Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4939/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada 270 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C180” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5131647 İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Qüsur aktından görünür ki, “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulımuş maddi zərər 270 manat təşkil edir. Bununla əlaqədar, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə PXA115735/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkmə dəymiş zərərə görə 270 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC seriyalı, 664373 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, **-UX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180 minik” markalı nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarında olan AC seriyalı, 664373 nömrəli, xx.xx.2016-cı il tarixli Şəhadətnamədən görünür ki, “Mercedes Benz C180 minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi X3 tərəfindən Etibarnamə əsasında Cavabdeh istifadəsinə təhvil verilmişdir. İş materiallarında olan AD seriyalı, 369818 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Mercedes Benz B180 minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan İXP ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri DYP idarəsi tərəfindən tərtib edilmiş İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 18:30-da “Mercedes Benz C180” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2022-ci il tarixli Elektron Qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində, saat 18:30-da, Ziya Bünyadov ərazisində “Mercedes Benz C180 minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi idarə edərkən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA********** nömrəli, xx.xx.2022-ci il tarixli Standart müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Mercedes Benz C180” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi X1 məsuliyyəti icbari sığorta növü üzrə sığortalanmışdır. İş materiallarında olan PXA115735 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C180” markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 270 manat zərər dəymişdir, zərərçəkənə dəymiş zərər üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 270 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixində 419841******6998 nömrəli Kart hesabına 270 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2386 nömrəli “Qiymətləndirmə Aktı”nın surətindən görünür ki, “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği armatur işi (sol qapı güzgüsünün sökülüb yığılması) – 20 manat və sol qapı güzgüsünün gövdəsi - 250 manat olmaqla, toplam 270 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-1777 saylı Xəbərdarlıq məktubu ünvanlanaraq, ondan ödənilmiş əvəz miqdarında cəmi 270 manat zərər məbləğini məktubu aldıqdan 7 iş günü ərzində "xxxx" ASC-nin ofisinə və ya məktubda göstərilən hesaba köçürmə formasında ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********72 saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Mercedes Benz C180” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində PXA********** saylı İcbari Sığorta Müqaviləsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh idarə etdiyi “Mercedes Benz C180” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz B180” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 manat dəyərində zərər dəymişdir, sığortaçı – iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmişə 270 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, avtomobil sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" AR Qanunun 63.1-ci maddəsinə əsasən,həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsindəsığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 270 manat pul vəsaiti Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edildiyindən, lakin Cavabdeh dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 270 (iki yüz yetmiş) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4939/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4939/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver