Məhkəmə qərarları › İş №e-2(011)-5146/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5146/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5146/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh6, X4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və azyaşlılar - X6, X12, X5 -ünvan 1 ünvandakı mənzilə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin ünvandakı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvandakı mənzili 26 may 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 almışdır. Həmin mənzil xx.xx.2022-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh4 və onun ailə üzvləri, digər cavabdehlər mənzilin iddiaçıya satıldığı zaman xx.xx.2022-ci il tarixədək pasport qeydiyyatından çıxmalarına dair ərizələr verərək öhdələrinə götürmüşlər. Lakin cavabdehlər bu vaxta qədər mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüquqları pozulur. Asan 2 Xidmət Mərkəzinin ******* №-li Arayışından da məum olur ki, həmin mənzildə cavabdehlərCavabdeh1, Cavabdeh2, X8, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X9 və azyaşlılar - X14, X16, X13 hal hazırda qeydiyyatdadırlar. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamışlar və formal olaraq pasport qeydiyyatında qalaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışlar. Bu səbəbdən İddiaçı mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tamhəyata keçirə bilmir. İddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 61.20 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 62 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 78000 manat qiymətinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilini İddiaçı satmışdır. Müqavilə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh4 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh6 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X7 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X8 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X10 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilinin satılmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh6, X9, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X14, X16, X13 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 2, 62 saylı mənzilinə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı qızının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh6, X9, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X14, X16, X1 mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh6, X9, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X14, X16, X5 Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 62 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar