Məhkəmə qərarları › İş №e-2(011)-519/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-519/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-519/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrisinə qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2mədov küçəsi, ev 3/20 ünvanında yerləşən 28 saylı mənzil vərəsəlik qaydasında bizim mülkiyyətimizə keçmişdir. Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət resyestrindən çıxarışa əsasən mənzilin ½ hissəsində İddiaçı1, ½ hissəsində isə İddiaçı2 oğlunun payı tanınmışdır. Həmin mənzildə xx xxxx 1999-cu il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. Lakin həmin şəxslər yetkinlik yaşına çatmayan dövr daxil olmaqla, uzun müddətdir ki, ataları ilə yox, anaları ilə birlikdə yaşayırlar. Heç bir zaman da sözügedən mənzildə yaşamamışlar. Yəni onlar sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, mənzildən istifadə etmirlər orda yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Bu isə hər iki payçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin sözügedən mənzildə heç vaxt yaşamadıqlarını qonşularQədir Məmmədov küçəsi, ev 3/20, mənzil 50 ünvanında yaşayan Şahid1, Qədir Məmmədov küçəsi, ev 3/20, mənzil 40 ünvanında yaşayan Şahid2 və Qədir Məmmədov küçəsi, ev 3/20, mənzil 56 ünvanında yaşayan Şahid3 tərəfindən notariat qaydada verilmiş ərizə əsasında tərtib edilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Birliyinin 100 saylı MKİS-in 346 nömrəli arayışı da sübut edir. Həmin Arayışda cavabdehlərin heç birzaman sözügedən mənzildə yaşamadıqları qeyd olunmuşdur. Ona görə də, cavabdehin ona məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 2mədov küçəsi, ev 3/20 ünvanında yerləşən 28 saylı mənzil ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X1 (xx.xx.1990-cı il təvəllüdlü), İddiaçı2 (xx.xx.1961-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1999-cu il təvəllüdlü), X2 (xx.xx.1965-ci il təvəllüdlü) və Cavabdeh1 (xx.xx.2003-cü il təvəllüdlü) ünvan 1 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin ½ hissəsi xx.xx.2022-ci il tarixdən İddiaçı2, ½ hissəsi xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şahid1, Şahid2, Şahid3 ərizəsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 2mədov küçəsi, ev 3/20 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq heç vaxt həmin ünvanda yaşamayıblar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 100 saylı Mənzil Kommunal İstismar İdarəsinin İddiaçı1 ünvanladığı arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 2mədov küçəsi, ev 3/20 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq heç vaxt həmin ünvanda yaşamayıblar. Mülki iş üzrə şahid qismində iştirak edən Şahid3 məhkəməyə verdiyi ifadəsindən görünür ki, iddiaçı onun qonşusudur. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə tanımır. O 1976-1977-ci illərdən ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildə yaşayır. İddiaçıların atası Vəliyev Məqsəd həmin ünvanda yaşayıb, sonra rəhmətə gedib. Cavabdehləri heç vaxt görməyib. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 da digər şahidlə oxşar ifadə verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehlər isə həmin ünvanda yaşamayıb. Heç İddiaçı2 da orda yaşamayıb. Həmin ünvanda İddiaçı2 anası, atası, İddiaçı1, onun həyat yoldaşı qalıb. Hal-hazırda orda heçkim qalmır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 da digər şahidlə oxşar ifadə verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehlər isə həmin ünvanda yaşamayıb. Həmin ünvanda İddiaçı2 anası, atası, İddiaçı1, onun həyat yoldaşı subay olanda qalıb, evlənəndən sonra köçüblər. Hal-hazırda orda heçkim qalmır. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil iddiaçı ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 X3 ilə nikahından olan övladlarıdır və həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq heç vaxt həmin mənzildə yaşamamışlar. Məhkəmə Cavabdeh2 sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından həmin mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları, Cavabdeh1 sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən sonra yarandığından həmin mülki mübahisənin əsasını Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaəsn yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eyni zamanda cavabdehlər heç vaxt həmin mənzildə yaşamadığından, bununla da cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 28 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə iddiası rədd edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 28 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar