Məhkəmə qərarları › İş №e-2(011)-5002/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5002/2025

30.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5002/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı MMC-nin Cavabdeh qarşı səhvən hesaba ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı səhvən hesaba ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 705 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin işdən ayrılması zamanı onun həmin vaxtadək yaranmış bütün ödənişləri qanunvericiliyə əsasən həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə müəssisədə çalışan əməkdaşların əmək haqqlarının ödənilməsi üçün aparılan əməliyyat zamanı texniki xətaya yol verilmiş, başqa əməkdaşa ödənilməli olan 705 manat səhvən cavabdehin hesabına ödənilmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesaba dair arayışdan görünür ki, əmək müqaviləsinə xitam verilərkən Cavabdeh 363,47 manat son haqq-hesab ödənilmişdir. "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 705 manat ödənilmişdir. Səhv ödənişin geri qaytarılması tələbinə dair bildirişdən görünür ki, Cavabdeh hesabına səhvən ödənilmiş 705 manat məbləğin geri qaytarılması xahiş edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmənin mövqeyi: İş materialları ilə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu zaman iddiaçı tərəfindən son haqq-hesab hesablanaraq cavabdehə ödənilmişdir. xx.xx.2025-ci il tarixində isə texniki səhv nəticəsində İddiaçı MMC tərəfindən işçisi olmayan Cavabdeh hesabına 705 manat ödənilmişdir. İddiaçı cavabdehdən həmin məbləğin geri qaytarılmasını tələb etsə də, məbləğ geri qaytarılmamışdı. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin hesabına 705 manat məbləğində əsassız varlandığı təsdiq olunduğundan iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 705 manat və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar