Məhkəmə qərarları › İş №e-2(011)-5016/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5016/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5016/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh 416973************8446 nömrəli bank kartı hesabına ayrı-ayrı tarixlərdə köçürülmüş, cəmi 8.060 manat məbləğində pul vəsaitinin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 100.60 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildiririk ki, Cavabdeh 2023-cü ilin sentyabr ayında İddiaçı müraciət edərək, İddiaçı təsis və rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul olmaq istədiyini bildirmişdir. İşə qəbulla bağlı Cavabdeh ilə müsahibə aparılmışdır. Müsahibə zamanı iş təklifi ilə yanaşı Cavabdeh reklam və marketinq sahəsində təcrübəyə malik olduğunu və "xxxx" MMC-nin media və sosial şəbəkə resurslarında cəmiyyətin göstərdiyi xidmətlər barədə reklam elanlarını yerləşdirməyi və cəmiyyəti xidmət göstərdiyi bazar seqmentində tanıtması üçün marketinqin aparılmasını təklif etmişdir. Müsahibə zamanı Cavabdeh peşəkar və işgüzar olması ilə bağlı görünüş yaratmaqla İddiaçı etimadını qazanmağa müvəffəq olmuşdur. İşə qəbul olunması ilə bağlı müraciət etməsinə baxmayaraq Cavabdeh ilə "xxxx" MMC arasında əmək müqaviləsi (kontraktı), eləcə də, Cavabdeh tərəfindən təklif edilən reklam və ya marketinq xidmətlərinin göstərilməsinə dair onunla İddiaçı arasında xidmət müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq, Cavabdeh özünü məsuliyyətli, işgüzar, təcrübəli peşəkar şəxs kimi təqdim edərək, İddiaçı etimadını qazanmaq üçün "xxxx" MMC ilə xidmət müqaviləsi bağlamadan reklam və marketinq işlərini təmənnasız göstərməyi təklif etmiş, lakin sözügedən işlərin görülməsi üçün yalnız media və sosial şəbəkə platformalarında reklama görə ödəniləcək zəruri xərclərin qarşılanmasını İddiaçı xahiş etmişdir. Lakin verilən vədlərdən başqa heç bir iş görülməmişdir. Göründüyü kimi, Cavabdeh əsl məqsədi ona göstərilən etimaddan sui-istifadə etmək, sözügedən işləri (xidmətləri) görmək adı ilə ona həmin xidmətlərə görə xərclərin qarşılanması üçün ödənilən pul vəsaitlərini mənimsəmək olmuşdur. Cavabdeh hər dəfə işlərin görülməsi barədə görünüş yaradaraq saxta və həqiqətə uyğun olmayan məlumatları təqdim etmiş, bu cür aldatma yolu ilə İddiaçı ayrı-ayrı tarixlərdə müxtəlif pul məbləğlərini almışdır. Cavabdeh ödənilən pul məbləğləri İddiaçı şəxsi vəsaiti olmuşdur. İddiaçı Cavabdeh səmimiliyinə inanaraq müxtəlif vaxtlarda “BirBank” mobil əlavəsi vasitəsilə özünə məxsus bank kartından (card-to-card), eləcə də, “E-manat” (MPAY) ödəniş terminalları vasitəsilə Cavabdeh bank kartı hesabına (kart nömrəsi: 416973************8446) ayrı-ayrı tarixlərdə ümumilikdə cəmi 8.060 manat pul vəsaiti köçürmüşdür. Belə ki, Cavabdeh bank kartı hesabına aşağıdakı tarixlərdə və məbləğlərdə pul vəsaitləri köçürülmüşdür: a) 500 manat xx.xx.2023-cü il tarixdə saat 21:08-da (qəbz: 13392; əməliyyat nömrəsi: **********; terminal-5637 MPAY); b) 450 manat xx.xx.2023-cü il tarixdə saat 21:03-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); c) 1.000 manat xx.xx.2023-cü il tarixdə saat 17:37-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); d) 500 manat xx.xx.2023-cü il tarixdə saat 18:06-da (qəbz: 15426; əməliyyat nömrəsi: **********; terminal-5638 MPAY); e) 650 manat xx.xx.2023-cü il tarixdə saat 00:33-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); f) 160 manat xx.xx.2023-cü il tarixdə saat 23:09-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); g) 700 manat xx.xx.2023-cü il tarixdə saat 23:31-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); h) 300 manat xx.xx.2023-cü il tarixdə saat 23:00-d0 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); i) 300 manat xx.xx.2023-cü il tarixdə saat 20:28-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); j) 200 manat xx.xx.2023-cü il tarixdə saat 16:15-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); k) 1.400 manat xx.xx.2023-cü il tarixdə saat 23:44-də 416973************8446 kart hesabına BirBank mobil əlavəsi vasitəsilə kartdan karta (card-to-card) köçürmə (elektron qəbzin nömrəsi: 5********); l) 900 manat xx.xx.2023-cü il tarixdə saat 23:37-da (qəbz: 18329; əməliyyat nömrəsi: **********; terminal-3157 MPAY); m) 1.000 manat xx.xx.2024-cü il tarixdə saat 17:56-da (qəbz: 2530; əməliyyat nömrəsi: **********8; terminal-5638 MPAY). Həmin pul məbləğlərinin geri qaytarılması ilə bağlı İddiaçı tərəfindən cavadehə ünvanlanmış şifahi müraciətlər nəticə verməmişdir. Cavabdeh reklam və marketinq işlərini görmək adı ilə İddiaçı aldığı cəmi 8.060 manat pulun geri qaytarmamaqla əsassız varlanmışdır. Yəni Cavabdeh aldatma yolu ilə İddiaçı aldığı 8.060 manat məbləğində puldan faydalanmış, iddiaçı isə öz pulundan faydalanmaq imkanından məhrum edilməklə zərər çəkmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh tərəfindən aldadılma nəticəsində əmlakından və həmin əmlakın dövriyyəsindən əldə edəcəyi gəlirdən də məhrum olmaqla (əldən çıxmış fayda) maddi zərərə məruz qalmışdır. Əsas məbləğ 8.060 manat pul vəsaitindən başqa zərərlə bağlı dəymiş itkilər də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçı onu şirkətinin reklam və elan yerləşdirmək üçün işə qəbul etmiş, onlar arasında rəsmi əmək müqaviləsi bağlanmamışdır. İddiaçı müxtəlif vaxtlarda ona işlə bağlı tapşırıqlar vermiş, o da həmin tapşırıqları icra etmişdir. İddiaçının iddiada göstərdiyi vəsaitin bir hissəsi ona məhz tapşırılan işlərin görülməsi üçün, digər hissəsi isə onun özünə hədiyyə olaraq təqdim edilmişdir. Odur ki, cavabdeh hazırkı iddianı əsassız sayaraq hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC-yə rəhbərlik edir. Cavabdeh həmin hüquq firmasının media və sosial şəbəkə resurslarında cəmiyyətin göstərdiyi xidmətlər barədə reklam elanlarını yerləşdirmək və cəmiyyəti tanıtmaqla bağlı iddiaçı ilə razılığa gəlmişdir. Tərəflər arasında rəsmi müqavilə bağlanmamış, razılaşma şifahi olmuşdur. İş materiallarında mövcud olan tərəflər arasında “whatsApp” sosial şəbəskəsində baş tutmuş yazışmalardan görünür ki, iddiaçı cavabdehin xəstə olması səbəbindən ona müəyyən vəsaitlər göndərmişdir. Daha sonra yazışmalardan görünür ki, iddiaçı cavabdehə 2023-cü ilin sentyabrın 21-də mesaj yazaraq növbəti həftədən işdə olacağı ilə bağlı məlumat vermişdir. Cavabdeh özünə bu müddət ərzində maaşın yazılıb-yazılmadığını dəqiqləşdirmiş, iddiaçı da ona bildirmişdir ki, bu tarixə qədər ona maaş yazılıb və bundna sonra cavabdeh maaşının 15 günlük hissəsinin ona ödənilməsini xahiş etmişdir. İddiaçı imtina etməmiş, cavabdehdən bank hesabının nömrəsini istəmişdir. İstinad olunan tarixdə iddiaçı cavabdehə 500 manat pul ödəmişdir. Daha sonra cavabdeh anasının xəstə olduğu barədə məlumatları iddiaçıya bildirmişdir. 27 sentyabr 2023-cü il tarixdə iddiaçı cavabdehdən işə nə vaxt çıxa biləcəyi ilə bağlı məlumat almış, sonuncu da ona nə vaxt tələb olunarsa işə çıxa biləcəyini bildirmişdir. Həmin günə aid yazışmalardan görünür ki, iddiaçı cavabdehdən proqramistin işə nə vaxt başlaması, proqramların ödənişli olubolmaması ilə bağlı məlumatlar almış və bu vəclə cavabdehə 450 manat vəsait ödəmişdir. Daha sonra yazışmalardan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə iddiaçı cavabdehin hesabına 1.000 manat vəsait ödəmişdir. Yazışmadan müəyyən edilir ki, həmin məbləğin 500 manatı maaş olaraq, qalan 500 manatı isə cavabdehin əziyyət çəkməməsi üçün ödənilmişdir. Oktyabr ayına aid yazışmalardan görünür ki, tərəflər mütəmadi olaraq yazışmış, yazışmalar hal-əhval tutmaq xarakterli olmuşdur. 05 oktyabr 2023-cü il tarixli yazışmadan görünür ki, cavabdeh iddiaçıdan borc olaraq 100 manat vəsait istəmiş, iddiaçı isə 500 manat vəsait göndərmişdir və hər hansı bir çətinliyi olduğu zaman “Tağı Bank”a müraciət edə biləcəyi ilə bağlı məlumat vermişdir. 12 oktyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh proqramistə ödəniləcək 150 manat pulun olduğunu bildirib, iddiaçı da ona 650 manat vəsait göndərərək həmin vəsaitin 150 manatının proqramist üçün, qalan 500 manatının isə cavabdehin özü üçün olduğunu bildirir. 12 oktyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, iddiaçı işlərin görülməsi üçün cavabdehə planşet alınmasını həvalə edir, sonuncu da tapdığı modelləri iddiaçı ilə bölüşür. Planşetin qiyməti 850 manat təşkil edir. Daha sonra 16 oktyabr 2023-cü il tarixdə cavabdeh iddiaçıya problemlərinin olduğunu bildirir, iddiaçı da onun hesabına 160 manat vəsait köçürür. Cavabdeh bildirir ki, bu vəsaitin ödənilməsinə ehtiyac yox idi, o, bu vəsaiti lombarddan götürəcəkdi. Təqdim edilmiş səs yazısından görünür ki, iddiaçı cavabdehə hər hansı lombarda müraciət etməməsini, nə zaman lazım olarsa ona müraciət edə biləcəyini bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə iddiaçı cavabdehin hesabına 200 manat vəsait göndərir. İddiaçı cavabdehin sıxıntıda olduğunu bildiyini, daha çox vəsait lazım olduğu təqdirdə ona müraciət edə biləcəyini demişdir. Daha sonra 24 oktyabr 2023-cü il tarixli yazışmadan görünür ki, iddiaçı cavabdehə 300 manat vəsait ödəmişdir. Eyni tarixli yazışmadan görünür ki, cavabdeh ona yol-nəqliyyat hadisəsini törətdiyini bildirmiş, bundan sonra da iddiaçı ona 300 manat vəsait göndərmişdir. Vəsaitin cavabdehin “lazım deyidli” mesajına cavab olaraq iddiaçı ona “sənə qurbandı, yenə lazım olsa yaz” demişdir. 25 oktyabr 2023-cü il tarixli yazışmadan görünür ki, iddiaçı cavabdehə 400 manat vəsait ödəmişdir. Cavabdehin “Tağı müəllim, etməyin xahiş edirəm” yazısına cavab olaraq iddiaçı “narahat olma, problem yoxdur, hər mövzuda kömək etməyə hazıram” demişdir. Eyni tarixli yazışmada cavabdeh iddiaçıya avtomobilin düzəldilməsi üçün ona 1.300 manat lazım olduğunu demiş, iddiaçı isə 1.300 manat vəsaiti cavabdehin hesabına ödəyərək “istəmirəm nəyəsə fikir edəsən, sənin üzünün gülməsini istəyirəm” demişdir. Daha sonra eyni tarixdə avtomobilin təmirindən əlavə də 700 manat pulu cavabdehin hesabına keçirmiş və “sən dünyanın ən yaxşı şeylərinə layiqsən” yazmışdır. 28 oktyabr 2023-cü il tarixli yazışmadan görünür ki, iddiaçı cavabdehə 500 manat vəsait göndərmişdir. 05 noyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan 100 manat borc istəmiş, əvəzində iddiaçı 300 manat vəsait göndərmişdir. 06 noyabr 2023-cü il tarixdə iddiaçı cavabdehə müalicə pulu olaraq 200 manat vəsait göndərmiş və bildirmişdir ki, “özünü sıxıntıya salma, nəsə lazım olan kimi mənə denən”. 10 noyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçı üçün aldığı planşeti tanışı vasitəsilə iddiaçıya geri qaytarmışdır. 20 noyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçıya əməliyyat olunacağı ilə bağlı məlumat verir və bunun üçün ona 1.400 manat lazım olduğunu bildirir. 21 noyabr 2023-cü il tarixli yazışmalardan görünür ki, iddiaçı cavabdehə 1.400 manat vəsait göndərmiş, cavabdeh pulu geri qaytarmaq istəyəndə iddiaçı buna etiraz etmiş və pulu qəbul etməmişdir. 01 dekabr 2023-cü il tarixli yazışmalardan görünür ki, iddiaçı cavabdehə 900 manat vəsait ödəmişdir. 03 yanvar 2024-cü il tarixli yazışmalardan görünür ki, iddiaçı cavabdehə 1.000 manat vəsait göndərmişdir. Həmin yazışmalardan görünür ki, iddiaçı cavabdehdən evinin pulunun və kredit ödənişinin nə qədər olduğunu soruşur, cavabdeh isə evin kirayə haqqının 380 manat, kreditinin isə 450 manat olduğunu bildirir. Daha sonra yazışmalardan və səs yazısından görünür ki, ilkin vaxtlarda cavabdeh mütəmadi olaraq iddiaçıdan nə vaxt işə çıxa biləcəyini soruşmuş, iddiaçının təklifinə görə başqa iş təklifindən imtina etdiyini və işə başlamaq istədiyini bildirmişdir. İddiaçı hər dəfə müxtəlif vaxtlar bildirərək “bu vaxtdan işə çıxa bilərsən” deyə məlumat vermişdir. Təqdim edilmiş son dövrə aid yazışmalardan görünür ki, iddiaçı cavabdehdən nə vaxt işə çıxa biləcəyi ilə bağlı məlumatlar aldıqda cavabdeh ya xəstə olduğunu, ya avtomobilinin nasaz olduğunu yada digər bəhanələr gətirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəməyə sübut olaraq təqdim edilmiş yazışmalardan və cavabdehin verdiyi ifadələrdən müəyyən olunur ki, iddiaçı cavabdehə özü könüllü şəkildə müxtəlif vaxtlarda cavabdehin problemlərinin həlli üçün və hər hansı səbəb olmadan ödənişlər etmişdir. Məhkəmə istinad olunan hala iddiaçının cavabdehə pulları hədiyyə qismində təqdim etdiyi qənaətinə gəlir. Daha sonra araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının işlərinin görülməsi üçün ona planşet almış və daha sonra bu planşeti iddiaçıya geri qaytarmışdır. Eyni zamanda cavabdeh iddiaçının ödədiyi vəsaitlərdən proqramist üçün də 150 manat pul ödəmişdir. İddiaçı iddiasında cavabdehə tələb etdiyi məbləğlərin işin görülməsi üçün və əmək haqqı olaraq ödədiyini qeyd etsə də iş materiallarında tərəflərin əmək haqqı olaraq hansı məbləğə razılaşmaları, cavabdehə konkret olaraq hansı işin görülməsi üçün hansı vəsaitin ödənilməsi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının cavabdehə ödədiyi vəsaitin əvəzli şəkildə və ya hər hansı şərtlə verilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı cavabdehin onun ödədiyi vəsait hesabına əsassız varlandığını və bu səbəbdən özünün ziyan çəkdiyini qeyd etsə də bu halları sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100.60 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100.60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - İddiaçı tərəfindən Cavabdeh 416973************8446 nömrəli bank kartı hesabına ayrı-ayrı tarixlərdə köçürülmüş, cəmi 8.060 manat məbləğində pul vəsaitinin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 100.60 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar