Məhkəmə qərarları › İş №e-2(011)-4694/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4694/2022

15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4694/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı cavabdeh X3 vəfat etdiyindən onun vərəsəsi Cavabdeh vəfat etmiş şəxsin öhdəliyi 2013,26 ABŞ dolları və 2451 manat əsas borc məbləği, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mövcud iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1042/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə 26 ABŞ dolları və 2451 manat əsas borc məbləği o cümlədən ödənilmiş dövlət rüsmunun əvəzi olan 30 manatın X1 tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmış və qətnamə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin cavabdeh X3 vəfat etdiyindən icra işi arxivə göndərilmişdir. Göründüyü kimi, tələb 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1042/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı bağlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qaununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi dayandırılır. Həmin Qanunun 19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi dayandırılır. Həmin Qanunun 21-ci maddəsinə əsasən 17-ci maddədə nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan müddəalarına əsasən icra sənədi üzrə tərəflərdən biri öldükdə icraat dayandırılır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi icra məmurunun qərarı əsasında həyata keçirilir.Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC Cavabdeh qarşı cavabdeh X3 vəfat etdiyindən onun vərəsəsi Cavabdeh vəfat etmiş şəxsin öhdəliyi 2013,26 ABŞ dolları və 2451 manat əsas borc məbləği, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar