Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5194/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, İlkini iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası, ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə borcunun yenidən hesablanması və iddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə 06 avqust 2014-cü il tarixdə 14/162 saylı kredit müqaviləsi bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün istifadə müddəti 120 ay olmaqla 70.800 manat məbləğində kredit götürmüşdür. Verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi iddiaçı ilə "xxxx" ASC arasında 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2-ci bəndinə görə ipoteka predmeti olan daşınmaz əmlak "xxxx" MMC ilə bağlanmış 06 avqust 2014-cü il tarixli İB/B-B-(b)/020 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən ipoteka qoyana məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzildir. Kredit müqaviləsində 70.800 manat verilməsi qeyd edilsə də, iddiaçıya 69.728 manat pul verilmişdir. 2014-cü ilin sentyabr ayından başlayaraq iddiaçı krediti ödəməyə başlamışdır. 2014-cü ildə 4400 manat, 2015-ci ildə 13.200 manat, 2016-cı ildə 8800 manat, 2017-ci ildə 2900 manat, 2018-ci ildə 1400 manat, 2019-cu ildə 750 manat olmaqla, cəmi 31.450 manat ödəniş etmişdir. Lakin bank 2020-ci ildə ölkədə və dünyada baş verən pandemiya şəraitinə və həmin halla əlaqədar verilmiş kreditlərə görə müştərilərə faiz hesablanmasının dayandırılması barədə banklara göstərişin olmasına baxmayaraq 2020-ci ildə də faiz hesablamaqla, iddiaçının ödədiyi 31.450 manat vəsaitin çox hissəsini faiz borcuna silmiş və hazırda 60.397,84 manat əsas, 36.550,63 manat faiz olmaqla, ümumilikdə 96.948,47 manat borcu olduğu bildirilmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" ASC arasında 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi bağlanarkən də yanlışlığa yol verilmiş, 06 avqust 2014-cü il tarixli İB/B-B-(b)/020 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzil dövlət reyestrində qeydiyyata alınmadan ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “kredit borcunun qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən 60.397,84 manat məbləğində əsas borc, 37.396,26 manat məbləğində faiz borcu, ümumilikdə isə 97.794,10 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70.800 manat məbləğində kredit verilmişdir. 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzili 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən cəmiyyət İddiaçı bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh İddiaçı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 23 iyun 2021-ci il tarixinə banka 60.397,84 manat məbləğində əsas borc, 37.396,26 manat məbləğində faiz borcu, ümumilikdə isə 97.794,10 manat məbləğində borcu yaranmışdır. Daha sonra ləğv prosesində olan Cavabdeh1 ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən 60.397,84 manat məbləğində əsas borc, 41.271,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 101.669,44 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X2 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, ilkin iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə borcunun yenidən hesablanması ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, bank ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış kredit borcunun məbləği ilə bağlı mübahisə yarandığından, bu halda iş üzrə xüsusi biliyə malik olan mütəxəssislərin rəyinin alınması zərurəti yarandığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(011)-5194/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh1 ASC-yə 07 iyun 2021-ci il tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu isə 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə ekspert rəyinə əsasən məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə ilkin iddia tələbinin iddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70.800 manat məbləğində kredit verilmişdir. 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzili 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsinə görə, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə görə, ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallar aiddir. Həmin Qanunun 36.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında 06 avqust 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu öz özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (MM-nin 329-cu maddəsi) Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh "xxxx" MMC-dən pul tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 18 mart 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinin kredit öhdəliyinin təminatı olaraq bağlanmasını bildirmiş, Mülki Məcəllənin 460.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə nəzər yetirərək hesab edir ki, istinad edilən müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Qarışıq müqavilələrlə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsi ilə tənzimlənir. Maddəyə əsasən tərəflər müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC satdığı mənzilin dəyərinin hansı hissəsi miqdarında kredit məbləğinin ayrılması, krediti müddəti, ona hesablanan faizlər barədə məlumatlı olmaqla alıcı tərəfindən bank qarşısında olan kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sözügedən müqaviləni özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə kimi qəbul etsə də, "xxxx" MMC-dən pul tutulması hissəsində qarşılıqlı iddia tələbinin təmin edilməsini mümkünsüz hesab edir. Belə ki, müqaviləyə əsasən MMCnin birgə məsuliyyət yox subsidiar məsuliyyət daşıması müəyyən edilir. Belə olan halda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı irəli sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. İstinad edilənlərə əsasən məhkəmə hesab edir ki, borc tərəflərdən birgə tutula bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 60.397,84 manat məbləğində əsas borc, 41.271,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 101.669,44 manat məbləğində pulun tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdeh İddiaçı tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, ekspert rəyi ilə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 64.406,56 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Normanın məzmununa görə məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmalı olduğundan hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləği ekspertin müəyyən etdiyi məbləğdən az olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən əsas borca görə 60.397,84 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 37.454,75 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəf 20 dekabr 2021-ci il tarixdə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehdən faiz borcuna görə 41.271,60 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi hal-hazırda qüvvədə olduğundan məhkəmə cavabdehdən iddianın həcminin artırılması barədə ərizədə tələb olunan 41.271,60 manat faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin “tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi” hissələrinə qiymət verərək belə hesab edir ki, məhkəmə tərəfindən İddiaçı ilə "xxxx" ASCnin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edildiyindən qarşılıqlı iddia tələbi bu hissələrdə əsassızdır. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilməli, İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60.397,84 manat əsas borc, 41.271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101.669,44 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC də 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64.406,56 (altmış dörd min dörd yüz altı manat əlli altı qəpik) manat, faiz borcu 37.454,75 (otuz yeddi min dörd yüz əlli dörd manat yetmiş beş qəpik) manat, ümumilikdə isə 101.861,31 (yüz bir min səkkiz yüz altmış bir manat otuz bir qəpik) manat məbləğində müəyyən edilsin. İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60.397,84 (altmış min üç yüz doxsan yeddi manat səksən dörd qəpik) manat əsas borc, 41.271,60 (qırx bir min iki yüz yetmiş bir manat altmış qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 101.669,44 (yüz bir min altı yüz altmış doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan Cavabdeh1 ASC-nin özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5194/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5194/2021
23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver