Məhkəmə qərarları › İş №e-2(011)-5056/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5056/2025

18.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5056/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygüv Tərlan qızının katibliyi, Cavabdeh2, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pul tələbinə dair ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı borcun qaytarılması qarşılıqlı iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair bağlanmış ******* nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 50000 manat vəsaitin və Cavabdeh2 62000 manat, cavabdehlərdən müştərək qaydada vəkilə ödənilən 520 manat vəsaitin və 402 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, 1 ədəd Samovar qədimi 18 əsrin hədiyyəsi 3litr, 1 ədəd Samovar qədimi 18 əsrin sonunun hədiyyəsi, 3 ədəd Su mis Kuvşin 1.5 litr qədim 18-19 əsr, 6 ədəd Su mis kuvşin 1 litr 18-19 əsr, 6 ədəd qədim fincan gümüş 18-19 əsr, 6 ədəd Mis qazanlar böyük 10 l18-19 əsr, 2 ədəd qızıl çay qaşığı 18-19 əsr, 24 ədəd Gümüş qaşıqlar dəsti qədim 18-19 əsr, 24 ədəd Gümüş qədim bıçaqlar 18-19 əsr, 24 ədəd Gümüş nəlbəki qədimi 18-19 əsr, 4 ədəd Nerjoveyka qazanlar komplekti, 6 ədəd Aliminium qazanlar, 1 ədəd Termos nerjoveyka 3 litr, 1 ədəd Termos nerjaveyka 1 litr, 3 ədəd qədim 18 əsrə aid xalça 2x2, 2 ədəd qədim 19 əsrə aid xalça 1.5x2, 4 ədəd xalça Türkiyə 3x5 1990-cı il, 3 ədəd xalça İran 3x5 1990-cı il, 60 ədəd armudu stəkan, 60 ədəd nəlbəki, 60 ədəd xrustalstəkan, 8 ədəd fincan mis 1 litr 18-19 əsr, 4 ədəd servis 24-lük Almaniya 1990, 2 ədəd cehiz obedn 12-lik Almaniya 1990, 2 ədəd servis cehizçaynı 6-lıq Almaniya 1990, 2 ədəd madonna servis komplekti 12 dəst 1985, 4 ədəd Karacanın qazan dəsti, 4 ədəd xörək qaşıqları komplekt 6-lıq, 4 ədəd çay qaşıqları komplekt 6-lıq, 4 ədəd bıçaqlar komplekt 6-lıq, 1 ədəd köhnə qədimi rus qəpikləri 5/10/20 1 litrlik banka, 1 ədəd antik əşyalar, 6 ədəd dəsmal dəsti, 6 ədəd çexol dəsti, 6 ədəd pakrıvallar, 6 ədəd adyallar, 1 ədəd plaş, 2 ədəd jaket, 1 ədəd anasının böyük çanta içində paltarları, 12 ədəd yadigar stolüstü hədiyyələr, 3 ədəd qızıl saat, 1 ədəd suvenir, 6 ədəd qələm komplekti, 6 ədəd atasının bahalı hədiyyələri, 1 ədəd mətbəx mebeliaspiratorlu, 1 ədəd mətbəx şkafı, 1 ədəd qab-qazan yığılan mebel otağı, 1 ədəd qaz plitəsi əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilini satmaq üçün X4 etibarnamə vermiş və mənzili 120000 manata satılması üçün onun qarşısında şərt qoymuşdur. Cavabdeh1 bu təkliflə razılaşmış və nəticədə İddiaçı evin satışını həyata keçirmək məqsədilə 6 ay müddətinə Cavabdeh1 21 mart 2024-cü il tarixli etibarnamə vermişdir. Şərur Rayon 2 saylı Notariat Ofisindən vəkil sorğusu ilə əldə etdikləri məlumatlardan aydın olur ki, etibar edilən Cavabdeh1 iddiaçını məlumatlandırmadan 27 mart 2024-cü il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən mənzili qardaşı Cavabdeh2 50000 manata satmışdır. Cavabdeh1un nə üçün 130000 (yüz iyirmi) manata satılması tapşırılmış mənzili 50000 manata qardaşının adına alqı-satqı yolu ilə keçirməsi onlara məlum deyil. Şərur Rayon 2 saylı Notariat Ofisinin təqdim etdiyi sənədlərdən aydın olur ki, Cavabdeh2 da sözügedən mənzili 03 aprel 2025-ci il tarixli Daşınmaz əmlakın alğı-satqımüqaviləsi ilə üçüncü şəxs X13 112000 manata satmışdır. Etibar edilən Cavabdeh1 evin içindəki əşyaları götürmüşdür. Cavabdeh1 və digər Cavabdeh2 qardaşdırlar. Onlar bilərəkdən ilkin olaraq mənzili 50000 manata özgəninkiləşdirmişlər ki, gələcəkdə mənzilin dəyəri tələb edildikdə mənzilin dəyərinin cüzi hissəsini təşkil edən bu məbləği veməklə əsassız gəlir əldə etsinlər. İddiaçı mənzilinin ondan xəbərsiz 112000 manata satılmasına razı olmasa da, cavabdehlər həmin mənzilin satışından əldə edilmiş 112000 manat vəsaiti belə bu günə qədər ona təqdim etməmişlər. ünvan 2 ünvanında yerləşən mənzilin satışından əldə edilmiş 112000 manat vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli və mənzildəki əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, tikinti işi ilə məşğul olan bir sahibkar kimi keçirilən tenderdə iştirakı ilə əlaqədar 50000 manat vəsaitə ehtiyacı olur və həmyerlisi və vaxtı ilə işçisi olan Cavabdeh1 müraciət edərək 6 ay müddətində 50000 manat borc istəyir. Bəxtiyar onda vəsait olmadığını, qardaşından alıb verə biləcəyini və qardaşının həmin vəsaiti aylıq 5 faizlə verdiyini bildirmişdir. İddiaçı vəsaitin cavabdeh Bəxtiyara məxsus olduğunu, lakin, faizi almaq bəhanəsi ilə qardaşını qabağa verdiyini bilsə də, onun üçün fərq etmədiyindən razılaşır. Lakin, cavabdeh Bəxtiyar bildirmişdir ki, qardaşı tələb edir ki, girov qoyulsun. Təcili vəsaitə ehtiyacı olan iddiaçı Şərur rayonunda atadan qalma Şərur şəhəri, H.Əliyev prospekti, ev 36, mənzil 35i girov qoya biləcəyini bildirmişdir. Mənzil 3 otaqdan ibarətdir. Cavabdeh1 iddiaçıya hissə-hissə 4500 dollar*1,7=7650 AZN, 2300 dollar*1,7=3910 AZN, 15000 AZN İsrafil Bayramovun, 8000 AZN İddiaçı kartına və təxmini 13000 manat pul vəsaiti nağd olaraq, ümumilikdə təxmini 47560 AZN pul vəsaiti vermişdir. İddiaçı 10 iyun 2024-cü il tarixdə 2500 AZN, 30 iyul 2024-cü il tarixdə 2500 AZN, 5 may 2024-cü il tarixdə 2500 AZN, ümumilikdə 7500 AZN pul vəsaitini cavabdeh Bəxtiyara qaytarmışdır. İddiaçı tenderdə qalib gələ bilmədiyindən işi götürə bilməmiş və digər tenderlərə sənədlər verdiyindən borcu vaxtında qaytara bilməmişdir. Cavabdeh Bəxtiyar tez-tez qardaşının pul tələb etdiyini bildirdikdə iddiaçı hirslənib evi satmaq qərarına gəlmişdir. Bu barədə cavabdehə bildirmiş və təklif etmişdir ki, evi 120000 manata satır. İddiaçı cavabdehlə əlaqə saxlayıb evi satıb-satmadığını soruşanda cavabdeh bildirmişdir ki, borcu verə bilmədiyinə görə evi qardaşına satıb. Ev qardaşınındır, kimə istəsə satar. Vəkil sorğusuna notariat ofisinin cavabından məlum olur ki, etibarnamədən sui-istifadə edərək özgə əmlakını ələ keçirməyə çalışan cavabdeh Bəxtiyar 27 mart 2024-cü il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzili qardaşı Zaura 50000 manata satmışdır. Cavabdeh2 mənzili 03 aprel 2025-ci il tarixli müqavilə ilə üçüncü şəxs X13 112000manata satmışdır. İlkin alıcının vicdansız olduğu, qardaşı ilə əlbir olaraq, etibardan sui-istifadə edərək mənzili ələ keçirərək əsassız varlanmaq niyyəti güdərəkformal rəsmiləşdirmə həyata keçirdikləri, ikinci alıcının isə vicdanlı alıcı olduğu qəbul edilməlidir. İddiaçı mənzilin ondan xəbərsiz heç bir zaman satılmasına razı olmasa da, cavabdehlər həmin mənzilin satışından 112000 manat vəsait əldə etmiş və əsassız gəlir əldə etmişlər. Cavabdeh1 cavabdeh İddiaçı qarşı borcun qaytarılması qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29950 manat pulun və 160 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun uzaq qohumudur, onunla dostluq münasibətləri olmuşdur. 2024-cü ilin mart ayında iddiaçı ona bildirmişdir ki, mülkiyyətində olan Şərur rayonu, Heydər Əliyev prospekti, 36 saylı evin 35 saylı mənzilini təcili ona pul lazım olduğu üçün satmaq istəyir. Onunla birlikdə gedib həmin mənzilə baxmış və görmüşdür ki. Satmaq istədiyi mənzil tam təmirsiz vəziyyətdədir. Həmin mənzilin satış dəyərini 50.000 manata razılaşmışlar. Sonra iddiçı, iki oğlu, arvadı, anası və qardaşı ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisinə gedərək həmin mənzilin satılması ilə bağlıonun adına etibarnamə vermiş, onunla birlikdə gedən şəxslər isə mənzilin satılmasına dair razılıq ərizələri vermişlər. Sonra iddiaçı mənzilin çıxarışını, etibarnaməni və razılıq ərizələrini gətirib ona vermişdir. O, mənzilə görə iddiaçıya xx.xx.2024-cü ildə 4500 ABŞ dolları (7650 manat) və xx.xx.2024-cü ildə isə 23000 ABŞ dolları (39.100 manat) pul vermişdir. O, pulları götürərkən qəbzə imza etmişdir. Qardaşı Şərur rayonunda yaşadığından həmin mənzili ona satmağı xahiş etmiş, o da mənzili xx.xx.2024-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisində qardaşına satmışdır. Sonra yenə də 3000 və 5000 manat pulu xx.xx.2024-cü ildə iddiaçıya milli ön aparatı vasitəsi ilə ödəmişdir. Sonra iddiaçı ondan borc kimi əlavə pul istəmiş və 5500, 3900, 5600 manat pulu ilə xx.xx.2024-cü ildə iddiaçının xahişinə əsasən onun qohumu baldızının oğlu Bayramov İsrafilə milli ön aparatə vasitəsi ilə göndərmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə iddiaçının qohumu İsrafil Bayramova iddiaçının xahişinə əsasən 6000 ABŞ dolları pul vermişdir ki, iddiaçıya çatdırsın, o da həmin pulları iddiaçıya vermişdir. Beləlikə də, o mübahisəli mənzilin satışına görə iddiaçıya 50000 manat. Habelə ona 29950 manat məbləğində borc vermişdir. Cəmi 79950 manat pulu iddiaçıya vermişdir. O mübahisəli mənzili qardaşına satdıqdan sonra qardaşı mənzili əsaslı təmir edərək 1 ildən sonra A.Rzayevə satmışdır. İddiaçı qardaşının həmin mənzilin başqa şəxsə - X3 112000 manat pulu 62000 manatını qardaşı Zaurdan tələb edir. Bu tam qanunsuzdur, nə oun, nə də qardaşının iddiaçıya heç bir borcu yoxdur. İddiaçının ona 18000 manat məbləğində başqa borcu vardır. İddiaçının ona qarşı qaldırılan mənzildə olan əmlakların geri qaytarılması tələbini qəbul etmir. Çünki mənzildə qeyd olunan əmlaklar olmamışdır. Bu şər və böhtandır. İddiaçı ona bundan əvvəl də şər atmışdır ki, guya həmin mənzili o, 50000 manata girov qoymuş və ondan pul götürmüşdür. O, bundan əvvəl Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. O, müraciətində mənzilin həqiqətən də 50000 manata satıldığını etiraf edir. Cavabdeh1 ilkin iddiaya qarşı yazılı etiraz vermiş, yazılı etiraz qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırlmışdır. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1n ilkin iddia tələbini müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1, onun vəkilinümayəndəsi Vəkil2 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı borc kimi yox, mənzili almaq məqsədi ilə pul vermişdir. Milli ön aparatı vasitəsi ilə Əbülfəzə və onun qohumu İrafilə pul göndərmişdir. Nağd pulu isə qardaşı Bəxtiyar vasitəsi ilə vermişdir. İş materiallarında olan pulların qeyd edildiyi sənəd də mənzili almaq üçün tərtib edilmişdir. O, sonradan aldığı mənzili təmir edərək başqa şəxsə satmışdır. İş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şərur şəhəri, H.Əliyev prospekti, 36 saylı evin, 35 mənzili İddiaçı xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Şərur şəhəri, H.Əliyev prospekti, 36 saylı evin, 35 mənzili ilə bağlı idarə etmə və sərəncam vermə hüquqlarını, o cümlədən mənzili satmaq hüququnu 6 ay müddətinə Cavabdeh1 etibar etmişdir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və alqı-satqı müqaviləs ilə bağlı notariat işindən görünür ki, Şərur şəhəri, H.Əliyev prospekti, 36 saylı evin, 35 mənzili 50000 manata İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilə İddiaçı tərəfindən etibanamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən bağlanmışdır. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və alqı-satqı müqaviləs ilə bağlı notariat işindən görünür ki, Şərur şəhəri, H.Əliyev prospekti, 36 saylı evin, 35 mənzili 112000 manata Cavabdeh2 tərəfindən X1. Nikah haqqında şəhadətnamənin sürəti üzərində aşağıdakı qeydlər edilmişdir: Bayramov israfil İddiaçı əvəzində 6000 dollar götürdü; 4500 dollar verdim İddiaçı; 23000 dollar verdim, Əbülfəz 50000 manat, 8000 manat karta, İsrafil 15000 manat karta, Əbülfəz 3200 karta, Əbülfəzə 1700 manat nağd. Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə 3000 manat və 5000 manat olmaqla İddiaçı, 5500 manat, 3900 manat və 5600 manat olmaqla X6 pul köçürülmüşdür. CD diskdə tərəflərin səs yazıları, whatsapp yazışmaları əks olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, o, İddiaçı qardaşıdır. Bəxtiyarı tanıyır, Zauru isə tanımır. Qardaşına Laçında gördüyü işlə bağlı pul lazım olduğu üçün mənzili girov qoymuşdur. O, mənzili girov qoymaq üçün ərizə vermişdir, anaları da o mənzildə qeydiyyatda idi, evin satılacağını bilsəydi, əvvəldən razılıq verməzdi. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, Əbülfəz ilə eyni şirkətdə birlikdə işləmişlər, Bəxtiyarı sonradan tanımışdır. Əbülfəzə pul lazım olduğu üçün Bəxtiyarla danışmış, 50000-ə yaxın məbləğin verilməsi barədə razılaşmışlar. O, danışıqlarda şəxsən iştirak etməmişdir. Amma bilmişdir ki, Əbülfəz mənzili girov qoymaq istəyir. Lakin bir müddət sonra maddi sıxıntıları olduğundan, Əbülfəz evin satılmasına dair razılaşmışdır. Yenidən ofisdə Əbülfəzlə görüşdükdə Əbülfəz evin satıldığını və qalan məbləğin gətiriləcəyini bildirmişdi, lakin Bəxtiyar zəngləri açmamış, sonra Əbülfəzin vəziyyəti dəyişib pisləşmişdir, çünki, Bəxtiyar ona vəsaiti verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, Əbülfəz kəndlisi, Bəxtiyar və Zaur əmioğlanlarıdır. Restoranda birlikdə yeməkdə alqı-satqı məsələsinin müzakirəsində o da iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, Bəxtiyar və Zaurun qardaşıdır, Əbülfəz bəyi də tanıyır. Əbülfəz bəy mənzili satmaq istəmişdir. Zaur da baxıb bəyənmişdir. Birlikdə yeməyə getmiş və alqı-satqını danışmışlar. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, Zaurun xalası oğludur. Əbülfəz də kəndlisidir. Zaur ona zəng edərək bildirmişdi ki, təcili satılan ev var, o zaman özü də ev axtarmış, sadəcə pul olmadığı üçün həmin evi ala bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin notariat işindən görünür ki, qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş müqavilənin notarial qaydada bağlanması qaydalarına riayət edilmiş, həmçinin mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələri alınmışdır. İlkin iddiaçı isə əslində onunla cavabdehlər arasında girov münasibətlərinin olduğunu əsas gətirərək, girov münasibətlərinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini, buna görə də alqı-satqı müqaviləsinin etibarsız olmasını iddia edir. Beləl ki, ilkin İddiaçı mübahisəli mənzilə dair sərəncam verilməsi ilə bağlı etibarnamə verərkən niyyətinin mənzilin girov qoyulması olduğunu, Cavabdeh1 etibarnamədən suiistifadə edərək mənzili qardaşı digər Cavabdeh2 satdığını, bu səbəbdən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil sonradan vicdanlı alıcıya satıldığından mənzilin satış dəyəri olan 112 manat pulun cavabdehlər tərəfindən ona ödənilməli olmasına əsaslanaraq, 50000 manatın Cavabdeh1 və 62000 manatın Cavabdeh2 tutulmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ilkin iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iclasında dindirlmiş şahidlərdən X7, X10, X11 ifadələrində İddiaçı təcili pul lazım olduğu üçün mənzilini satdığını bildirmiş, şahidlər X9 və X15 isə İddiaçı təcili pul lazım olduğunu təsdiq etmiş, lakin, mənzilini satmadığını, 50000 manat pulun İddiaçı borc kimi verildiyini, Əülfəzin də həmin borcun təminatı olaraq mənzili girov qoyduğunu qeyd etmişlər. İddiaçı ilə Cavabdeh1 arasında baş tutmuş telefon danışılarından görünür ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh2 tərəfindən ona verilən 50000 manat pulun geri qaytarılmasının təminatı kimi girov qoymaq niyyətində olsa da, sonradan mənzilin alqı-satqı müqaviləsi bağlanılaraq Cavabdeh2 satılacağını bilmiş və buna razı olmuşdur. Belə ki, flaşkartda təqdim olunmuş videoyazının 11:45-13:00 dəqiqələrindəki danışıqlardan görünür ki, Cavabdeh1 İddiaçı verilən pulun müqabilində mənzilin qardaşı Zaurun adına keçəcəyini, 6 aydan sonra pulu qaytardıqda mənzilin ona qaytarılcağını bildirmiş, İddiaçı isə buna razılıq vermişdir. Beləliklə, Cəfərov X5 Zaur Vəli oğlu tərəfindən ona verilən pulun müqabilində mənzilin mülkiyyətçisinin dəyişəcəyini bilmiş və buna öz iradəsi ilə razı olmuşdur. Bundan başqa iddiaçı bildirmişdir ki, mənzilə dair sərəncam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 6 ay müddətinə etibarnamə verərkən mənzili satmağa razılıq verməmiş, Cavabdeh1 etibarnamə əsasında mənzilə dair girov müqaviləsi bağladığını zənn etmiş, yalnız sonradan, maddi sıxıntıları ilə əlaqədar mənzilin X2 razı olmuş, mənzilin satıldığını bilmiş, lakin, mənzilin satşından əldə olunan 112000 manat pul cavabdehlər tərəfindən ona ödənilməmişdir. Mənzilin X13 xx.xx.2025-ci il tarixində satıldığı, Cavabdeh1 verilmiş etibarnamənin müddətinin isə xx.xx.2024-cü il tarixində bitməsi nəzərə alınarsa, həqiqətən ilkin iddiaçının qeyd etdiyi kimi o, xx.xx.2024-cü il tarixli müqaviləni girov müqaviləsi zənn etmiş olsa idi, sonradan mənzilin satılması üçün cavabdehlərə yenidən etibarnamə verməli idi. Lakin, ilkin iddiaçı onun tərəfindən yeni etibarnamə verilmədən, cavabdehlərin mənzili satmağa səlahiyyətli olduğunu bilmişdir. Bu hal da təsdiq edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli müqavilənin alqı-satqı müqaviləsi olduğunu, müqavilə bağlandıqdan sonra mənzilin mülkiyyətçisinin dəyişdiyini bilmiş və bununla razılaşmışdır. Odur ki, ilkin iddiaçının etibarnamə verilərkən alqı-satqı müqaviləsi bağlamağa razılıq verməməsi, Cavabdeh1 həmin etibarnamədən sui-istifadə edərək mənzili qardaşı digər Cavabdeh2 onun iradəsinə zidd olaraq satdığına dair dəlilləri əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd (əslində girov müqaviləsi olduğu üçün) kimi etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Həm də ona görə ki, yalan əqd bir qayda olaraq əqdin tərəfi olmayan üçüncü şəxsləri yanıltmaq üçün başqa əqdi pərdələmək məqsədi ilə bağlanılır və həmin şəxslərin hüquqlarını müdafiə etmək üçün onların iddiası əsasında məhkəmə qaydasında etibarsızlığı təsdiq edilir. Hazırki halda isə, satıcı tərəfin özünün mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verdikdən sonra, həmin müqavilənin yalan əqd olmasına əsaslanaraq etibarsız hesab edilməsini tələb etməsi əsassızdır. Hətta xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız (yalan) əqd olsaydı belə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən idda bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilənlərlə təsdiq olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli müqavilənin alqı-satqı müqaviləsi olduğunu müqavilə bağlandığı vaxtdan bilmişdir, odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddia müddətini ötürmüşdür. İlkin iddia tələbinin digər hissəsi olan iddia ərizəsində sadalanan əşyaların cavabdehlər tərəfindən qaytarılmasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında həmin əşyaların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən götürülməsi, üumiyyətlə əşyaların mövcudluğu, ilkin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut aşkar olunmamışdır. Odur ki, ilkin iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 29950 manat məbləğində borcun qaytarılması qarşılıqlı iddia tələbinə dair hissədə məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Cavabdeh1 29950 manat pulun onun tərəfindən İddiaçı borc kimi verildiyini bildirsə də, MM-nin yuxarıda qeyd olunan 739.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında 29950 manat məbləğinə və ya həmin məbləğin ayrı-ayrı vaxtlarda verildiyi qeyd edilmiş hissələrinə dair həmin məbləğlərin 3000 manatdan artıq olmasına baxmayaraq, yazılı borc müqaviləsi bağlanmamışdır. Tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmadığını da nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddianın əsassız varlanmaya dair MM-nin normalarına əsasən təmin edilə bilməsi üçün Cavabdeh1 tərəfindən 50000 manatdan artıq məbləğdə pulun İddiaçı verilməsi sübut olunmalıdır və bununla bağlı sübut etmə yükü qarşılıqlı iddiaçının üzərinə düşür, qarşılıqlı iddiaçı həmin halı sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı ödənilmiş pul məbləğləri ilə bağlı Cavabdeh1 və Cavabdeh2 özlərinin izahatları ziddiyyətli olmuşdur. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 milli ön aparatı vasitəsi ilə ödənilmiş 3000 və 5000 manat pulun, İsrafil Bayramova milli ön aparatı vasitəsi ilə göndərilmiş 5500, 3900, 5600 manat pulun, eləcə də İsrafil Bayramova nağd verilmiş 6000 ABŞ dolları pulun mənzilin dəyərindən əlavə borc kimi verildiyini qeyd etmişdir. Cavabdeh2 isə izahatında mənzilin dəyəri üçün ödənilən pulu İddiaçı qardaşı Bəxtiyar vasitəsi ilə ödədiyini, 27000 manatı qardaşının nağd şəkildə Əbülfəzə verdiyini, 23000 manat məbləğində pulu ilə köçürmə yolu ilə ödədiyini, milli ön aparatı vasitəsi ilə ödənilən pulların, eləcə də 5600 manat, 5000 manat, 5500 manat kimi məbləğlərin məhz onun tərəfindən mənzil üçün ödənildiyini, nikah haqqında şəhadətnamənin sürəti üzərində əl yazısı ilə edilmiş qeydlərin qardaşı Bəxtiyar və İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi məqsədi ilə tərtib edildiyini bildirmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, nikah haqqında şəhadətnamənin sürəti üzərində əl yazısı ilə tərtib edilmiş sənəddə 23000 ABŞ dolları qeydinin qarşısındakı imza ona məxsusdur, lakin, ona həmin məbləğdə pul birdəfəlik verilməmişdir, birdəfəlik verilən məbləğ 23000 ABŞ dolları yox, 2300 ABŞ dolları olmuşdur. Sadəcə olaraq Cavabdeh1 ona və ya qohumu İsrafilə verilmiş pul məbləğlərini həm ayrıca, həm toplayaraq bir neçə dəfə qeyd etməklə onun tərəfindən qəbul edilən pul məbləğini süni surətdə şişirtməyə çalışmışdır. Cavabdeh1 və Cavabdeh2 izahatlarındakı (pulun məbləği, kimə məxsus olması, valyutası, verilmə vaxtı ilə bağlı) ziddiyyət, də təsdiq edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazı əsaslıdır. Flaşkartda təqdim olunmuş videoyazıdan (16:10-cu dəqiqə) da görünür ki, İddiaçı mesajda 23000 deyil, 2300 ABŞ dollarının ona ödənildiyini qeyd etmiş, Cavabdeh1 isə qeyd edilən məbləğə heç bir irad bildirməmişdir. Şərh edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən 50000 manatdan artıq məbləğdə pulun İddiaçı verilməsi sübut olunmadığından qarşılıqlı iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddialar təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar