Məhkəmə qərarları › İş №e-2(011)-5359/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5359/2022

04.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5359/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X2 ilə İddiaçı arasında bağlanmş xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ- №020679 saylı əqd (etibarnamə) üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi yuxarıda qeyd olunan maddənin təsir dairəsində olmaqla, qeyd olunan iddia tələbi üzrə mülki işə cavabdehin qeydiyyatda olduğu yer üzrə yox, əmlakın olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə belə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə olduğundan Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunanlara əsasən aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti Rayon Məhkəməsinə müraciət edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* nömrəli 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunur. Şərh olunanlara əsasən və MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* nömrəli 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar