Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4894/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1017/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. Həm istintaq orqanı həmdə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünü Prezident Administrasiyasında rabitə şöbəsinin rəisi vəzifəsində işləməsi adı ilə məndən müxtəlif vaxtlarda torpaq alacagına söz verərək ümümilikdə 20.000 min ABŞ dolları məbləğində pulumu etibarımdan sui-istifadə edib ələ kecirtmişdir. Bu hal yəni etibarımdan sui-istifadə edib əldə etdiyi 20.000 ABŞ dolları məbləğində pulumu dələduzluq edərək əldə etməsi şahid ifadələri və istintaq dövrü öz təsdiqini tapmışdır.
3. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir ödəniş edilməmişdir və istintaq dövründə təsdiqini tapan 20.000 ABŞ dolları hələ də ödənilməmiş qalır.
İddiaçının tələbi:
4. İddiaçıya dəymiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində maddi və 2000 (iki min) manat məbləğində mənəvi zərərin, 198 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən iddiaçıya dəymiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində maddi və 2000 (iki min) manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun, 198 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini, iddiaçının subyektiv hüququnun olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, cavabdeh Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır ki, guya hazırki iddiaçının atasına cəzaçəkmə müəssisəsində pul xərcləyib. Lakin həmin iddia tələbi rədd edilmişdir. Məhkəməyə həmin qətnamə təqdim edilmiş və elektron sistemə də yerləşdiriləcəkdir. Bu qətnamə iş üçün xüsusi əhəmiyyət kəsb etməsə də məbləğlər bir qədər üst-üstə düşür. Apellyasiya Məhkəməsi həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim etmişdir. Cavabdehin etirazı ilə bağlı bildirmişdir ki, iddiaçı hökmdən də göründüyü kimi 2017-ci il avqust ayında hüququnun pozulduğunu bildikdən sonra hüquq mühafizə orqanlarına şikayət etmişdir. Ona qədər hökmdə də öz əksini tapmışdır ki, Müsənnif öz qızını iddiaçıya vermək istəyirdi ki, bu məsələ bağlansın. Bunun üçün Bakıya gəlmiş, ancaq görmüşdür ki, Aydan başqa şəxslə ailə qurmuşdur, bilinmişdir ki, Müsənnif 178.3-cü maddə ilə artıq məhkum olunmuşdur. Ümumi iddia müddətinin axımı 2017-ci il avqust ayından, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxtdan hesablanmalıdır. 320 manat vəkil xərci üçün də qəbzləri elektron sistemə əlavə etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli iclasda iddiaçının nümayəndəsi(vəkili) hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh tərəfindən əmlakının ələ keçirilməsi ilə bağlı korrupsiyaya müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarına əsasən hazırki cavabdeh 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. Ümumilikdə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaq dövründə də təsdiq edilmişdir ki, cavabdeh özünü X1 şöbəsinin rəisi kimi vəzifəli şəxs olaraq tanıtmış və 20.000 ABŞ dollarını dələduzluqla ələ keçirmişdir. İddiaçı orada şahid qismində iştirak etdiyindən zərərçəkmiş şəxs qismində tanınmamışdır. İddiaçının nümayəndəsi (vəkili) hesab etmişdir ki, iddiaçıya dəymiş maddi ziyan və mənəvi zərərin əvəzi ödənilməlidir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. İddia tələbinə münasibətdə bildirmişdir ki, 20.000 ABŞ dolları məbləğ dəqiq deyildir, çünki, bu həmin ilin məzənnəsinə uyğun hesablanmış məbləğdir. İddia müddəti tətbiq edilməlidir, çünki, Cavabdeh tərəfindən sonuncu əməl 2009-cu ilin sentyabr ayında törədilmiş, istintaq gedişində və daha sonra da mülki iddia verilməmişdir. Üzərindən 15 il keçdikdən sonra hazırki iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, iddia müddətinin axımı bitib, maddi tələblə bağlı heç bir hüquq yaranmır, əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Mənəvi zərərlə bağlı qeyd etmişdir ki, plenum qərara əsasən sual etmək lazımdır ki, iddiaçıya vurulmuş mənəvi zərər nədə ifadə olunub. Bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, bu cür mənəvi zərər mövcud olsa idi, mütləq iddiaçı dərhal məhkəməyə müraciət edərdi, nəinki üzərindən 15 il keçdikdən sonra. Hökmdən də göründüyü kimi İddiaçı şahiddir, zərərçəkmiş şəxs deyil. Bu cinayət üzrə zərərçəkmiş şəxs hazırki iddiaçı deyil, dövlətdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-135/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmünə əsasən apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin ittihamdan xaric edilməsi və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsindən Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinə tövsif edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, zərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3541/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı cavabdehlərdən müştərək qaydada 15060 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 15090 manat pulun tutularaq ona verilməsi tələbi rədd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2848/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3541/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3541/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi qismən təmin edilmiş, cavabdeh X2 10.000 (on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və dövlət rüsumunun əvəzi 141 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı:
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.
19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci tarixli Qərarı.
21. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.
23. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il Qərarı.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
26. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində maddi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmünə əsasən Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə qeyd edilir ki, təqsirləndirilən şəxs Cavabdeh 2008-ci iln noyabr ayının sonlarından müxtəlif vaxtlarda hər dəfə 5000 ABŞ dolları olmaqla, ümüumilikdə 10000 ABŞ dolları, 2009-cu ilin yanvar ayından avqust ayına kimi olan müddətdə müxtəlif vaxtlarda 7500 ABŞ dolları, 2009-cu ilin sentyabr ayında 2500 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə ******* manat pulu şəxsən özü və oğlu Fərid Talıbov vasitəsilə alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı rüşvət verməyə təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. (§10)
28. Hazırki iş üzrə cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi deyil, şahid qismində dindirlimişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci tarixli Qərarında qeyd edirlir ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında dəyişdirilmişdir. Belə ki, Qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir.
29. Nəzərə almaq lazımdır ki, qeyd olunan bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.
30. ... dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır.
31. Bununla əlaqədar qeyd olunmalıdır ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət birbirilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər). (§20)
32. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmünə əsasən Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Həmin iş üzrə iddiaçınını zərər çəkmiş şəxs qismində tanınması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci tarixli Qərarında qeyd edilən mövqeyinə əsasən mümkün deil, lakin bu hal iddiaçının hazırki tələbi irəli sürmək hüququnun mövcud olmasına xələl gətirmir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmü ilə müəyyə olunmuş hallara əsasən, hazırki mübahisəyə AR MPM-nin 82.4-cü maddəsi tətbiq edilməli və hökmlə sübuta yetirilmiş hallar, bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələləri hazırki mülki işə üzrə məcburi qaydada nəzərə alınmalıdır. (§10) Belə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
33. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
34. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edir. Həmin normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin tərəflər arasında müqavilə münasibətləri mövcud olmamış, cavabdeh aldığı pulu geri qaytarmağı vəd etməmiş, ona verlmiş pulun qarşılığında hər hansı əşya verməyi, qanuni xidmət göstərməyi vəd etməmişdir.
35. Məhkəmə iddia tələbinin digər hissəsi olan iddiaçıya dəymiş 2000 (iki min) manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır, təmin edilməməlidir.
36. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
37. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. (§19)
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. (§22)
39. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hansı iztirab, sarsıntı, stress keçirməsi müəyyən edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir.
40. Məhkəmə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair dəlilini əsassız sayır. Belə ki, hazırkı tələb üzrə zərərvurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən (§10) 4 ilə yaxın müddət keçdiyindən və ümumi iddia müddəti on il təşkil etdiyindən iddia müddətinin ötürülməsinə dair cavabdehin iddiaya etirazının dəlili öz təsdiqini tapmır.
41. Mülki iş materiallarına əlavə edilmiş qəbzə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Presedent Vəkil bürosuna 320 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi vəkil xərcinin cavabdehdən tutulması hissəsində təmin edilməli və vəkil xərcinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 (yüz doxsan səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 (yüz doxsan səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. 320 (üç yüz iyirmi) manat vəkil xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova