Məhkəmə qərarları › İş №e-2(011)-47/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-47/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-47/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh X10 qızının iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X10 qızına qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, "xxxx" ASC tərəfindən MP-P 00408 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə xx.xx.2018-ci il tarixində cavabdeh X4 məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə dəymiş zərərə görə 810 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar 98 saylı MKİS-in iddiaçıya təqdim etdiyi xx.xx.2018-ci il tarixli aktla da müəyyən olunmuşdur ki, X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh1 məxsus 21 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar 1516/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla tələb irəli sürülmüş, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 810 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Elektron məhkəmə” İnformasiya sistemdən olan çıxarışdan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi aydın olmuşdur. Cavabdeh1 adına vərəsəlik işinin açılıb-açılmaması, açılmışdırsa vərəsələrin hansı şəxslər olması barədə məlumatları əldə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində şəxsin adına xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işinin açıldığı, arvadı X1 miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verildiyi göstərilmişdir. Qeyd olunanlara nəzərə alaraq, mülki iş üzrə cavabdehi vərəsə ilə əvəz edilməsini xahiş etmişdir. 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında mülki iş üzrə Cavabdeh1 vərəsəsi X10 qızı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X10 qızı iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş, həmçinin izahatında bildirmişdir ki, yoldaşı Telman Mehdizadənin xəstəliyi olmuş, 2023-cü ildə vəfat etmişdir. Ev təmirli mənzildir, həmin evdən su axması mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş aktdan məlumatı olmamış, həmin akt tərtib edilərkən cavabdeh iştirak etməmşdir. Alt qonşu evini təmir edərkən öz ərazilərində əsas xətti zədələmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 27 dekabr 2018-ci il tarixli Pİ 0015/2018 saylı Sığorta aktının surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, mənzil 19 "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Əmlak sığortası” müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə, həmin binanın üst mərtəbəsində yerləşən 21 saylı mənzildən suyun axması nəticəsində maddi zərər dəymişdir. Müstəqil sığorta eskperti X5 xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği 760 manat müəyyən edilmişdir. Zərərin əvəzi olaraq 760 manat X17, 50 manat müstəqil eskperti X8 ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş MP-P 00408 nömrəli 26 fevral 2017-ci il tarixli Əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 98 saylı MKİS-i tərəfindən verilmiş 04 nömrəli 11 dekabr 2018-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə həmin mənzilə subasma ilə əlaqədar mənzilin sahibi 98 saylı MKİS-nə müraciət etmişdir. MKİS tərəfindən fəhlə çilingər Sepxanov İrzanın iştirakı ilə mənzilə baxış keçirilmiş ümumi kanalizasiya xəttinin tutulduğu aşkarlanmışdır. Nəticədə 19-cu mənzilə 21-ci mənzildən su axmışdır. İş materiallarında 04 yanvar 2019-cu il tarixli 455 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X17 760 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib edilmiş 15 oktyabr 2018-ci il tarixli Qüsur aktının surətindən görünür ki, su sızma nəticəsində ünvan 3 ünvanında yerləşən X7 məxsus mənzilə dəyən ziyanın səbələrini və məbləğini təyin etmək üçün baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, mənzil 1-ci mərtəbədə yerləşir, 2 otaqdan ibarətdir, ümumi sahəsi 51,54 kv.m-dir. Mənzilə üst qatdakı qonşunun sanitar qovşağından su sızma baş vermişdir. Su sızma nəticəsində dəhlizin tavanı, divarları, döşəməsi və elektrk naqilləri yararsız hala düşmüşdür. Yaranmış zədələrin bərpasına sərf edilən materialların və görülən işlərin dəyəri 760 manat təşkil etmişdir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 2782 nömrəli arayışı surətindən görünür ki, Cavabdeh1 Maştağa qəsəbəsi, Visnyovna-2, bağ sahəsi, 194 saylı bağ evində qeydiyyatsız yaşayır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş X11, X20 və X12 06 oktyabr 2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1, arvadı X2 və oğlu X13 xx.xx.2011-ci il tarixədək ünvan 1 ünvanında daimi yaşamışlar. xx.xx.2011-ci il tarixdən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 194 saylı bağ evinə köçmüşlər. İş materiallarında olan müstəqil ekspert tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən X6 məxsus mənzilə təmir üçün lazım olan malmaterial dəyəri 760 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, cavabdeh X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 2V-429 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan arvadı Mehdi-X9r. Şəhadətnamə verilən miras əmlak 30000 manat depozit və ona hesablanmış faiz, qalığı 1190.59 manat olan ******************** nömrəli kart və qalığı ******************** nömrəli cari hesabdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Qala Sığorta” ASC tərəfindən MP-P 00408 nömrəli 26 fevral 2017-ci il tarixli Əmlakın sığortası şəhadətnaməsi əsasında sığortalanmış X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, 19 saylı mənzilə, həmin binanın üst mərtəbəsində yerləşən 21 saylı mənzildən suyun axması nəticəsində maddi zərər dəymişdir. Müstəqil sığorta eskperti X5 xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği 760 manat müəyyən edilmişdir. Zərərin əvəzi olaraq 760 manat X17, 50 manat müstəqil eskperti X8 ödəniş edilmişdir. 98 saylı MKİS-i tərəfindən verilmiş 04 nömrəli 11 dekabr 2018-ci il tarixli aktla müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə həmin mənzilə subasma ilə əlaqədar mənzilin sahibi 98 saylı MKİSnə müraciət etmişdir. MKİS tərəfindən fəhlə çilingər Sepxanov İrzanın iştirakı ilə mənzilə baxış keçirilmiş ümumi kanalizasiya xəttinin tutulduğu aşkarlanmışdır. Nəticədə 19-cu mənzilə 21-ci mənzildən su axıdıması təsdiq edilmişdır. Həmin mənzildə Cavabdeh1 qeydiyyatda olması işdə olan sübutlarla təsdiq edilməklə yanaşı, həmin mənzilin onun ailəsinin faktiki istifadəsində olduğu təsdiq edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun vəfat etməsi səbəbindən cavabdeh miras əmlakı qəbul etmiş vərəsəsi olan X10 qızı ilə əvəz edilmişdir. X10 qızı 21 saylı mənzilin mərhum qayınatasına məxsus olduğunu, Cavabdeh1 ailəsinin faktiki istifadəsində olduğunu təsdiq etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, həmin zərərin vurulması Cavabdeh1 ailəsinin faktiki istifadəsində olduğu mənzildən baş verdiyi təsdiq edildiyindən iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən ödənilmiş 810 manat məbləğində pul vəsaiti cavabdeh X10 qızından tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X10 qızından 810 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar