Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4675/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, 3A saylı evin 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.1994-cü il tarixdə Masallı RİH-nin Təzə Alvadı ərazi nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından xx.xx.1997-ci il tarixdə Günel adlı qızları anadan olmuşdur, artıq qızlarının 25 yaşı vardır, ailəlidir, uzun müddət H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyində işlədiyinə görə iş yerindən ona 2002-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 4 saylı yataqxanada yaşayış sahəsi 18 kv.m olan 16 saylı otaq verilmişdir, cavabdehlə yaş fərqi çox olduğuna görə demək olar ki, onların ərarvad münasibətləri olmamış, bu səbəbdən keçmiş həyat yoldaşı onunla həmin ünvanda yaşamamış və ona məxsus mənzildə ona aid heç bir əşya yoxdur, o, uzun müddətdir ki, Rusiya Federasiyasının Çita şəhərində qeyri-rəsmi ailə qurmuş, bu nikahlarından üç övladı vardır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)- 861/2017 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikah qeydi ləğv edilmişdir, 133 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, ev 3A saylı evin 16 saylı mənzildə qeydiyyatdadır, lakin 2014-cü il tarixdən hal-hazırkı vaxta kimi orada yaşamır, o, mənzil üzərindəki sahiblik, istifadə etmək və sərəncam hüquqlarını tam həyata keçirə bilmir, bu hal onun mülkiyyət hüquqlarını pozur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, ev 3A saylı evin 16 saylı mənzili xx.xx.2002-ci il tarixdə növbədə olduğu üçün H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən order əsasında əldə etmişdir, hazırda həmin mənzil order əsasında ona məxsusdur, cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, iddiaçı həmin mənzil üzərində sərəncam hüququnu həyata keçirmək istəyir, lakin cavabdehin həmin mənzildə qeydiyyatda olması ona mane olur, həmçinin cavabdehin həmin mənzildə qeydiyyatda olması ona mənzil və kommunal xidmətləri və digər baxımdam müxtəlif çətinliklər yaradır, hesab edir ki, cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamadığından oraya olan istifadə hüququna xitam verilməlidir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yerləri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 0353 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və onun iki nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, Zığ Yolu küçəsindəki 3A saylı evdə yerləşən 4 saylı yataqxananın 16 saylı mənzilini tutmaq hüququna malikdir. İş materiallarında olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS tərəfindən verilmiş 291 saylı xx.xx.2022-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, 3A saylı evin 16 saylı mənzilində qeydiyyatdadır, keçmiş əri Cavabdeh 2014-cü ildən halhazıra qədər orada yaşamır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ 265552 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə 246 nömrəli akt qeydləri kitabı ilə ləğv edilmişdir. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-861/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixdə bağlanmış nikah qeydinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölkədən çıxmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, tərəflər arasında ailə münasibətləri rəsmi qaydada 2017-ci il tarixdən pozulmuşdur, Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, ev 3A, 16 saylı mənzil xx.xx.2002-cı il tarixdən order əsasında iddiaçıya məxsusdur, cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq 2014-cü il tarixdən həmin mənzildən istifadə etmir. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli olduğundan, hazırkı mülki iş üzrə də mübahisənin həllinin maddi hüquqi əsası kimi 1982-2009-cu illərdə qüvvədə olan Azərbaycan SSR-nin Mənzil Məcəlləsi əsas götürülməlidir. xx.xx.1982--ci il tarixli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin 5-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin maddənin 6-cı hissəsinə əsasən, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, 3A saylı evin 16 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, 3A saylı evin 16 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayonu, Zığ Yolu, yataqxana 4, 3A saylı evin 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4675/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4675/2022
31.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver