Məhkəmə qərarları › İş №e-2(011)-4861/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4861/2023

22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4861/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Ozbək oğluna qarşı əlavə xərcin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh Ozbək oğluna qarşı Cavabdeh oglundan 6822 manat 04 qəpik pulun, 38 manat dovlət rüsumunun , 50 manat mediyasiya uçun odənilmiş rüsmunun alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Biləsuvar rayon Məhkəməsinin 2- 48/2006 saylı , 07 dekabr 2006-cı il tarixli qətnaməsi ilə xx.xx.20005-ci il tarixdə doğulmuş Cavabdeh Rufət oğlunun atası olması faktı müəyyən edilmişdir. Vətəndaşlıq Vəziyyəti aktlarında düzəlişl aparılmışdır və 18 yaşına çatana kimi aliment ödənilməsi qətt edilmişdir. Quliyev 18 yaşına çatmamış Gürcüstan Texniki Unveristetinə daxil olmuşdur. Hal hazırda həmin təhsil müəssəsində təhsil alır. Lakin qeyd edildiyi kimi tətəfindən irəli sürülən pul tələbi uşaq 18 yaşına çatmadığı dövrdə xərclənmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat daxil olduqdan sonra təhsilinə və digər xərclərinin 16203. 58 lari , 306,62 yevro , 2504,88 manat pul xərclənmişdir. Xərclənən pullların yarısının ödənilməsi cavabdehdən tələb edilsə də, həmin pulları ödəməkdən imtina etmişdir. İddia tələbi ilə bağlı mediyasiya keçirilmiş, lakin mediyasiyada da 18 yaşına çatmamış uşağın təhsilinə və digər xərclərinə xərclənmiş pulun yarısını ödəməkdən imtina etmişdir. Uşağın təhsi haqqı və yol xərci olaraq 13.644 manat ( 16.203.58 lari 10.579,30 qəpik, 306.62 evro- 559 manat və 2504,88 qəpik ) ödənilmişdir. Qeyd edilən maddələrin tələblərinə əsasən 18 yaşına çatmamış uşağın təhsil və digər xərclərində cavabdeh iştirak etməlidir. Qeyd edilənlərə əsasən 6822 manat 04 qəpik cavabdeh tərəfindən iddiaçıya ödənməlidir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları X5 xx.xx.2005-cin tarixində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Biləsuvar Rayon Məhkəməsinin 07 dekabr 2006-cı il tarixli qətnamsinə əsasən X3 hər ay bütün növ qazancının 25 faizi miqdarında aliment tutularaq xx.xx.2005-ci il tarixində anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. X1 Texniki Unveristetinə daxil olmuş, onun təhsili ilə bağlı iddiaçı tərəfindən 2023-cü ilin aprel ayındadək 13.644 manat (16.203.58 lari 10.579,30 qəpik, 306.62 evro- 559 manat və 2504,88 qəpik) manat pul xərclənmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.

Məhkəmənin mövqeyi:

Məhkəmə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh oglundan 6822, 04 manatım, 38 manat dovlət rüsumunun, 50 manat mediyasiya uçun ödənilmiş rüsmunun alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı Cavabdeh oglundan 6822,04 manat məbləğində pulun, 38 manat dovlət rüsumunun, 50 manat mediyasiya üçün ödənilmiş rüsumun alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar