi işıqlandırma kimi xidmətləri misal göstərmək olar. Bu baxımdan o hesab edir ki, sahə mülkiyyətçilərinin ümumi əmlakları hesab edilən həyətyanı torpaq sahəsində mülkiyyətçilərin özlərinə məxsus avtomobillərin saxlanılmasını “avtodayanacağın yaradılması və mühafizəsi” adı altında kommunal xidmət kimi təqdim edilməsi qanunsuzdur, hüquqdan sui-istifadədir. Çoxmənzilli yaşayış binasının yerləşdiyi, asfalt örtüyü ilə örtülmüş torpaq sahəsinin saxlanılması üçün "xxxx" MMMC-nin gündəlik hansı xidmətlər göstərməsi anlaşılan deyil. Göstərilənlərə əsasən o hesab edir ki, yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi əmlakları hesab edilən həyətyanı torpaq sahəsində nəqliyyat vasitələrini saxlamalarına görə "xxxx" MMMC tərəfindən pul tələb ediməsi barədə iddia tələbi əsassızdır. Odur ki, Cavabdeh1 məhkəmədən, "xxxx" MMMC-nin cavabdeh ona və başqalarına qarşı iddiasının ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Digər cavabdehlər tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
17. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin 2021-ci ildə yaranmış, Cavabdeh3 məxsus qeyd edilən binada 3 qeyri-yaşayış sahəsi, 2 mansard tipli mənzil və 1 ədəd mənzil vardır. Onlar hazırda cavabdeh olaraq Cavabdeh3 qoyublar, lakin Cavabdeh3 Abışov Əlinin arvadıdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin edilməsini xahiş edərək, sonuncu dəfə təqdim etdikləri iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində qeyd etdikləri tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi X20 öz izahatında qeyd etmişdir ki, onlar Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini xx.xx.2020ci ildə yaratmışlar. Cavabdeh Vəfa Qələndərova və Abışov Əli heç bir ümumi yığıncaqda iştirak etməmişlər və 2020-ci ildən etibarən heç bir ödəniş həyata keçirməmişlər. 2020-ci illərin sonlarında binanın həyətində zibillər olduğundan onlar qonşularla birlikdə Abışov Əlinin ofisinə getmişlər və Abışov Əli artıq yorulduğunu, sakinlər tərəfindən ödəniş edilmədiyindən müvafiq işləri görə bilmədiyi bildirmişdir. O, Abışov Əliyə kömək təklif etmiş, ödəniş etməyən sakinlərin siyahısını alaraq onlarla birlikdə Abışov Əlinin ofisinə yaxınlaşmışlar. Mehman müəllim orada ona 200 manat borc yazıldığını, lakin onun həmin borcu ödədiyini bildirmiş, Abışov Əli də bunu qəbul etmişdir və digər şəxslərin də borc məsələsi mübahisəli şəkildə olmasa da həll olunmuşdur. Növbəti gün Abışov Əli sakinlərin öz Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratması ilə bağlı elan vermişdir. xx.xx.2020-ci ildə təxminən 90 nəfər sakinin iştirakı ilə böyük iclas keçirilmiş, sakinlər ortaq qərara gəlmişlər və sakinlər orada onun sədr olmasını təklif etmişlər. Abışov Əli o vaxtdan etibarən həmin binada heç bir layihənin iştirakçısı olmayıb. Həmin binada yerləşən “Cavad” Klinikasının direktoru Alim Əliyevin ilə Cavabdeh3 ilə müqaviləsi olmuşdur. Belə ki, müqavilə 2011-ci ildə 10 il müddətinə bağlanmış və 2021-ci ilə qədər qüvvədə olmuşdur. Həmçinin o qeyd etmişdir ki, hazırda da həmin klinika həmin binada fəaliyyət göstərir, yaxın zamanlarda Dövlət Vergi Xidmətinin əməkdaşları həmin klinikaya gələrək müqavilənin mövcud olduğunu, hazırda da onlarda qeydiyyatda olduğunu qeyd etmiş və o müvafiq sənədlərin nüsxəsini məhkəməyə təqdim edilməsi üçün ona verilməsini xahiş etsə də Xidmətin əməkdaşları konfidensial məlumatlar olduğunu qeyd edərək həmin sənədlərin əldə edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməsini bildirmişlər. Onlara qədər yəni 2020-ci ilin sonuna qədər X18 MTK-nın sədri olub və xidmət göstərib. X27 binanı tikən şəxs olmuşdur. X10 vaxtından 3 otaqlı mənzillər üçün 20 manat, 4 otaqlı mənzillər üçün 25 manat, hər avtonəqliyyat vasitəsi üçün 15 manat pul tutulmuş və o da buna uyğun ödənişlə etmişdir. Onlar protokolda göstərilən kimi sənədləri dərhal Ədliyyə Nazirliyinə təqdim etmişlər. Onlara qədər qeyd edilən məbləğlərlə sakinlərdən pul yığılıb, onlara möhür, səlahiyyət verilmədiyi halda müvəqqəti protokolla onlara icazə verilib, dedilər onu protokollaşdırın. Protokol xx.xx.2021-ci ildə tərtib edilib, Ədliyyəyə təqdim etdikləri sənəd isə xx.xx.2020-ci il tarixlidir. Sənəddə 88 sakin imza çəkib. Biz dərhal protokollaşdırdıq 3 otaqlı mənzillər üçün 20 manat 4 otaqlı mənzillər üçün 25 manat, hər avtonəqliyyat vasitəsi üçün 15 manat olduğunu qeyd etdik. Sakinlərə hər hansı güzəşt ediləcəyi təqdirdə isə bunu yalnız İdarə Heyətinin qərarı ilə edə biləcəyini bildirmişdir. 19.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, Cavabdeh3 həmin binada 1 dörd otaqlı mənzili vardır. X10 həmin mənzildə neçə mənzili olduğunu bilmir və iddiaçı onu məhkəmə prosesinə cavabdeh qismində cəlb etməmişdir. Onlar iddia tələbini Cavabdeh3 nisbətdə qismən qəbul edirlər, belə ki, Cavabdeh3 həmin binada 1 mənzili mövcuddur. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini qəbul etmədiyini, iddia tələbinin rədd edilməsini xahiş edərək, iddia tələbini 1 mənzilə münasibətdə qəbul etdiyini bildirmişdir. 20.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə2 öz izahatında qeyd etmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, kommunal xərclərlə bağlı etirazının olmadığını problemin onlar 2-ci avtomobil aldıqdan sonra yarandığını bildirmiş, avtomobil pulunun ödənilməsinə etiraz etdiyini bildirmişdir. Həmçinin o, ilk avtomobil üçün ödəniş etdiyini, lakin 2-ci avtomobili aldıqdan sonra onun üçün ödəniş etməkdən imtina etdiyini bildirmişdir. 21.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 Qəhrəman oğlu öz izahatında qeyd etmişdir ki, etiraz ərizəsində qeyd etdiyi kimi, o və onun heç bir ailə üzvü həmin ünvanda yaşamır və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasından onun məlumatı olmamışdır. O həmin evdə yaşamadığını hazırda Bərdə rayonunda işləməyi və kommunal xərclərlə bağlı sərfiyyatının az olması ilə sübut etdiyini qeyd etmişdir. Həmçinin Cavabdeh2 Qəhrəman oğlu qeyd etmişdir ki, həmin binada yerləşən mənzil tam təmirlidir, təxminən 8 ay əvvəl həmin binada yerləşən mənzilinə daxil olduğu zaman Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması barədə məlumat əldə etmişdir. Belə ki, o mənzilə daxil olduğu zaman onun mənzilinin elektrik enerjisi dayandırıldıqdan sonra iddiaçının təmsilçisi ilə tanış olmuş və iddiaçının fəaliyyətlərini tənzimləyən heç bir sənədin olmadığnı müəyyən etdiyini bildirmişdir. Cavabdeh iddiaçının təmsilçisinə həmin binada yaşamadığını, bu səbəbdən onunla bağlı xidmət haqqı hesablanmamğı və ya umumi bir məbləğ müəyyən etməklərini xahiş etmiş, lakin iddiaçı tərəf heç bir güzəşt olunmayacağını bildirmişdir. Həmçinin iddiaçı tərəfin şişirdilmiş məbləğlərlə məhkəməyə müraciət etdiyini bildirmişdir. 22.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, məhkəməyə verilmiş iddia ərizəsi əsassızdır. 2 il avtomobil üçün pul ödəmiş, lakin daha sonra iddiaçıdan soruşduğu zaman iddiaçı maşına cavabdeh olmadığını bildirdiyindən avtomobil üçün ödəniş etməkdən imtina etmişdir. Həmçinin Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı tərəfindən ona gəlmiş qonağın avtomobili üçün də məbləğ hesablanmışdır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
23. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi Hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsindən verilmiş çıxarışa əsasən "xxxx" MTKnın xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X17r.
24. xx.xx.2019-cu il tarixli № 200 saylı icazəyə əsasən, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə 4 girişli zirzəmili (bir hissəsi kürsülü), 10 (+mansarda) mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhəri Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin xx.xx.2004-cü il tarixli 3175 nömrəli “İcazə” sənədi əsasında istismarına icazə verilmişdir.
25. xx.xx.2020-ci il tarixli akta əsasən, "xxxx" MTK-nın sahibkarı (təsisçisi) X18, "xxxx" MTK-nın təsisçisi X9, ünvan 5 ünvanında yaşayan X20, AR MN 951 saylı H/Hissədə yaşayan X14, ünvan 6 ünvanında yaşayan X3, ünvan 7 ünvanında yaşayan X7 iştirakı ilə akt tərtib edilərək imza edilmiş ünvan 8 ünvanında olan 4 girişli 10 mərtəbəli yaşayış binasının qeyd edilən ( 2 ədəd su nasosu-işlək vəziyyətdə, 4 ədəd sərnişin lifti - işlək vəziyyətdə, 1 ədəd qaz QRP-si, 3-cü girişdə olan sanitar qovşaq orada yerləşən 2 ədəd işıq şitləri və 1 ədəd işıq tənzimləyici, 3-cü girişdə olan sanitar qovşaqda quraşdırılmış su sayğacı və su kartı, 2-ci girişdə olan texniki qovşaq və orada yerləşən rabitə şiti) avadanlıqlarını MMMC yaradıb, sakinlərə kommunal xidmət göstərmək üçün X16 təhvil verilmişdir.
26. xx.xx.2021-ci il tarixli № 1121-MM8-0211 qeydiyyat nömrəli “ünvan 11iyyətinin Nizamnaməsinin 3.3-cü bəndinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqlarının əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmçinin Nizamnamənin 5.2.1-ci bəndə əsasən Cəmiyyətin vəsaitləri mütləq ödənişlərdən, cəmiyyət üzvlərinin giriş və digər haqlarından və 5.2.3-cü bəndə əsasən çoxmənzilli binanın ümumi əmlakının istismarı, cari və əsaslı təmirin aparılması, ayrı-ayrı kommunal xidmətlərinin göstərilməsi üçün ayrılan subsidiyalardan, digər subsidiyalardan ibarətdir.
27. X2 X13 “Şəhadətnamə”yə əsasən “ünvan 11iyyəti Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
28. xx.xx.2021-ci il tarixli X1 Reyestridən Çıxarışa əsasən “ünvan 11iyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir və qanuni təmsilçisi X22 olmaqla sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları və digər sənədlər “ünvan 11iyyətinin qeydiyyata alınmasının hüquqi əsasını təşkil edir.
29. xx.xx.2023-cü il tarixli X1 Reyestridən Çıxarışa əsasən “ünvan 11iyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir və qanuni təmsilçisi X22 (yenidən seçilmişdir) olmaqla ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı və digər sənədlər “ünvan 11iyyətinin qeydiyyata alınmasının hüquqi əsasını təşkil edir.
30. Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin yaradılması haqqında sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən 10 mərtəbəli 4 girişli və 9 qeyri-yaşayış sahəsindən ibarət 120 mənzilli 53 saylı yaşayış binasında "xxxx"nin yaradılması və s. məsələlər iclasın gündəliyini təşkil etmiş və qeyd edilən məsələlər üzrə Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin yaradılması, "xxxx" adlandırılması, Xətai-23 MMMC-nin Nizamnaməsinin təsdiq edilməsi və hüquq ünvanının ünvan 10 MMMC-nin 3 nəfərdən ibarət İdarə Heyətinin seçilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 qeyd edilən ümumi yığıncaqda iştirak etmişlər.
31. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin (Xətai-25 MMMC)-nin mülkiyyətçilərinin ümumi yığıncağının qərarının protokoluna əsasən kommunal ödənişlərin müəyyən edilməsi məsələsi üzrə ümumi səs çoxluğunun 70%-ni təşkil edən mülkiyyətçilərin iştirakı ilə keçirilən iclasda 3 otaqlı mənzillər üzrə 20 manat, 4 otaqlı mənzillər üzrə 25 manat, qeyri yaşayış sahələri üzrə 50 manat, hər avtonəqliyyat üzrə 15 manat ödənilməsi və kommunal ödənişlərin tərkib hissəsi hesab edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.
32. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 11iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 3 №-li Protokoluna əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvanda mühafizə məntəqəsi, təhlükəsizlik kameraları şəbəkəsi, şlaqbaum və sensorlu işıqlandırma sisteminin qurulması layihəsinin həyata keçirilməsi və layihə dəyərinin 9498 manat hesablanması, hər mənzilə və qeyri-yaşayış sahəsinə 84 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.
33. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 11iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 6 №-li Protokoluna əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvanda sıradan çıxmış su borularının yenilənməsi, kanalizasiya xəttlərinin bərpa olunması, yeni su nasosu alınması və quraşdırılması və layihənin ümumi dəyərinin 8780 manat hesablanması, hər mənzilə və qeyri yaşayış sahəsinə 80 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.
34. xx.xx.2024-cü il tarixli ünvan 12 ünvanı üzrə çoxmənzilli binada fəaliyyət göstərən “ünvan 11iyyətinin İdarə Heyətinin üzvlərinin yığıncağının qərarının 14 №-li Protokoluna əsasən xx.xx.2024-cü il tarixədək kommunal xərclərin tərkib hissəsi olan hər avto nəqliyyat vasitəsinə görə tətbiq olunmuş 15 manat ödənişin xx.xx.2024-cü il tarixdən etibarən ləğv edilməsi, bu ünvandakı yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışlarında göstərilən sahələr üzrə xx.xx.2024-cü il tarixdən etibarən vahid tarif sistemi ilə kommunal ödənişlərin ödənilməsi və bu ünvandakı yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışlarında (müqavilə, order) göstərilən sahənin hər kv.m-ə görə xx.xx.2024-cü il tarixdən etibarən 0.40 manat kommunal ödənişin tətbiq edilməsi barədə İdarə Heyətinin üzvləri və Nəzarət Təftiş Komissiyasının sədrinin iştirakı ilə yekdilliklə qərar qəbul edilmişdir.
35. xx.xx.2022-ci il tarixli “Razılaşma aktı”na əsasən "xxxx" MMC ilə “ünvan 11iyyəti arasındakı razılaşmaya əsasən ünvan 13 ünvanında yerləşən yaşayış kompleksində həyətdə olan su xətlərinin dəyişdirilməsinin lahiyələndirilməsi üçün 3000 (üç min) manat qiymət hesablanmışdır.
36. xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, Kamera DS- 2CE16DOT2MP-16 ədəd, Monitor HDMİ 82, DVR 16 kanal, Projektor-15 ədəd, Sensor-5 ədəd, Şlaqbaum, Koroblar, CCTV Kabel, Montaj, quraşdırma, test və start “Setap.az” şirkəti tərəfindən “ünvan 11iyyətinin istifadəsinə verilmişdir.
37. xx.xx.2021-ci il tarixli № 089873 saylı müqaviləyə əsasən "xxxx" ASC ilə “ünvan 11iyyəti arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır.
38. xx.xx.2022-ci il tarixli № 45927069 saylı müqaviləyə əsasən "xxxx" ASC ilə "xxxx" MMMC arasında “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır.
39. xx.xx.2023-cü il tarixli № ******* müqaviləyə əsasən "xxxx" MMC ilə "xxxx" MMMC arasında konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə əlaqədar müqavilə bağlanmışdır.
40. "xxxx" MMC ilə "xxxx" MMMC arasında xx.xx.2022-ci il tarixli “Əməkdaşlıq haqqında razılaşma”ya əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə M.Hadi küçəsi 53 ünvanında yerləşən binalarda (cəmi 4) yaşayan sakinlərin xidmətlərlə ( fiber-oplik rabitə kanalı vasitəsilə 30 Mbit/s qədər sürətlə İnternet şəbəkəsinə qoşulma, İP TV (200 qədər televiziya kanalı), fiber optik rabitə kanalı vasitəsi ilə şəhər telefon nömrəsi) "xxxx" MMC tərəfindən təmin edilir.
41. xx.xx.2023-cü il tarixli “Bank hesabı müqaviləsi”.
42. xx.xx.2023-cü il tarixli “Hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsi”.
43. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sayayedə X8 və X15 X6 obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə № A-13115 “Çıxarış”a Çıxarış xx.xx.2022-ci il tarixdə “ünvan 11iyyətinə ondan ötrü verilmişdir ki, göstərilən hüquqi şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.
44. xx.xx.2022-ci il tarixli №36 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 20 iyun 2002-ci il tarixli, 224 saylı Sərəncamına əsasən “icarəçinin” (X18) xüsusi mülkiyyətində olan Xətai rayonu, Ukrayna meydanı 2942-ci məhəllədə yerləşən 16 mərtəbəli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin əvəzi ödənilməklə X10 müddətli istifadəsinə verilmişdir. 45.Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.
48. 25 iyun 2021-ci tarixli “ünvan 11iyyətinin Nizamnaməsi: 1.1. "Xətai-" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (bundan sonra "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 14 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının "Mənzil Məcəlləsi"nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. 2.1. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. 2.2. Bu məqsədlərə çatmaq üçün cəmiyyət aşağıdakı fəaliyyət növlərini həyata keçirir: 2.2.1. Yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; 2.2.2. Yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması; 2.2.3. Yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması; 2.2.4. Yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinın adablaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənın yaşıllıaşdırılması; 2.2.5. Yaşayış binasının sahə mülkiyyətçilərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsı və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması; 2.2.6. Yaşayış binasının sahə mülkiyyətçilərinin ümumı maraqlarına cavab verən va mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi. 3.1. Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyı andan aşağıdakı hüquqlara malik olur: 3.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq. 3.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın umumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 3.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidməti göstərmək; 3.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 3.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərin müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 3.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadə üçün vermək; 3.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 3.4. Cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 4.1. Cəmiyyətin vəzifələri aşağıdakıdır; 4.1.2. Cəmiyyətin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq; 5.2. Cəmiyyətin vəsaitləri aşağıdakılardan ibarətdir; 5.2.1. mütləq ödənişlərdən, cəmiyyət üzvlərinin giriş və digər haqlarından; 5.2.3.çoxmənzilli binanın ümumi əmlakının istismarı, cari və əsaslı təmirin aparılması, ayrı-ayrı kommunal xidmələrin göstərilməsi üçün ayrılan subsidiyalardan, digər subsidiyalardan;
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
50. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
51. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
52. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§50)
54. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
55. İddiaçı Cavabdeh1 805 (səkkiz yüz beş) manat, Cavabdeh4 495 (dörd yüz doxsan beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən də göründüyü kimi mülki mübahisə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti ilə dörd çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında pul (kommunal ödənişlər, avtodayanacaq üçün) tələbi ilə bağlıdır. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir.
56. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 1 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binası “ünvan 11iyyəti tərəfindən idarə olunur. "xxxx" MMMC-nin Nizamnaməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, (§30) 25 iyun 2021-ci il tarixli, No1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində “X1 Reyestrindən Çıxarış verilmiş, (§27) həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının rəsmi idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMMC yenidən qeydiyyatdan keçməklə Çıxarış almışdır. (§28) Bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixə qədər həmin çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının Protokoluna əsasən kommunal xidmətlərə görə aylıq ödənişlərin miqdarı 3 otaqlı məzillərə (118,5kv.m və 120,5kv.m) görə - 20 AZN; 4 otaqlı mənzillərə (148,5kv.m) görə - 25AZN; Qeyri-yaşayış sahələrinə görə - 50AZN; Avtonəqliyyat (dayanacağı və mühafizə) üçün - 15AZN kimi müəyyən edilmişdir. (§31) xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 11iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 3 №-li Protokoluna əsasən binada mühafizə məntəqəsi, təhlükəsizlik kameraları şəbəkəsi, şlaqbaum və sensorlu işıqlandırma sisteminin qurulması layihəsinin həyata keçirilməsi və layihə dəyərinin 9498 manat hesablanması, hər mənzilə və qeyri-yaşayış sahəsinə 84 manat ödənilməsi barədə, (§32) xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 11iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 6 №-li Protokoluna əsasən binada sıradan çıxmış su borularının yenilənməsi, kanalizasiya xəttlərinin bərpa olunması, yeni su nasosu alınması və quraşdırılması və layihənin ümumi dəyərinin 8780 manat hesablanması, hər mənzilə və qeyri yaşayış sahəsinə 80 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. (§33)
57. Məhkəmə qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər... Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil- tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. (§51)
58. Cavabdeh2 Qəhrəman oğlu uzun müdətdir başqa yerdə işləməsi ilə əlaqədar həmin mənzildə yaşamadığını bildirərək, bu səbəbdən kommunal ödənişləri ödəməyə etiraz etdiyini bildirmişdir. Məhkəmə etirazı bu hissədə əsassız sayır. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarında qeyd edilir ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). (§51)
59. Cavabdeh1 öz etirazında iddiaçının ümumiyyətlə hüquq qabiliyyəti olmadığını, Ümumi Yığıncağın qərarlarının legitim olmadığını qeyd etsə də, qeyd etdiyi halları sübuta yetirən hər hansı dəlili məhkəməyə təqdim etməmiş, eyni zamanda "xxxx" MMMC-nin qəbul etdiyi qərarları mübahisələndirməmişdir. Qeyd edilənlərlə yanaşı o, öz etirazında ümumi yığıncağın qərarının qəbul edilməsində iştirak etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. (§51) Hazırki halda, cavabdehlə iddiaçı arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Buna görə də, məhkəmə cavabdehin etirazını bu hissədə də əsaslı hesab etmir.
60. Cavabdehlər ayrı-ayrılıqda avtomobillərə görə ödəniş etməyə etiraz etdiklərini bildirmişdirlər. Məhkəmə iddia tələbini hər bir avtomobilə görə ödənilməli olan pul məbləğləri hissəsində əsasız sayır. Belə ki, Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsində qeyd edilir ki, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ mövcuddur. "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının Protokoluna əsasən hər bir avtomobilə görə 15 manat ödənilməli olduğu qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin avtomobillərin binanın ümumi həyətində saxlandığı, onların saxlanması, təhlükəsizliyi üçün MMMC tərəfindən hər hansı xüsusi xərc çəkilmədiyi (məs: yalnız avtomobillərə nəzarət etmək üçün mühafizəçi və s.), həyətdə saxlanmış avtomobillərə hər hansı ziyan, zədə dəydiyi halda MMMC-nin hər hansı maddi məsuliyyət daşımadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, avtomobillərin saxlanması üçün MMMC hər hansı xərc çəkmədiyinə görə ödəniş də tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə gedişi zamanı xx.xx.2024-cü il tarixli ünvan 12 ünvanı üzrə çoxmənzilli binada fəaliyyət göstərən “ünvan 11iyyətinin İdarə Heyətinin üzvlərinin yığıncağının qərarının 14 №-li Protokoluna əsasən xx.xx.2024-cü il tarixədək kommunal xərclərin tərkib hissəsi olan hər avto nəqliyyat vasitəsinə görə tətbiq olunmuş 15 manat ödənişin xx.xx.2024-cü il tarixdən etibarən ləğv edilməsi, haqda qərar qəbul edilmişdir. (§34) Eyni zamanda Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddənin mətnindən də göründüyü kimi, kommunal xidmətlərə avtomobilin həyətdə saxlanmasına görə ödəniş haqqı daxil deyil.
61. Məhkəmə iddia tələbini Cavabdeh3 xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün mənzilər, 3 qeyri-yaşayış yerinə, 2 ədəd avtomobilə görə, Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə görə, ümumilikdə 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal ödənişlərin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən sahələrin cavabdehə aid olduğunu sübuta yetirə bilməmiş, cavabdehin nümayəndəsi (vəkili) isə yalnız bir dörd otaqlı mənzilin cavabdehə məxsus olduğunu etiraf etmişdir. (§19) Məhkəmə iddia tələbini Cavabdeh3 Qəhrəman qızından 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması hissəsində qismən əsaslı hesab edir. Beləliklə, iddia tələbi Cavabdeh3 Qəhrəman qızın xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr, yəni 43 ay üçün 4 otaqlı mənzilin komunal ödənişinə(43x25=1075), Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə (84 manat, 80 manat – 1075+84+80=1239) görə ümumilikdə 1239 manat hissədə əsaslıdır və təmin edilməlidir.
62. Məhkəmə iddia tələbini Cavabdeh1 avtomobillərə və mənzilə görə 805 (səkkiz yüz beş) manat kommunal ödəniş hissəsində qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin mənzilə görə yalnız 2024-cü ilin iyul ayında ödəniş etmədiyi məlum olmuşdur. Məhkəmə avtomobillərlə bağlı ödənişlər hissəsində iddia tələbini əsassız hesab etdiyindən, Cavabdeh1 2 üç otaqlı mənzilə görə 40 manat kommunal ödənişin tutulmasını əsaslı hesab edir.
63. Məhkəmə iddia tələbini Cavabdeh4 xx.xx.2023-cü il tarixindən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün dörd otaqlı mənzil 2 ədəd avtomobilə görə 495 (dörd yüz doxsan beş) manat kommunal ödənişlərin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 dörd otaqlı mənzilə görə 225 manat kommunal ödənişin tutulması əsaslıdır.
64. Məhkəmə iddia tələbini Cavabdeh2 Qəhrəman oğlundan xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün dörd otaqlı mənzilə Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə görə, ümumilikdə 1239 (min iki yüz otuz doqquz) manat məbləğində kommunal ödənişlərin tələb edilməsi hissəsində əsaslı hesab edir. Belə ki, xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr, yəni 43 ay üçün 4 otaqlı mənzilin komunal ödənişinə (43x25=1075), Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə (84 manat, 80 manat – 1075+84+80=1239) görə ümumilikdə 1239 manat hissədə əsaslıdır və təmin edilməlidir.
65. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdehlər Cavabdeh1 40 (qırx) manat, Cavabdeh4 225 (iki yüz iyirmi beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 1239 (min iki yüz otuz doqquz) manat məbləğində kommunal xidmət haqları tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməlidir.
66. İddia tələbi qalan hissədə təmin edilməsin.
Məhkəmə xərcləri:
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. İddiaçı iddia əriazəsində 164,6 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq azaldılaraq 47,43 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1 40 (qırx) manat, Cavabdeh4 225 (iki yüz iyirmi beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 1239 (min iki yüz otuz doqquz) manat məbləğində kommunal xidmət haqları tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,43 (qırx yeddi manat qırx üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Qəhrəman oğlundan və Cavabdeh3 Qəhrəman qızından müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova