Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4616/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “pul” barədə iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər X2 və Cavabdeh2 təqsiri, məsuliyyətsizlikləri, məni aldatmaları, onlara olan etibarımdan sui-istifadə etmələri səbəbindən mənə (İddiaçı qızına) vurulmuş ümumilikdə 49 300 AZN (qırx doqquz min üç yüz manat) əsas zərərin, 9 ay ərzində keçirdiyim əsəb-streslə bağlı mənim günahım olmadan düşdüyüm bu vəziyyətlə əlaqədar mənə dəyən 3150 AZN (üç min yüz əlli manat) məbləğində mənəvi zərərin, həmçinin hüquqlarımın müdafiəsi üçün vəkil ilə bağladığım müqavilə əsasında ödədiyim 300 manat pulun və dövlət rüsumunun ödənilməsinə xərclənmiş 250 manat pulun, ümumilikdə cəmi 53 000 AZN (əlli üç min manat) pulun cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq qarşılıqlı iddiaçı olaraq mənə (İddiaçı Əhməd qızına) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi e-2(011)-4616/2025 saylı mülki işin e-2(011)-3324/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4616/2025 saylı mülki iş və e-2(011)-3324/2025 saylı mülki işlər birləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında iddiaçılar X1 və Cavabdeh2 Aleksandovnanın İddiaçı qarşı “pul” tələbi barədə e-2(011)-3324/2025 saylı mülki iş vardır. Məhkəmə hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələblər bir-birinin qarşılıqlı ödənilməsinə yönəldiyindən və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4616/2025 saylı və e-2(011)-3324/2025 saylı mülki işlər birləşdirilməlidir. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan e- 2(011)-4616/2025 saylı mülki iş və e-2(011)-3324/2025 saylı mülki işlər birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4616/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4616/2025
21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver