Məhkəmə qərarları › İş №e-2(011)-5013/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5013/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5013/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21074” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 461 manat (dörd yüz altmış bir manat), bu iddianın qaldırılması üçün ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun və 0,40 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Saipa 132 SE” markalı ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. 101599 nömrəli sığorta aktından və İSB-dən (İcbari Sığorta Bürosu) çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Saipa 132 SE” markalı ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata manat, hadisə zamanı “VAZ 21074” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 461 manat (dörd yüz altmış bir manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21074” markalı ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən 461 manat (dörd yüz altmış bir manat) sığorta ödənişini nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 həyat yoldaşı X1 hesabına ödəmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Belə ki, cavabdehin barəsində İXM-nin 327.1 və 327.6-cı maddələri ilə protokol tərtib olunmuşdur. Həmçinin, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh sığorta hadisəsi baş verdikdən sonra hadisə yerindən çıxıb getmiş, onun şəxsiyyəti və yerinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırıqları verilmiş, lakin materialın icra müddəti bitənədək müsbət nəticə əldə etmək mümkün olmamışdır. Habelə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Baxılan halda işdə olan bütün sənədlərlə cavabdehin hadisə yerindən yayınaraq axtarışda olması beləliklə inzibati xəta törətməsi halı təsdiq olunur. Sabunçu RM-nin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə pretenziya məktubu, həmçinin zərərin qiymətləndirilməsi prosesində iştirak etməsi üçün qeydiyyat ünvanına dəvət məktubu göndərilmişdir. Lakin bu günə qədər ödənişi etməmişdir. 461 manat (dörd yüz altmış bir manat) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 018585 saylı İddiaçı Sığorta Şirkət ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Saipa 132 SE” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və dəymiş zərər 461 manat təşkil etmişdir. İş materiallarında olan sığorta ödənişləri barədə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təsdiq edilmiş sənəddən görünür ki, X2 461 manat ödəniş edilmişdir. İş materiallarında olan arayışdan və inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində, saat 19:30-da “Saipa 132 SE” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1987-ci ildə Bakıda anadan olmuş, hazırda ünvan 2 ünvanında yaşayan, Cavabdeh tərəfindən AR İXM-nin 327.6., 327.1.-ci maddələrinin pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, “VAZ 21074” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “Saipa 132 SE” markalı, **-GO-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “VAZ 21074” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşması, bunun nəticəsində sonuncuya zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Saipa 132 SE” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21074” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və sığorta hadisəsi nəticəsində 461 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə təsdiq olunur. Bununla da, “Saipa 132 SE” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da cavabdeh X3 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 461 (dörd yüz altmış bir) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 491,40 (dörd yüz doxsan bir manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar