Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5394/2020 02.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə ödənilmiş 5.100,00 (beş min bir yüz) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, Cavabdeh2 MMCyə məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** PP *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 12 100,00 (on iki min bir yüz) manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 10.100,00 (on min bir yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. ** PP *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsinin icbari sığortaçısı “xxxxxxxxxxxx” ASC olduğundan 5.000,00 (beş min) manat məbləği zərər məbləğindən çıxılmışdır. Həmçinin 2.000,00 (iki min) manat azadolma dəymiş zərər məbləğindən çıxılmışdır. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş vəiddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”a əsasən xx.xx.2019-cu il tarixində, Cavabdeh2 MMC-yə məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** PP *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 12 100,00 (on iki min bir yüz) manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 10.100,00 (on min bir yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. ** PP *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsinin icbari sığortaçısı “xxxxxxxxxxxx” ASC olduğundan 5.000,00 (beş min) manat məbləği zərər məbləğindən çıxılmışdır. Həmçinin 2.000,00 (iki min) manat azadolma dəymiş zərər məbləğindən çıxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən ** PP *** dövlət qeydiyyat nişanlı X1 markalı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin 5100 manat məbləğində hissəsi iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş tələb etmə hüququ iddiaçı “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi Cavabdeh1 qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən vurulmuş ziyanın 5100 manat məbləğində hissəsi iddiaçı “xxxxxxxxxxx” ASC tərəfindən aradan qaldırıldığından“xxxxxxxxxxx” ASCnin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də “xxxxxxxxxxx” ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 30,40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, məhkəməyə Cavabdeh2 MMC-nin baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddia Cavabdeh2 MMC-yə münasibətdə təmin edilmir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sığorta ödənişinə görə 5100 (beş min yüz) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqında görə 30,40 (otuz manat qırx qəpik) manat Cavabdeh1 alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5394/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5394/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver