Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4895/2024 01.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin, 147 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolalrı məbləğində pulun, 147 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplamaqla, çəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 24 iyul 2018-ci il tarixdən hesblanmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həm istintaq orqanı həmdə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünü vəzifəli şəxs, yəni Bakı şəhər Prokurorluğun, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə ondan cəzaçəkmə müəssisəsində cəza çəkən atası X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və cəzadan azad edilməsi ilə bağlı ondan 10.000 min ABŞ dolları məbləğində pulunu etibarından sui-istifadə edib ələ kecirtmişdir. Bu hal yəni etibarından sui-istifadə edib əldə etdiyi 10.000 min ABŞ dolları məbləğində pulunu dələduzluq edərək əldə etməsi şahid ifadələri və istintaq dövrü öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir ödəniş edilməmişdir və istintaq dövründə təsdiqini tapan 10.000 min ABŞ dolları hələdə ödənilməmiş qalır. Cavabdehin bu hərəkətləri iddiaçıya həm maddi həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o, bir vətandaş olaraq hüquq-mühafizə orqanlarına getmək məcburiyyətində qalmışdır. Bu illər ərzində ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı maddi ziyana uğramışdır. Hesab edir ki, ona dəymiş mənəvi ziyan da maddi ziyanla bərabərləşdirilməli, maddi ziyanın məbləği 10.000 min ABŞ dolları mənəvi ziyan isə 2000 manat məbləğində müəyyən edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia tələblərinə yazılı şəkildə etirazını təqdim edərək, bildirmişdir ki, maddi zərərin qarşılığının tələb edilməsi ilə bağlı istinad edilən cinayət işi üzrə zərərçəkmiş şəxs deyil, şahid qismində tanınmış İddiaçı tələb hüququ (subyektiv hüququ) olmadığı, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı isə sübutetmə vəzifəsini daşıyan iddia tərəfinin heç bir sübut təqdim etmədiyi və edə bilmədiyi hazırlıq iclası zamanı məhkəmənin və iddia tərəfinin nəzərinə çatdırılmış, məhkəmənin hazırlıq iclasında iddaçının nümayəndəsi iddiaçıya mənəvi zərərin vurulmasını, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin nədə ifadə olunduğunu təsdiq edəcək sübutun olmadığını etiraf etmişdir. Nümayəndə məhkəmənin hazırlıq iclasında iddiaçının maddi tələbilə bağlı 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarının mövcud mübahisəyə aidiyyatını təsdiq etməklə bağlı dəqiqləşdirmə edəcəyini bildirsə də, “iddia tələbinin dəqiqləşdirilməsi və tələbin artırılması” ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsində fərqli mövqe nümayiş etdirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə hökmündən göründüyü kimi İddiaçı 2014-cü ilin yanvar ayında Cavabdeh 7844 AZN pul vermişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Qeyd etmək lazımdır ki, mövcud mübahisə üzrə iddi müddəti bitmişdir. Aralarındakı razılaşmaya müvafiq olaraq isə 3 il müddət basa çatmışdır. Qeyd edir ki, iddia tərəfinin xx.xx.2024-cü il tarixli ərizəsində nümayəndə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair islər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına deyil, həmin qərarın 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarına istinad etmişdir. Lakin iddia tərəfinin istinad etdiyi Plenum qərarının geriyə qüvvəsi olmadığından obyektiv yanaşma deyil. Belə ki, ilk növbədə qeyd edir ki, məhkəməyə təqdim edilmiş, həm Xətai Rayon Məhkəməsinin hökmündə, həm Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qərarlarında, həm də ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair islər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına müvafiq olaraq, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmışdır. Yəni qeyd edilən cinayətlər (310,312-ci maddələr) AR Cinayət Məcəlləsinin xüsusi hissəsinin dövlət hakimiyyəti əleyhinə olan cinayətlər fəslində yer aldığından onun müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması istisna edilmişdir. Çünki həmin cinayətin obyekti dövlət, yerli özünüidarəetmə orqan və s.-nin nüfuzdan salınması, vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit şərait yaradılması, vətəndaşların qeyriqanuni davranışa vol vermələrinə əlverişli şəraitin yaradılmasıdır. Xətai Rayon Məhkəməsinin hökmündə, Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına istinad edilərək Cavabdeh əməlinə və A Hüseynovun cinayət prosesində hansı statusda iştirakına hüquqi qiymət verilmişdir. Hökmdən istinad: “Bununla da məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə İddiaçı Oulu oğlu zərərçəkmiş səxs qismində tanınmadığından və şahid statusunda olduğundan Qurbanov Eİçin Müzəffər oğlunun qardaşı X5 tərəfindən “zərərçəkmiş şəxsə vurulmuş maddi riyanın əvəzi kimi Xətai Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 7850 manat, CM-in 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfınə müsadirə edilməlidir. Yekunda isə məhkəmə, Xətai Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 7850 manat pulun hökm qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh qardaşı Cevhun Qurbanova qaytarılmasını hökm etmişdir. Həmçinin məhkəmə öz hökmündə İddiaçı zərərçəkmiş şəxs qismində tanımadığından, barışıq olmadığından CM-nin 73-1.2-ci maddəsinə əsasən vurulmuş zərərin ödənilməsi və təqsirləndirilən səxs Cavabdeh cinayət məsuliyyətindən arad olunması məsələsini istisna etmişdir. Məhkəmə hökmündə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli № 7 saylı qərarının 36- cı bəndinə istinad edərək “Şəxs, o cümlədən müvafıq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin İ78-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur. CM-in 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafıq qaydada həll edilir.” İddiaçı zərərçəkmiş şəxs qismində tanımamışdır. Göründüyü kimi İddiaçı istinad edilən cinavət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmış, bu barədə öncəki etirazda ətraflı münasibət bildirilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə fərqli münasibət bildirilməmiş, yalnız iddiaçının vəziyyətini əsassız və istinadsız yaxşılaşdırmağa yönəlik dəqiqləşdirmə təqdim edilmişdir. Qevd edir ki, bütün mübahisələr üzrə icraatlarda tərəflərdən birini əlverişsiz vəziyyətə salan, hüquqi vəziyyətini pisləşdirən icraatın aparılması qanunla qadağan edilir. (Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi) Əgər iddia tərəfinin istinad etdiyi Ali Məhkəmənin Plenumunun həmin qərarının 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarıdırsa, bununla bağlı bildirir ki, həmin qərar mövcud mübahisə üzrə iddia tərəfinin hüquqi vəziyyətini yaxşılaşdırıb, təmsil etdiyi cavabdehin hüquqi vəziyyətini ağırlaşdırdığından həmin qərarın qeyd edilən bəndinə istinad ümumən əsaslı ola bilməz. Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin istinad edilən həmin Plenum qərarının geriyə qüvvəsi yoxdur. Belə ki, Ali Məhkəmənin Plenumunun həmin qərarının 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 mav 2023-cü il tarixli 11/2023 saylı qərarının X bəndində “Konstitusiya Məhkəməsi Plenumunun 2022ci il 14 iyul tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət ” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib ”. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlərin əslində dələduzluğun üsulu olması qiyməti verilsə də, nəzərə almaq lazımdır ki, əslində Cavabdeh Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(011)- 310/2018 saylı hökmü ilə rüşvət verməyə təhrik etməyə görə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 saylı qərarına müvafiq olaraq məhkum edilmişdir. Hökm çıxarılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qəraraına istinad edilmişdir. Həmin Qərarın 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli qərar dərc edilənədək bu növ cinayət işləri üzrə mübahisələr (19 may 2023-cü il tarixədək) Ali Məhkəmənin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına uyğun həll edilirdi. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddia tərəfinin istinad etdiyi Ali Məhkəmənin həmin Plenum qərarının geriya qüvvəsi şamil olunmur. Həmin qərar dərc edildikdən sonra məhkəmələr tərəfindən fərqli yanaşmanın sərgilənməməsi üçün dərc edildiyi vaxtdan yaranan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)-310/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310,178.2.1,178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri) vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında idarə etdiyi **- XT-*** dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş və eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimıi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Hökmdən görünür ki, məhkəmə iclasında dindirilmiş Cavabdeh elan edilmiş ittihamda özünü təqsirli bilməməklə yanaşı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2014-cü ilin yanvar ayından tanımaqla ilk tanışlığı İstanbul şəhərində olmuşdur. Ürəyində olan problemlə bağlı yeznəsi Müsənniflə müayinə olunmaq üçün İstanbula getmiş və hava limanında onları o vaxta kimi tanımadığı İddiaçı qarşılamış, İstanbulda olduğu vaxt Amidlə söhbət zamanı sonuncu atasının yol-nəqliyyat hadisəsi törətdiyindən 07 il müddətə azadlıqdan məhrum edildiyini bildirmiş, Bakıya qayıtdıqda, Amid hüquqi yardım göstərilməsi üçün ərizə yazmasını xahiş etdiyindən, Müsənnifdən ərizə formasını götürüb Amid üçün ərizə yazıb əfv komissiyasına göndərməsi üçün Amidə vermiş, Amidin atasının azadlığa buraxılmasına vəd verməmiş, söhbət əsnasında ona prokurorluqda işlədiyini bildirmiş, lakin Amidə özünü Bakı şəhər prokurorluğunun polis orqanlarının istintaqa nəzarət şöbəsinin rəisi kimi təqdim etməmişdir. “Skype“’ proqramı ilə danışmaqlarına əsas səbəb evində gedən təmir işləri olmuş, Amid atasının ağır xəstə olduğunu, özünün Türkiyədə olduğundan getməyə imkanı olmadığını deyərək atasına baş çəkməyini xahiş etdiyindən, onun atası Qulu Hüseynovla 6 saylı cəzaçəkmə müəssisəsinin giriş hissəsində vəkil otağında bir dəfə görüşmüş, atasının işinin məhkəmədə yenidən baxılması üçün müddətin bərpa edilməsi üçün vəkildən hüquqi yardım almaq üçün Amidlə birlikdə təxminən 2014-cü ilin oktyabr- noyabr aylarında vəkil tanışı Əlimərdanla görüşmüş, lakin vəkil prosesin uzun və çox qəliz olmasını deyib yardım etməkdən imtina etmişdir. Bu işlə bağlı İddiaçı ona hər hansı məbləğdə pul verməmişdir. Ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, əvvəllər heç bir cinayət törətmədiyini, ailəli olmasını, ailəsinin tək dolandıran şəxs olmasını, 1993-cü ildən prokurorluq orqanında heç bir nizam-intizamı pozmadan işlədiyini və ona qarşı irəli sürülən ittihamın qərəzli olmasını nəzərə alaraq, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən görünür ki, məhkəmə iclasında dindirilmiş şahid İddiaçı ifadəsində bildirmişdir ki, 2012-ci ildə atası Qulu Hüseynov yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində cinayət işi başlanılmış, tanışı Müsənnif kömək edəcəyini desə de atası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ile 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu zaman Müsennifə iradını bildirdikdə sonuncu “gərək atan bir az cəzaçəkmə müəssisəsində qalsın ondan sonra çıxsın" demişdir. Bundan sonra İstanbul şəhərinə getmiş, İstanbulda olarkən atasının işi ilə maraqlanmaq üçün tez-tez Müsənniflə “skype" proqramı vasitəsilə görüntülü əlaqə saxlamış və sonuncu atasının məsələsini prokuror işləyən qaynı Elçin vasitəsilə həll edəcəyini demişdir. 2014-cü ildə Müsənnif qaynı Elçinlə birlikdə İstanbula gəlmiş və İstanbula gəlmələrinin səbəbi kimi ona sırf atasının işi ilə bağlı olmasını bildirmişlər. Söhbət zamanı Elçin özünü Bakı şəhər prokurorluğunun polisə nəzarət şöbəsinin rəisi kimi təqdim etmiş, Elçin qayıtdıqdan sonra tez-tez “skype” vasitəsilə əlaqə saxlamış, danışıqlar vaxtı Elçin məsələnin həlli uçun cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşəcəyini, ancaq onunla görüşməmişdən əvvəl pul verilməsinin vacib olduğunu demişdir. Təxminən 2014-cü ildə Bakıya qayıdıb Elçinlə görüşüb adını xatırlamadığı Elçinin tanışı olan vəkilin yanına gedib atasının işi ilə bağlı danışmışlar. Vəkillə aralarında pul danışığı ümumiyyətlə olmamış və sağollaşaraq Elçinlə birlikdə “Ukrayna dairəsi" adlanan yerin yaxınlığındakı restorana gemişlər. Yolda Elçin işin həlli üçün bəzi rüsumların ödənilməsinin vacib oduğunu və 10.000 ABŞ dollarına başa gələcəyini demiş, Elçinə inandığından İstanbuldan özünə gətirdiyi 10.000 ABŞ dollarını avtomobildə ona vermişdir. Restoranda olarkən, Elçin atasının işin həlli üçün ona etibarnamə verməli olduğunu dediyindən, həmin günün səhəri onunla əlaqə saxlayıb notariusa gedib etibarnamə vermiş, etibarnamə verəndən bir neçə gün sonra Elçin ona atası barədə hökmün surətini Hökümət evində əfv komisiyasında işləyən Adil adlı dostuna təqdim etməyi tapşırmış, deyilən yerdə Adil ilə görüşüb hökmün surətini vermiş və sonuncu ilə aralarında pul söhbəti olmamışdır. Adil hökmün surətini götürüb Elçinlə danışacağını demiş, Elçin atasının əfv olunan şəxslərin siyahısına düşəcəyini bildirmişdir. Bir müddət sonra İstanbula qayıtmış və Elçinlə “skype” vasitəsiilə əlaqə saxlayıb atasının işi ilə maraqlanmışdır. Danışıq zamanı Elçin işlə bağı cəzaçəkmə müəssisəsinə gedərək atası ilə görüşəcəyini demiş, telefonla danışarkən atası Elinin onun yanına gəldiyini bildirmişdir. Pulu Elçinə verməmişdən əvvəl sonuncu atasının cəzasının 1/3 hissəsini çəkdikdən sonra azad ediləcəyini desə də, bir müddət sonra isə atasının cəzasının yarısının çəkdikdən sonra azad ediləcəyini deyib. Ombudsmana ərizə ünvanlamaq lazım olduğunu bildirmiş və anası Gülüzənin adından Ombudsmana 5 dekabr 2016-cı il tarixli ərizə ünvanlamışdır. Həmin ərizədə olan imza anası tərəfindən deyil, Elçinin özü tərəfindən çəkilmiş və ərizədə Elçinin mobil telefon nömrəsi yazılmışdır. 2017-ciilin avqust ayından atasının azadlığa buraxılacağını Elçin ona əminliklə bildirdiyindən, Müsənnifin qızı Aydanla toy etmək məqsədiilə Bakıya qayıtmış, Bakıda olarkən Elçinlə söhbət zamanı məlum olmuşdur ki, Aydan başqa şəxslə evlənmış, Müsənnif isə başqa şəxslərə dələduzluq etdiyinə görə həbs olunmuş, həmin vaxt Elçinin ondan işin həlli üçün bəzi rüsumların ödənilməsinə görə ondan aldığı pulu tələb etdikdə sonuncu vaxt istəmiş, aralarında olan münasibətə görə həmin vaxt şikayət etməmidir. 2017-ci ilin oktyabr-noyabr aylarında Müsənnif həbsdən azad olsunsa da, heç nə dəyişməmiş, Elçin isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmiş, sonradan sözlərinə əməl etmədiklərinə görə şiakyət etmiş, arasının işinin həlli üçün Elçinə verdiyi pullar qaytarılmamışdır. İş materiallarından görünür ki, məhkum Cavabdeh qardaşı Ceyhun Qurbanov CM-nin 73-1.2-ci maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi üçün öz vəsait hesabına ibtidai istintaq tərəfindən hesab etdiyi ziyanı tamamilə ödəmək və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmək məqsədi ilə 13 sentyabr 2018-ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulu İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Məhkəmənin hökmü ilə Cavabdeh qardaşı X5 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1574/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Cavabdeh barəsində xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)1079/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarından məhkum Cavabdeh müdafiəçisi X4 ilə birlikdə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayətin əlavə qismən təmin edilmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh qardaşı X5 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 147 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312- ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları və bundan əvvəl çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmiş xüsusatları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bundan əvvəl olmuş məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun atası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında idarə etdiyi **-XT-*** dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etme yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş ve eyni zamanda özbaşına özünü vəzifəli şəxs kımı təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Nəticə olaraq Qurbanov X1 Respublikasının Cinayət Məcəlləsinin 310,178.2.1,178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdən göründüyü kimi, cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə iddiaçının xeyli miqdarda əmlakını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıb-tanınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Çünki məhkəmənin hazırki iddia tələbi üzrə müəyyən etməli olduğu hal cavabdehin iddiaçıya məxsus pul vəsaitini ələ keçirib-keçirməməsidir. Azərbaycan Respublikası CPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Cavabdeh 10 000 ABŞ dollarını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır, cavabdeh məhz buna görə də məhkum olunmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının zərəçəkmiş şəxs qismində tanınmamasını və şahid qismində dindirilməsi barədə dəlilinə münasibət olaraq bildirir ki, Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CMnin 29,312- ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. AR Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeyd hissəsinə əsasən rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdə qeyd edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarın 6-cı bəndindən görünür ki, İddiaçı barəsində cinayət təqibinə AR CM-nin 312.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən İddiaçı zərəçəkmiş şəxs qismində tanınması istisna edilmiş, habelə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər). Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh həmçinin AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının 10 000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il qərarında göstərilmişdir ki, bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CMnin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. İş materiallarından olan Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarından görünür ki, Cavabdeh qardaşı X5 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Beləliklə, Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının göstərişlərinə uyğun olaraq hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş olan və hazırda tələb edilən pul vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmadığından, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb edilmədiyindən o, hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibət olaraq bildirir ki, hazırkı iddianın əsasını cavabdehin hüquqzidd əməlləri nəticəsində iddiaçıya dəymiş ziyan təşkil edir. Belə olduğu təqdirdə iddia müddəti ilə bağlı məsələ AR Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 2500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması” na dair hissəsini əsaslı hesab etmir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 10 000 ABŞ dolları məbləğində pul vəsaiti verilən zaman tərəflərin razılığı və ya hər hansı digər əsaslarla həmin pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Çünki iddiaçı həmin pul vəsaitini cavabdehə verən zaman pulun nə vaxtsa qaytarılmasını yox, onun müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləmişdir. Məhkəmə cavabdehdən 10 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırır ki, iddiaçı tərəfindən cavabdehə verilən 10 000 ABŞ dolları vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmamış, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb olunmamış, habelə cavabdeh həmin pulu ələ keçirməklə, iddiaçıya ziyan vurmuşdur. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddia tələblərinin “2000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır Belə ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələblərinin “320 manat məbləğində vəkilə ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, mülki işin materialları ilə iddiaçı tərəfindən vəkilə hüquqi xidmətlərin göstərilməsinə ödəniş edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (10 000 ABŞ dolları = 17 000 manat) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 000 (on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4895/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4895/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver