Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4666/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “subroqasiya qaydasında pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı – cavabdehdən 6.800 manat məbləğində vurulmuş zərərin və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6.888 manat pul məbləğinin alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 12:40 radələrində Bakı şəhəri, 8 Noyabr prospekti ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil “X9” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3(011)-2765/2022 saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “X9” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 4.500 (dörd min beş yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA115270/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 4.500 (dörd min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasında iştirak edərək öz izahatında göstərmişdir ki, Cavabdeh2 ilə birlikdə işləyir. Belə ki, Cavabdeh1 “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Cavabdeh1 avtomobili onun istifadəsinə vermişdir. O, avomobili yük daşımaq üçün istifadə edir. Cavabdeh2 onun (A.İmanovun) işçisidir. Cavabdeh2 ondan icazəsiz maşının açarlarını götürüb avtomobili idarə edərək sözügedən yol-nəqliyyat hadisəsini törətmişdir. Qeyd edir ki, məsuliyyəti də Cavabdeh2 çəkməlidir. Lakin, sonuncunu tapmaq olmur. Bundan başqa qeyd edir ki, “X9” markalı avtomobilə dəymiş ziyanın məbləği də şişirdilmişdir və real ziyana uyğun deyil. Məhkəmə araşdırması müddətində daha əvvəlki iclasda izahatı alınmış Cavabdeh1 üçüncü şəxs X3 izahatını təsdiq edərək bildirmişdir ki, həqiqətən də “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilini X3 istifadəsinə vermişdir. Onun avtomobilin Cavabdeh2 tərəfindən götürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 4.500 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında bank heabına 7 iş günü ərzində könüllü ödəmək təklif olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 qiymətləndirmə nəticəsində zərərçəkənə ödəniləcək məbləğ daha sonra subroqasiya qaydasında geri tələb ediləcəyindən 3 iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 19A ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirilmənin nəticələri ilə tanış olmağı tövsiyə olunmuşdur. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh1 arasında bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Qaz Yük” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA 115270 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “Qaz Yük” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil “X9” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya 4.500 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Qaz Yük” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1, Cavabdeh2 yol nəqliyyat hadisəsi edərək, “X9” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi zərər dəymişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2765/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh1 mülkiyyətindəki avtomobilin digər Cavabdeh2 tərəfindən idarə olunması və bununla da, iddiaçı ASC-də sığortalanmış “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 idarə etdiyi “X9” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapır. “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC-də sığortalandığından, “X9” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərər iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılmış və X2 ümumilikdə 4.500 manat sığorta ödənişi edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətməklə digər şəxsə zərər vurulmasına gətirib çıxaran hərəkətə yol verdiyindən, iddiaçı subroqasiya qaydasında ondan 4.500 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi - “Qaz 3302” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmalqa, digər Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə sonuncu tərəfindən vurulduğundan, vurulmuş zərərə görə iddiaçı tərəfindən zərərçəkənə ödənilmiş 4.500 manat məbləğində ziyan məbləği subroqasiya qaydasında cavabdehlərdən alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan avtonəqliyyat vasitəsinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirə bilmədiyindən, ziyanın məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, ödənilmiş sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti və 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4666/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4666/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver