Məhkəmə qərarları › İş №e-2(011)-4760/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4760/2023

06.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4760/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladları X6, X1 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları olmayan hesab edilməsi, eyni zamanda həmin qətnamənin cavabdeh - Cavabdeh və onun azyaşlı övladları X6, X1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh və onun azyaşlı övladları X6, X1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarovküçəsində yerləşən 66 saylı evin, 76 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Bu Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019 tarixli çıxarışdan da həmin mənzilin idiaçının mülkiyyətində olduğu görünür. Həmin ünvanda iddiaçının qızı Cavabdeh və nəvələri X6, X3 qeydiyyatdadır. Lakin Cavabdeh 2012-ci ildə ailə həyatı qurmuş və sonradan Gürcüstanda məskunlaşmışdır. Daha sonradan onun ailə münasibətlərinə xitam verilmiş və nəvələri atasının himayəsində qalmışdır. Cavabdeh boşandıqdan sonra Bakıya qayıtmamış, Türkiyəyə gedərək orada yaşamışdır. O, iddiaçıya məxsus olan mənzildə yaşamır, ümumiyyətlə həmin mənzilə gəlib-getmir. Bütün bu sadalananlar göstərir ki, adı çəkilən şəxslərin mənzilimdə qeydiyyatı formal xarakter daşıyır və bu şəxslərin iddiaçını mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları onun öz mülkiyyət hüququmun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Sonda Vəkil qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2019 tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.75 m2 olan mənzil tam paya əsasən İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, arayış İddiaçı verilmişdir, o, xx.xx.2003-cü ildən Bakı şəhəri, ünvan 2 ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh X6, X2r. İş materiallarında olan Xətai rayonu MKTB 99 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 443 N-li Arayışdan görünür ki, Cavabdeh X6, X3 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 66, 76 saylı mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İş materiallarında olan ünvan 3 ünvanlanmış bildiriş 99 saylı MKİS-nin rəisi tərəfindən “Yaşamadığına görə təqdim etmək mümkün olmadı” qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan Gürcüstan Respublikası Bolnisi bələdiyyəsi Darbazi kəndi ictimai məktəbi tərəfindən verilmiş Arayışlardan görünür ki, Güləhmədova Yağmur və Şabanov Razim həmin məktəbdə oxuyurlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 çıxarış əsasında İddiaçı məxsusdur, cavabdeh iddiaçının ailə üzvüdür, o və övladları həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmirlər. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən, o cümlədən daşınmaz əmlakdan cavabdehin mənzil hüququnun yeganə təminat vasitəsi kimi istifadə olunmasını şərtləndirən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ) Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X6 və X1 qeydiyyatda olduğu ünvan 1-dən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh, X4 və X1 ünvan 1-dən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbuledildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar