Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5210/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 5750 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iş materiallarında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3789/2023 saylı qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsini bildirən qərar vardır. Bu qərarın olması ilə təqsirləndirilən şəxsdə cavabdeh qismində işə cəlb olunmalıdır. Odur ki Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini və Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5750 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış, Cavabdeh1 məxsus, istifadə hüququ Cavabdeh2 verilən “VAZ 21074” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edilərkən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymiş, həmçinin sığortalanmış avtomobildə sərnişin qismində olan X8 və X6 xəsarət almışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3789/2023 saylı qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmçinin, DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5795490 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Toyota Camry” markalı, **-BB-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 8910 manat təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA146094saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 5000 manat, PXA146096 saylı sığorta aktı tərtib edilməklə X6 xəsarət aldığından, dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalanmış “VAZ 21074” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə Cavabdeh2 verilmiş və sonuncunun razılığı ilə Cavabdeh3 sürücülük hüququ olmadan idarə etmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən icbarı sığorta növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən idarə edilərkən “Toyota Camry” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Toyota Camry” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3789/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Kürdəmir qəsəbəsi, Kürdəmir-Pirşağı yolu ilə üzü Zabrat istiqamətində “VAZ 21074” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkətdə olarkən, qarşısında qırıq-qırıq xəttin üzərində sola dönmək üçün dayanan “Toyota Camry” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirərək yolun sağ kənarına çıxıb aşmışdır. Nəticədə Cavabdeh3 idarə etdiyi avtomobildə sərnişin qismində olan X8 və X1 yüngül bədən xəsarəti yetirilmiş və hər iki avtomobilə maddi zərər dəymişdir. Həmin qərar ilə Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Eyni zamanda “VAZ 21074” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ olan Cavabdeh2 barəsində xx.xx.2023-cü il tarixli, TP5795490 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulması nəticəsində, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi müəyyən edilmiş, ona münasibətdə 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən “Toyota Camry” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 5000 manat məbləğində maddi ziyan, zərərçəkmiş X5 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətə görə 750 manat, ümumilkdə 5750 manat ödənilmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.[ 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, sığorta hadisəsi Cavabdeh2 və Cavabdeh3 qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, X2 məxsus olan avtomobilə X4 idarəetməsi zamanı dəymiş ziyan və yol-nəqliyyat hadisəsi zamanı zərəçəkmiş X5 aldığı yüngül xəsarətlər nəticəsində dəymiş zərər iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, sonuncunun cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməli, 5750 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, məhkəməyə Cavabdeh1 baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 78 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 subroqasiya qaydasında 5750 (beş min yeddi yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat, ümumilkdə 5828 (beş min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsait müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5210/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5210/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver