Məhkəmə qərarları › İş №e-2(011)-4710/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4710/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4710/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kompensasiya ödənilmədən mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “istifadə hüquqlarının itirilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatı:

2. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, hal-hazırda eyni mübahisə üzrə Xətai Rayon Məhkəməsində X3 icraatında mülki iş var. Həmin mülki iş baxılmamış saxlanılmış, daha sonra isə icraat təzələnmişdir. Hal-hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə həmin məhkəmənin icraatında təzələnmişdir.

3. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərdən heç biri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən hazırlıq iclası cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa.

5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Belə ki, iddiaçının nümayəndəsinin hazırlıq iclasında verdiyi izaha və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X1 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda 2(011)-527/2023 nömrəli mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır və hazırkı mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

8. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. (§5)

9. Mülki iş materiallarından, iddiaçının nümayəndəsinin izahından və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-527/2023 nömrəli mülki iş və 2(011)- 4710/2023 nömrəli mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olduğundan, eyni zamanda 2(011)-4710/2023 nömrəli mülki iş xx.xx.2023-cü ildə, digər mülki işdən sonrakı tarixdə icraata daxil olduğundan sonuncu mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

10. Qeyd edilənlərə və mülki prosessual qanunvericiliyin tələbinə əsasən (§4) məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.4, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. AR MPM-nin 259.0.4-cü maddəsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “istifadə hüquqlarının itirilməsinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar